Bir Düşün

 
Bir Düşün


Bir düşün...
İnsanlar olmayan yerdə,Uzaqlar deyilən yerdə;bir Sən bir də Mən.
Sakit bir yerdə kiçicik amma sevgi ilə dolu bir evimiz.Mənzərəli,xoş təbiətli,havası gözəl və sərin.Həyətində artıq böyük olan itimiz-Coci və onun kiçicik övladları.
Evimizin həyətində gözəl bir yamyaşıl ağac.(O ağac sənsən;xoş təravətli,yamyaşıl,sınmamış budaqları ilə üzərində meyvələri olan bir ağac).Və ağacın böyük bir budağından asılmış yelləncək.Bu yelləncək elə düzəldilib ki,həm tək oturmaq mümkündür,həm də iki nəfər otura bilər.
Sən tək oturduğun zaman mən səni yelləyirəm,ikimiz oturduqda isə əllərim əllərindən bərk-bərk tutulu halda;yelləncək özü sevgimizdən yellənir.Övladımız olduqdan sonra mən öz yerimi övladımıza verirəm;ikinizi böyük qayğı və məmnuniyyətlə yelləyirəm.Övladlarımız çoxaldıqda isə yeni yelləncək düzəldirəm.
Gecə gördüyüm ən son,səhər oyandığımda isə gördüyüm ilk insan-SəN olursan.
Və ən əsası aramızda bir-birimizə qarşı böyük sevgi,qayğı və hörmət var.
Və ən əsası sənin dünya gözəlləri olan gözlərin daha sağlamdı.Artıq uzağı daha da yaxşı görə bilirsən.Uzaqlara baxırsan və təbiətin füsunkarlığı fonunda Tanrıya gözünün sağalması və bəxş etdiyi sonsuz xoşbəxtlik üçün "milyonlarla şükür və təşəkkürlər"yağdırırsan.

Və ən əsası sənin gözəl simanda xoş bir gülümsəmə sezilir,dodaqlarında isə mükəmməl bir gülüş ifadə olunur.Sənin sahib olduğun dünyanın ən gözəl gözlərində isə möhtəşəm və sonsuz bir sevinc var.Həmin sevinc ürəyində olan və gözlər vasitəsilə ifadə edilən xoşbəxliyin yaratdığı sevincdir.
Və ən əsası xoşbəxtsən;özüdə çox lap çooox.
Və ən əsası verdiyim sözlərin hamısını yerinə yetirmiş oluram.İlk dəfə xoşbəxtlikdən ağlamağın duvağın mən tərəfindən açılan zaman baş verir.Və sonra dəfələrlə mən tərəfindən ağlamağa məcbur olursan amma xoşbəxtlikdən.Axı mən özümə söz vermişdim ki,səni xoşbəxtlikdən ağladacam.Son nəfəsimə kimə hətta son nəfəsimdə belə qəlbim sənin sevginlə dolu olur.Axı mən sənə səni son nəfəsimdə də sevəcəm deyə bir söz vermişdim.Yaşadığım sürəcə sənin yanında oluram və sənin əllərindən heç kim bizi ayıra bilməsin deyə bərk-bərk tuturam.Axı mən sənə bununla bağlı bir
vermişdim.
Bəzən təmiz hava altında gəzməyə çıxırıq."Sən","Mən","Yağmurum"uz,"Damlam"ız,"(oğlumuzun adını unutmuşam,artıq o zaman yaşlanmış olmalıyam axı yaş öz sözünü deməlidi).Bir arada keçirilən zamandan bezmirik heç bir saniyə belə.Mən sənə "Canım","Nəfəsim" kimi sözlərlə müraciət edirəm,Sənsə mənə "Kapitanım" deyərək.
Beləcə gözəl,mənalı,heç vaxt bitməsini istəmədiyimiz illəri bir yerdə böyük sevgi ilə keçiririk.Birgə xoşbəxt şəkildə yaşlanırıq.
İllər ötür,vaxt keçir,zaman dəyişir ancaq dəyişməyən çox şey qalır.Sevgimiz,Hörmətimiz,Kiçicik evimiz,Yaşlanmayan ağacımız,Yelləncəyimiz,Səni istənilən yaşda"dünyanın ən gözəli"adlandırmam,Nəfəsim olmağın...


Geri dön

Samir_Wuvalan

  • 1 noyabr 2015 15:20
  • Məqalə: 62
  • Şərh: 12315
  • Bal:

Bir düşün...

Canavar_ureyi

  • 14 oktyabr 2015 17:07
  • Məqalə: 23
  • Şərh: 16
  • Bal:
{awards}
Çox sağolun maraqli idi

--------------------
Bəzən Dəyər Verərsən Birinə, Amma Bəzən Də Onun Dəyərsizliyinə Verdiyin Dəyərdən Utanarsan

Nergiz__Sirinova

  • 14 oktyabr 2015 16:52
  • Məqalə: 329
  • Şərh: 3132
  • Bal:
{awards}
Beyendim tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}