Günahın etiraf olunması

 
Günahın etiraf olunması



Günahın etiraf olunması

Pərvərdigara! Ana bətnində olduğum vaxt hərtərəfli şəkildə lütf və ehsanından bəhrələndim. Öz inayətinlə məni murdar nütfədən kamil insan şəklinə gətirdin. Mənə ehtiyac duyduğum beyin, ürək, göz, dil kimi əzalar əta etdin. Dünyaya sağlam gəlişim üçün anamın cisminə qüvvə verdin. Onun sinəsindəki südü, mehriban ana ağuşunu, məhəbbətlə dolu ata qəlbini Sən qərar verdin. Mənə yaşayış üçün zəruri olan bütün vasitələri Sən yetirdin.
Pərvərdigara, bütün ötən yaxşılıqlar məni o qədər arxayınlaşdırdı ki, nə qədər günah etsəm də bağışlanacağımı zənn etdim.
Amma indi Sənin lütfünlə ayılmışam və öz kimliyimi görürəm.
Bütün vücudumla Sənə üz tutub günahlarımı etiraf edirəm: «zələmtu nəfsi.» Anlayıram ki, günahların bu sayaq etirafı bir növ tövbə və Sənə doğru qayıdışdır.
İmam Baqir (ə) buyurur: «And olsun Allaha, günahlarını etiraf etməyən kəs nicat tapmaz». «And olsun Allaha, xalqa yalnız iki xasiyyət lazımdır: nemətləri etiraf etsinlər ki, artsın, günahları etiraf etsinlər ki, bağışlansın».
Həzrət Əli (ə) buyurur: «Günahını etiraf edən kəs tövbəkar hesab olunur». «Günahın etirafı onun şəfaətçisi, günaha görə üzr istəmək onun tövbəsidir».
«Təzkirətul-avliya» kitabında nəql olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: «Əvvəli qorxu, sonu üzrxahlıq olan hər bir günah bəndəni Allaha yaxınlaşdırır. Əvvəli xudbinlik, sonu xudpəsəndlik olan hər bir ibadət bəndəni Allahdan uzaqlaşdırır».


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 12 oktyabr 2015 20:02
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
ALLAH Razi olsun..

Nergiz__Sirinova

  • 12 oktyabr 2015 19:20
  • Məqalə: 575
  • Şərh: 5380
  • Bal:
{awards}
Allah Razi olsun.

--------------------

__S.M_ova__

  • 11 oktyabr 2015 21:42
  • Məqalə: 90
  • Şərh: 1398
  • Bal:
{awards}
Allah razi olsun Cümləmizdən İnşallah

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 99
Cəmi: 137

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 137
 
The Shield
Xəbərləri: 31
Cəmi: 293
 
Darling
Xəbərləri: 29
Cəmi: 915
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 16
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 50
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}