Qışda mütləq ispanaq yeyin!

 
Qışda mütləq ispanaq yeyin!

Orqanizmi gücləndirən ispanaq bir çox faydalı xüsusiyyətlərinə görə möcüzəvi qidalar arasında yer alır. Sağlam qidalanma mütəxəssisləri bu bitkini daha çox payız-qış aylarında yeməyi tövsiyə edirlər. İmmunitet sistemini gücləndirən ispanaq orqanizmi müxtəlif maddələrlə təmin edərək toksin və şlakları bədəndən xaric edir. İspanağın tərkibində insan orqanizminin hüceyrə quruluşu üçün çox vacib olan zülal var.

Lakin təəssüflər olsun ki, bir çox xeyirli xüsusiyyətlərini uzun zaman özündə qoruyub saxlama gücünə malik deyil. Çünki köhnə ispanaq yarpaqlarının tərkibində yüksək miqdarda oksalat turşusu toplanır. Ona görə ispanaq alan zaman yarpaqlarının təzə olmasına xüsusi fikir verin.

Qidalandırıcı gücə malik olan aşağı kalorili ispanaq artıq çəki ilə mübarizədə orqanizmin ən yaxın dostudur. Az kalorili olmasına baxmayaraq, pəhriz zamanı halsız olmağa imkan vermir. Xüsusilə hamiləlik dövründə istehlak edilən ispanaq körpəyə güc və enerji verir.

Mütəmadi olaraq istehlak etdikdə zehni gücləndirir və yorğunluğu tamamilə aradan qaldırır. Tərkibindəki beta-karotin və C vitamini sayəsində həzmi asanlaşdırır, qəbizlik problemini aradan qaldırır.

Son illər aparılan araşdırmalar nəticəsində bəlli olub ki, ispanaq xərçəngin inkişafının qarşısını alma gücünə malikdir. Bu, onunla izah edilir ki, tərkibində olan fitonutrientlər xərçəng şişlərinin inkişaf etməsinə imkan vermirlər.

Tərkibində olan yüksək dəmir konsentrasiyasına görə qanda hemoqlobini aktivləşdirərək hüceyrələri oksigenlə təmin edir. O, həmçinin, maddələr mübadiləsini yaxşılaşdırır və orqanizmin enerji istehsalına kömək edir.

Gözəllik məqsədi ilə
İspanaq dəri üçün də olduqca faydalıdır. İspanağın tərkibindəki faydalı maddələr sağlam və parlaq dəriyə sahib olmağımıza yardım edir. O cümlədən, sızanağın müalicəsində geniş istifadə olunur. İspanaq su ilə qarışdırılıb dəriyə tətbiq olunanda sızanaq və iltihabları aradan qaldırır.

İspanaqda olan bol miqdarda mineral və vitamin saçları oksigenlə təmin edir. Dəmir əskikliyi ucbatından yaranan saç tökülməsini də təbii şəkildə müalicə edir. Sümük və dişləri möhkəmlədən ispanaq diş çürüməsinin qarşısını alır.


Geri dön

__S.M_ova__

  • 18 noyabr 2015 17:02
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
Məsləhətə görə sağolun Təşəkkürlər

... Deryam ...

  • 13 noyabr 2015 23:28
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
mutleq yemeliyem..twkler winked

--------------------

__gulu_gulu__

  • 23 oktyabr 2015 23:01
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
maraqli meslehete gore cox sagolun...

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 23 oktyabr 2015 23:00
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
[center]Təşəkkür edirəm[/center]

Nergiz__Sirinova

  • 23 oktyabr 2015 17:16
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}