Cəhənnəm olsun səndən yaxşıları mən səni istəyirəm

 
Cəhənnəm olsun səndən yaxşıları mən səni istəyirəm


Gəlin belə başlayaq. Nə siz çox duyğulu bir şey gözləyin məndən, nə də mən sizi kövrəltməyə söz verirəm... Uzun zamandır yazmağı unutduğum kimi, hiss etməyidə o gün buraxmışam. Saxlamışam ya da deyək ki, bacarmamşam... Deyirlər sevgidə bir tərəf həmişə daha çox sevir. Bu mənəmmi? Deyə bilmərəm. Kim arxasına belə baxmadan gedən birinin sevdiyini düşünər ki? Yalnız başa düşən insanlar. Qəlbin qırılmağını, ümidsizliyin dibinə vurmağı yaşamış insanlar... 


Hər kəsin həyatında var. Yanında olmasa belə içdən-içə sevdiyi insan. Canı yansa canı yandığı, dalğın düşüncələrə qərq olsa özündən qabaq onu fikirləşənlər. Hər səhər ağlına gələn, 7 nömrəni rahatlıqla yığa bildiyi halda "yes" düyməsinə cəsarəti çatmayanlar. Bu duyğunu çoxları bilər. Çünki əksəriyyətimiz sevginin adını başqa şeylər qoyduq, özümüzdə sevgidən soyuduq. Əlini tutduğunuz zaman bütün bədəninizi isidən insan oldumu? Yanınızda nə qədər sevdikləriniz olur olsun, bütün dünyadan təcrid olub sadəcə onun yanında nəfəs almağın belə yetdiyi insan... Hər kəsin varlığını heç edən.


Həm çox yaxınsan ona. Ağrılarını duya bilirsən, əzablarını görə bilirsən. Həm də çox uzaq. Bir daha toxuna bilməyəcək qədər. Baxışlarınız belə toqquşa bilməyəcək. Bir zamanlar gülüşündən belə ilham aldığın, bir sözündən belə mövzu yazdığın insandan məsafəcə nə qədər yaxın olsanda ürəkcə bir o qədər uzaq olmaq.



Soyuqda durmadan qaçan birinə elədə çətin deyildi səndən uzaqlaşmaq. Onda hər şeyi unuda bilirsən, hər şeyi geridə qoya bilirsən və səni nəyin gözlədiyini bilmədiyin anda ona doğru gedə bilirsən. Onda səni dayandıracaq nə svetafor işığı olur, nə də sənin sözlərin... Sadəcə qaçmaq üçün qulağımdakı səsin. Səndən uzaqda olmaq bütün xəyallarından qopmaqdır. Səni sən edən şeylərdən vaz keçməkdir. Dəyər verdiyin hər anı bir göz qırpımında silib atmaqdır. Hisslərini, xatirələrini, həyatda yaşadığın ən dəyərli anlarını.



Səndən ayrılmaq həyatın boşluğuna inanmaqdır. Bir daha hiss etməyi, sevməyi, darıxmağı, istəməyi unutmaqdır. Cəhənnəmi də bu dünyada yaşamaqdır. Sadəcə iki cümlə ilə yekunlaşdırmağa qalsa: Həyatda hər şeyim var, sənin varlığından başqa... Həyatda heç nəyim yoxdur, sənin xatirələrindən başqa...



Geri dön

Samir_Wuvalan

  • 1 noyabr 2015 15:26
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
Səndən ayrılmaq həyatın boşluğuna inanmaqdır. Bir daha hiss etməyi, sevməyi, darıxmağı, istəməyi unutmaqdır. Cəhənnəmi də bu dünyada yaşamaqdır. Sadəcə iki cümlə ilə yekunlaşdırmağa qalsa: Həyatda hər şeyim var, sənin varlığından başqa... Həyatda heç nəyim yoxdur, sənin xatirələrindən başqa...

вคɴค iкiмizi คɴlคт ❤

  • 18 oktyabr 2015 02:17
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
TəşəkkürLər məqaləyə görə

Nergiz__Sirinova

  • 14 oktyabr 2015 16:57
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
recourse

Tesekkurler.

--------------------

HaMuSHaN

  • 13 oktyabr 2015 22:02
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
çox xoşum gəldi. əllərinizə sağlıq. isdəsəz bu mahnıya da qulaq asın eyni bu mövzu kimi gözəldi. Koray AVCI - Hoşgeldin

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 66

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}