Ekler tortu

 
Ekler tortu


Tərkibi (6 pay):

115 q kərə yağı
1 st. su
1 st. un
4 iri yumurta

şokoladlı lay:
55 q tünd şokolad
2 x.q. kərə yağı
1 ç.q. vanil ekstraktı
1 st. şəkər pudrası
3 x.q. qaynar su

krem:
4 st. süd
225 q yumşaldılmış kərə yağı
2 iri qutu (hərəsi 145 q) vanilli pudinq (yaxud 3 ədəd 95-100 q-lıq)

üzərinə:
225 q qaymaqlı pendir
şokolad siropu, yaxud əridilmiş şokolad

Sobanı 200 dərəcə qızdırın.

Xəmir: iri qazanda yağla suyu qaynadın, unu əlavə edıb qarışdırın (eyni zamanda ocağı azaldın), kütlə qazanın dibindən aralananadək qarışdırmağa davam edin, sonra ocaqdan götürüb xəmiri başqa qaba qoyun. Yumurtaları bir-bir əlavə edin, hər dəfə də yaxşıca qarışdırın. Eynicinsli xəmir alınmalıdır.
Xəmiri 22x33 sm-lik formaya yayın (formanı yağlamaq lazım deyil). 200 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Tam soyudun.

Şokoladlı lay: şokoladı yağla birlikdə 1 dəqiqə müddətində mikrodalğalı sobada əridin, qarışdırın. Sonra 20 saniyəlik intervalla eynicinsli kütlə alınanadək bir neçə dəfə qızdırın. Eynicinsli kütlə alınanda vanil əlavə edin. (Mikrodalğalı soba yoxdursa, proseduru "su hamamı"nda edə bilərsiniz). Şəkər pudrasını ələyin, onu şokoladlı kütləyə əlavə edin. Qarışdıraraq su əlavə edin (mümkündür ki, daha az su gərək olsun). Eynicinsli pasta halına gələndə soyumuş korjun üzərinə çəkin.

Krem: Qaymaqlı pendiri qabarınca çalın, tədricən süd əlavə edin, toz halında olan pudinqi də əlavə edin, qatılaşınca çalın. Şokolad layının üzərinə çəkin.

Çalınmış qaymağı üzərinə çəkin, şokolad siropu, yaxud əridilmiş şokoladla bəzəyin. Şokoladla xətlər çəkin, sonra diş çöpünü aşağı-yuxarı hərəkət etdirərək naxış çəkin. Süfrəyə verənədək bir neçə saat soyuducuda saxlayın.

Nuş olsun!


Geri dön

... Deryam ...

  • 14 noyabr 2015 12:24
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
en yaxsisi hazirini yemekdi wink

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 23 oktyabr 2015 23:17
  • Məqalə: 694
  • Şərh: 18832
  • Bal:
{awards}
Təşəkkür edirəm

__gulu_gulu__

  • 21 oktyabr 2015 21:37
  • Məqalə: 12
  • Şərh: 800
  • Bal:
{awards}
meslehete gore cox sagolun...

--------------------

Nergiz__Sirinova

  • 21 oktyabr 2015 20:48
  • Məqalə: 580
  • Şərh: 5495
  • Bal:
{awards}
Resepte gore tesekkurler.

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 21 oktyabr 2015 16:48
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
melumata gore sagolun..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 55

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 12
Cəmi: 657
 
aytc.sza
Xəbərləri: 10
Cəmi: 273
 
Darling
Xəbərləri: 6
Cəmi: 1060
 
Elya Alieva
Xəbərləri: 3
Cəmi: 153
 
Türkan_
Xəbərləri: 2
Cəmi: 2
 
♔Hе важно∞
Xəbərləri: 1
Cəmi: 385
 
Ayxan_007
Xəbərləri: 1
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 1
Cəmi: 843
 
bayhan
Xəbərləri: 1
Cəmi: 3
 
poetry
Xəbərləri: 1
Cəmi: 15
 
 
{slinks}