Həzrət Əli Əsğər (ə) haqqında

 
Həzrət Əli Əsğər (ə) haqqında


İmam Hüseynin (ə) kiçik oğlu Həzrət Əli Əsğər (ə) Kərbəla şəhidlərindən ən azyaşlısıdır. Kərbəla müsibətində iki şəhidin başı bədənindən qopmamışdı ki, bunlardan biri Əli Əsğər (ə) və o birisi də Hürr idi. Ancaq bəzi mənbələrə əsasən Əbu Əyyub Ğənəvi əmr edir ki, bu körpənin da cəsədini tapıb, başını bədənindən ayırsınlar. Sonra nizəyə keçirib, şəhər-şəhər gəzdirsinlər. Ubeydullahın məclisinə İmam Hüseynin (ə) başı bir təştin içində Əli Əsğərin (ə) başı ilə bir yerdə gətirilmişdi. İmam Hüseyn (ə) şəhidlərin cəsədləri içində ancaq bu körpəni basdırır. İmam Hüseyn (ə) Əli Əsğərin (ə) bədənini boğazından axan qana boyayıb, onu dəfn edir. O, tənha şəhiddir ki, İmamın (ə) qollarında can vermişdi. Yazırlar ki, o, can verən zaman göydən belə nida gəlir: "Onu Allaha tapşır. Çünki behiştdə ona süd veriləcəkdir". İmam (ə) onun qanını göyə atır və ondan bir damcı da yerə düşmür. Hərmələnin (lən) oxu haqqında belə yazırlar: "Ox körpənin başını üzür". Halbuki ox adətən dəydiyi yeri deşir. Belə görünür ki, bu xüsusi oxlar idi ki, ucları enli halda hazırlanırdı. Ona görə də Əli Əsğərin boğazını üzür.

Əli Əsğər məzlumiyyətin bariz nümunəsidir. Belə ki, o, körpə idi və düşmənin əleyihnə heç nə edə bilməzdi. Onun şəhadətindən sonra İmam (ə) başını göyə tutub buyurur: "Allahım! Bizim intiqamımızı cəfakarlardan al!". Onun məzlumiyyəti tarixdə yaddan çıxmayan hadisələrdən sayılır. İmamın (ə) xeymələrə tərəf gətirdiyi tək cənazə - bu körpənin cənazəsi olmuşdur.
Həsən Xəzaz deyir: "İmam Rzadan (ə) eşitmişdim: "Bəzi insanlar bizimlə dostluq və məhəbbət iddiasını edirlər, bizə zərərləri Dəccalın zərərindən də çoxdur". Həsən deyir: "Ya ibni Rəsullah! Hansı səbəbə görə?" Buyurdu: "Bizim düşmənlərimizlə dostluqlarına və dostlarımızla düşmənçiliklərinə görə. O zaman ki, belə olar, haqla batil bir-birinə qarışar. Mömin də münafiqdən seçilməz".


Geri dön

... Deryam ...

  • 15 noyabr 2015 19:40
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
lenet olsum qatillere recourse

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 24 oktyabr 2015 20:27
  • Məqalə: 665
  • Şərh: 18422
  • Bal:
{awards}
Məqaləyə görə sağolun)

♔ Rapuиzel ♔

  • 19 oktyabr 2015 11:01
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
Buyurun....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}