Qurani-Kərimin mənaca tərcüməsinin elektron versiyası

 
Qurani-Kərimin mənaca tərcüməsinin elektron versiyası

Ən-Nisa (Qadınlar) surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir.

2. Və yetimlərin mallarını (onlar həddi-büluğa çatdıqdan sonra) özlərinə qaytarın. Murdar və haram (mal)ı (qiymət fərqinə görə) pak və halal (mal) ilə dəyişdirməyin (özünüzün pis malınızı onların qiymətli malları ilə dəyişdirməyin). Həmçinin onların mallarını öz mallarınıza qatıb yeməyin ki, həqiqətən bu, böyük günahdır.

3. Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır.

4. Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin.

5. Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə) verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin və onlarla bəyənilən bir tərzdə danışın.

Qurani-Kərimin mənaca tərcüməsinin elektron versiyası

6. Yetimləri evlənmək həddinə (hər bir insanın və heyvanın ruhi və cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir və ağıl baxımından) bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın. Onu (onların mallarını) böyüyəcəklərinə (və mallarını sizdən geri almalarından qorxduğunuza) görə israfla və tələm-tələsik yeməyin. (Yetimlərin qəyyumlarından) ehtiyacı olmayan kəs (yetimin malına əl vurmaqdan) çəkinsin. Yoxsul olan isə (yetimin malından) ürfi (və ədalətli zəhmət haqqı) miqdar(ın)da yesin. Beləliklə, onların mallarını özlərinə qaytarmaq istəyən zaman, onlar üçün şahid tutun (ki, sonradan bir mübahisə, dava-dalaş düşməsin). Allah yetərli hesab çəkəndir.

7. Kişilərin ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. Qadınların da ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. (Mal istər) az olsun, ya çox, müəyyən və vacib bir pay(dır). (Belə bir hökmün olması ağıl baxımından lazım və gərəklidir, onun miqdarı və necəliyi isə hər bir şəriətə uyğun surətdə vacibdir).

8. Miras bölgüsü zamanı orada (vərəsələrdən olmayan) qohumlar, yetimlər və yoxsullar olsalar, onlara o maldan ruzi olaraq bir şey verin və gözəl, bəyənilən söz deyin.

9. Özlərindən sonra (yaş və ya ruhi cəhətdən) zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək (başqalarının yetimlərinə zülm etməkdən və vəsiyyətlərində öz övladlarının haqqını zay etməkdən də) qorxsun. Buna görə də Allahdan qorxsunlar və (başqalarının yetimləri ilə) doğru-düzgün söz danışsınlar (və malların sərf olunması və vəsiyyət edilməsində ədalətə riayət etsinlər).

10. Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar.

Qurani-Kərimin mənaca tərcüməsinin elektron versiyası

11. Allah sizə övladlarınız(ın mirası) barəsində oğlanın payının iki qızın payı qədər olmasını tövsiyə edir.Beləliklə, əgər (varislərin hamısı) qadın - (iki qız və ya) iki qızdan çox - olsalar (ilkin hökmə əsasən, ölənin) mirasın(ın) üçdə ikisi onlarındır (və əgər ölənin ata-anası yoxdursa qalan hissə də onlara çatır). Əgər (varis təkcə) bir qız olsa, mirasın yarısı onundur (və əgər ölənin ata-anası yoxdursa, qalan hissə də ona verilir). Əgər ölənin övladı varsa, onun ata və anasının hər birinə mirasın altıda biri verilir.Əgər övladı yoxdursa və varis yalnız ata ilə anadırsa, onda (malın) üçdə biri ananın (qalan hissəsi atanın)dır.Əgər ölənin qardaşları varsa, malın altıda biri anasınındır.(Bütün bunlar) onun etdiyi vəsiyyətdən və ya (boynunda olan) borc(un maldan ayrılmasın)dan sonradır. Siz atalarınız və oğullarınızdan hansı birinin sizin üçün daha xeyirli olmasını bilmirsiniz.(Buna görə də irs çatan şəxslərin payları arasındakı fərqlərdən təəccüblənməyin və ona etiraz etməyin. Bu bölgü üslubu) Allah tərəfindən olan bir vacibdir. Həqiqətən Allah həmişə alim və hikmət sahibidir.

12. Əgər arvadlarınızın (sizdən, yaxud başqa bir ərdən) uşağı yoxdursa etdikləri vəsiyyət və ya (boyunlarında olan) borc(un həmin maldan ayrılmasın)dan sonra onların mirasının yarısı sizindir, əgər uşaqları olsa onların mirasının dörddə biri sizindir. Həmçinin əgər sizin (ondan və ya qeyrisindən) övladınız yoxdursa, etdiyiniz vəsiyyət və ya (öhdənizdə olan) borc(un ayrılmasın)dan sonra sizin mirasınızın dörddə biri onundur və əgər övladınız varsa, mirasınızın səkkizdə biri onundır. Əgər irsi bölünən kişi və ya qadının ata, ana və övladı olmasa və onun (ana tərəfdən) bir qardaşı, yaxud (ana tərəfdən) bir bacısı olmuş olsa, o ikisinin hər birinə mirasın altıda biri çatır (və əgər babaları olmasa qalan hissəsi də onlara verilir). Əgər bir nəfərdən çox olsalar (qardaş yaxud bacı və ya hər ikisi olsa), varislərə ziyan vurmaq qəsdi olmayan vəsiyyətdən, yaxud (ölənin boynunda olan) borc(un ayrılmasın)dan sonra onlar malın üçdə birində (bərabər şəkildə) şərikdirlər. (Bu,) Allah tərəfindən olan bir tapşırıqdır. Allah alim və həlimdir.

13. Bunlar Allahın sərhədləridir (Onun sərhəd kimi pozulmaz hökmləridir). Kim Allaha və Onun peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından həmişə çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Budur böyük uğur və nailiyyət!

14. Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır.

15. (Ey İslam hakimiləri,) qadınlarınızdan çirkin əmələ (zinaya və ya müsahiqəyə) mürtəkib olanlara qarşı (bu töhməti vuran şəxsin vasitəsi ilə) özünüzdən (möminlərdən) dörd kişinin şahidlik etməsini istəyin. Beləliklə əgər şəhadət versələr, onları (bu əməlin cəzası olaraq əbədi həbs kimi) ölüm yetişərək onların canını alana və ya Allah onlar üçün (başqa) bir yol açana qədər evlərdə saxlayın. (Bu hökm İslamın ilkin çağlarında mövcud olub. Sonralar digər bir yol kimi onlara zina üçün müəyyənləşdirilmiş cəza növünün icra olunması göstərilib.)

Qurani-Kərimin mənaca tərcüməsinin elektron versiyası

16. (Ey İslam hakimləri) sizlərdən həmin əməli (zinanı) etmiş hər iki nəfəri (arvadı olmayan kişi ilə əri olmayan qadını ilahi cəza növünün icrası ilə) incidin. Əgər (cinayətlərinin qazının yanında sübut olunmasından qabaq) tövbə etsələr və (özlərini) düzəltsələr, onlardan vaz keçin. Həqiqətən Allah həmişə tövbələri qəbul edən və mehribandır.

17. Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir.

18. Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır.

19. Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil. Həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil. (Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları), (itaətsizlik və zina kimi) aşkar çirkin bir iş görmələri istisna olmaqla sıxıntıda qoymayın (amma aşkar çirkin bir iş görmüş olsalar onları halal yollarla sıxıntıda qoymaqla onlardan bir şey ala bilərsiniz). Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur.

20. Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehriyyələrindən əl çəksinlər).

21. Onu necə geri alırsınız halbuki siz (cismi və ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz və onlar sizdən (nikah vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar!

22. Atalarınızın evlənmiş olduğu qadınlarla - (cahiliyyət dövründə olub) keçən istisna olmaqla - evlənməyin. Həqiqətən də bu iş çox çirkin, (Allahın) qəzəb(in)ə səbəb olan və pis bir yoldur.

Qurani-Kərimin mənaca tərcüməsinin elektron versiyası

23. (Qohumlarınızdan məhrəm adlanan yeddi dəstə:) analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları və bacınızın qızları, (eləcə də süd əmmək və evlənmək yolu ilə digər bir altı dəstə:) süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın - yaxınlıq etdiyiniz arvadlarınızın himayənizdə olan qızları - əgər onlarla yaxınlıq etməmisinizsə onda sizə (ananı boşayıb qızla evlənməkdə) bir günah yoxdur-eləcə də (oğulluğa götürdüyünüz deyil) sizin belinizdən olan oğullarınızın arvadları və həmçinin iki bacını bir yerdə (eyni zamanda) almaq-(cahiliyyət dövründə olub) keçən istisna olmaqla-sizə əbədi haram olunmuşdur. Həqiqətən Allah həmişə çox bağışlayan və mehribandır.

24. Və (həmçinin) ərli qadınlar - (müharibə zamanı kafirlərdən) əsir düşənlər istisna olmaqla - (sizə haram oldu). (Çünki onların ərsiz əsir düşmələri təlaq hökmündədir.) Bunlar (bu hökmlər) Allahın sizin üçün yazdığı və qərara aldıqlarıdır. Bunlardan (sadalanan on dörd qismdən) başqaları sizə halal oldu ki, günahdan çəkinən və zinadan uzaq halda öz mallarınızla (onlarla evlənmək) istəyəsiniz. (Sadalanan on dörd qismdən başqa) müvəqqəti evləndiyiniz qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin. Vacib mehriyyə təyin olunduqdan sonra (mehriyyənin aradan götürülməsi və ya onun azaldılıb-çoxalması barəsində aranızda) qarşılıqlı razılığa gəldiyiniz şeydə sizin üçün günah yoxdur. Həqiqətən Allah həmişə (işlərin xeyrini) bilən və (şəriət və xilqətdə) möhkəm yaradılış sahibidir.

25. Sizlərdən azad və möminə qadınlarla evlənməyə maddi imkanı olmayan şəxs malik olduğunuz kənizlərdən cavan və möminə qızlarla evlənsin. Allah imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz (hamınız iman telləri vasitəsi ilə bir-birinizə bağlanmış bədənin üzvlərisiniz). Buna görə də sahiblərinin icazəsi ilə onlarla evlənin və mehriyyələrini zina əhli və gizlin aşnası olana deyil, namuslu olduqları təqdirdə gözəl bir tərzdə onlara ödəyin. Beləliklə əgər bu qadınlar (kənizlər) evlənəndə(n sonra) çirkin işə (zinaya) mürtəkib olsalar, onların cəzası azad qadınlar üçün olanın yarısı qədərdir. (Kənizlə evlənməyə verilən) bu (icazə) sizin (subaylıq) məşəqqət(in)dən və (zinanın) zərər(in)dən qorxanınız üçündür. Sizin üçün səbr etmək daha yaxşıdır. Allah çox bağışlayan və mehribandır.

26. Allah (dinin hökm və maarifini) sizə aydınlaşdırmaq, sizi sizdən əvvəlkilərin (dini) adətlərinə hidayət etmək və nəzərini sizə yönəltməklə tövbənizi qəbul etmək istəyir. Allah bilən və hikmət sahibidir.

27. Həmçinin Allah sizə nəzər salmaq istəyir. Nəfsi istəklərə tabe olanlar isə sizin böyük bir əyriliklə (haqq yoldan) sapmağınızı istəyirlər.

28. Allah (müvəqqəti evlənmək, kənizi almaq və digər qanunlarla) sizə yüngüllük gətirmək istəyir. İnsan (nəfsinin istəkləri müqabilində) zəif və aciz yaradılmışdır.

29. Ey iman gətirənlər, qarşılıqlı razılıq əsasında olan ticarət istisna olmaqla öz aranızda bir-birinizin mallarını haqsız yerə (şəriət və qanuna zidd yollarla) yeməyin. İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən Allah sizə qarşı həmişə mehribandır.

Qurani-Kərimin mənaca tərcüməsinin elektron versiyası

30. Onu (başqasının malını yeməyi və birini öldürməyi Allahın hökmünün) hədd(lərin)i aşmaq və (özünə və ya başqalarına) zülm üçün edən kəsi tezliklə (yandırıcı) oda salacaq və odun istiliyini ona daddıracağıq. Bu, Allaha asandır.

31. Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik. (Günahların böyük və kiçik adlandırmaları onların fərdi və ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür.)

32. Heç vaxt Allahın, vasitəsilə birinizi digərinizdən üstün etdiyi şeyi arzulamayın (kişilər və qadınlar bir-birlərinin şər’i, qanuni, cismi və ruhi üstünlüklərini, eləcə də heç bir şəxs və ya dəstə başqasının Allah tərəfindən verilmiş mal, məqam və övlad kimi üstünlüklərini arzulamasın. Çünki bu imtiyaz və üstünlüklər hikmətə və yaradılış aləminin kamilliyinə əsaslanır və ona zidd arzular cəmiyyətdə paxıllığın və fəsadın aşkar olmasına səbəb olur). Kişilərin (ixtiyari və ya qeyri-ixtiyari xüsusiyyətlərlə) qazandıqlarından (əldə etdiklərindən) payları vardır. Həmçinin qadınların qazandıqlarından payları vardır. Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin ki, həqiqətən Allah hər bir şeyi biləndir (hər bir kəsə onun xeyrinə olanı verir).

33. Ata-ana, yaxınlar və (evlilik, cərirə zəmanəti, yaxud köləlikdən azad olma) əhd – peyman(ı) bağladığınız kəslərin qoyub getdikləri hər bir mal üçün varislər müəyyənləşdirmişik (və qohumluğun dərəcələri arasındakı fərq əsasında onlara irs düşür). Hər bir insan üçün (onun) mirası çatan varislər müəyyənləşdirmişik (və onlar) ata-ana və onun (digər) yaxınları, həmçinin (evlilik, cərirə zəmanəti, köləlikdən azad etmə və imamət) əhd-peyman(ı) bağladığınız kəslər(dən ibarət)dir. Odur ki, (ey zəmanənin hakimləri,) onların paylarını özlərinə verin. Şübhəsiz, Allah hər şeyə şahiddir.

34. Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin və (sonra) yataqda onlardan uzaqlaşın və (əgər yenə xeyri olmasa, şəriət qanunu çərçivəsində) onları vurun. Beləliklə əgər sizə itaət etsələr daha (bundan sonra) onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən Allah məqamı uca və böyükdür.

35. Və (siz, ey şəriət hakimləri, yaxud ey qövmün ağıllıları ) əgər o ikisinin (ər ilə arvadın) arasındakı çəkişmə və ziddiyyətdən qorxsanız, onda bir hakim kişinin ailəsindən və bir hakim qadının ailəsindən göndərin ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah o ikisinin arasında uyğunluq yaradar. Həqiqətən Allah bilən və xəbərdardır.

Qurani-Kərimin mənaca tərcüməsinin elektron versiyası

ARDI VAR...


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:28
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 12 mart 2011 21:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
yarisini oxudum winked

gulshen

  • 11 mart 2011 02:43
  • Məqalə: 1
  • Şərh: 207
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

_RONALDO_

  • 10 mart 2011 23:49
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tewekkurler

--------------------

::..ONSLAUGHT::..

  • 10 mart 2011 20:29
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur winked

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 10 mart 2011 17:22
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
oxudum təşəkkürlər

--------------------

host_470

  • 10 mart 2011 12:34
  • Məqalə: 0
  • Şərh: 273
  • Bal:
{awards}
35. Və (siz, ey şəriət hakimləri, yaxud ey qövmün ağıllıları ) əgər o ikisinin (ər ilə arvadın) arasındakı çəkişmə və ziddiyyətdən qorxsanız, onda bir hakim kişinin ailəsindən və bir hakim qadının ailəsindən göndərin ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah o ikisinin arasında uyğunluq yaradar. Həqiqətən Allah bilən və xəbərdardır.

Inciciceyi

  • 10 mart 2011 09:38
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

huseyn12

  • 10 mart 2011 08:27
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Çox təşəkkür edirəm.
Rəhman razı olsun.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

YazYamuru

  • 10 mart 2011 00:34
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: Made_In_Bakinka
Tesekkur edirem doosim cox gozel xeberdir


--------------------



Made_In_Bakinka

  • 10 mart 2011 00:18
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Tesekkur edirem doosim cox gozel xeberdir

lider

  • 9 mart 2011 23:39
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Allah razi olsun. TEWEKKURLER

Allah razi olsun. TEWEKKURLER

SerSeRi_RuzGaR

  • 9 mart 2011 21:34
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
TeweKkuR EdIreM CANim)

TeweKkuR EdIreM CANim)

--------------------
<<<$aLunKa>>>

Lexikon

  • 9 mart 2011 20:40
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekur edirem

marlin

  • 9 mart 2011 19:53
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
tesekkur bele gozel xebere gore

--------------------

::..ONSLAUGHT::..

  • 9 mart 2011 19:53
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

gul_93

  • 9 mart 2011 19:24
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
nese taniw geldi.tewekkurler

::..ONSLAUGHT::..

  • 9 mart 2011 19:22
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 9 mart 2011 19:22
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
muellife twk edirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 19
Cəmi: 32

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}