Niyyət

 
Niyyət


Allah-taala niyyət barəsində buyurur: "De ki, Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”("Ən`am”, 162.)
Niyyət qəsd mənasındadır və qəsd elm və əməl arasında vasitədir, çünki bir kəs nə etməli olduğunu bilməsə, həmin işi görməyə qəsd etmir və nə qədər ki, qəsd etməyib həmin işi görməyəcəkdir. Seyri-sülukun başlanğıcı qəsddir. Bunun üçün də salik müəyyən məqsədi nəzərdə tutmalıdır və məqsəd mütləq kamildən kamalın əldə edilməsi olduğu üçün, niyyət Haqq Taalaya yaxınlaşmaq olmalıdır, çünki mütləq kamil yalnız Odur.
Əgər belə olsa əməlsiz niyyət, niyyətsiz əməldən daha yaxşı olacaqdır, necə ki, Peyğəmbər (s) buyurur: "Mö`min insanın niyyəti əməlindən daha yaxşıdır.”(
"Üsuli-kafi”, c. 2, səh. 84 (Beyrut çapı) və həmçinin "Bihar”, c. 70, səh. 201, bab 53, rəvayət 32.)

Çünki niyyət ruhun yerindədir, əməl isə bədənin; yenə də Həzrət buyurur: "Əməllər niyyətdən asılıdır("Sünən”, İnb-Macə, c. 2, səh. 1413, bab 26, hədis 4227 və həmçinin "Bihar”, c. 67, səh. 111, bab 30, rəvayət 21.)”, yə`ni bədənin həyatı ruhdan asılıdır.
Və yenə də buyurubdur: "Hər kim, hər işdə hansı niyyəti etmiş olsa, ona da çatacaqdır. Hər kəs Allaha və Peyğəmbərinə doğru hicrət etsə, hicrəti Allaha və Peyğəmbərinə doğru olacaqdır. Hər kəs dünya malına sahib çıxmaq və ya bir qadınla evlənmək üçün dünyaya tərəf hicrət etsə, onun hicrəti həmin səmtə də olacaqdır.”
Və amma, qürbət qəsdi isə görülən xeyir bir iş hər zaman kamalın əldə edilməsini tələb edər. Necə ki, Allah-taala buyurur: "Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyə, yaxud yaxşılıq etməyə və ya insanlar arasında sülh yaratmağa əmr edən şəxsin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə (axirətdə) böyük mükafat verəcəyik!”("Nisa”, 114)


Geri dön

Favorit Girl )

  • 13 oktyabr 2015 00:03
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
Allah razi oLsun

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

Nergiz__Sirinova

  • 12 oktyabr 2015 20:44
  • Məqalə: 350
  • Şərh: 3202
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}