Ailə həyatı

 
Ailə həyatı

Ailə həyatı

Ey Allahın qulları!.. Allahdan haqqı ilə qorxun və ancaq müsəlman olaraq ölün!
"(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan,
həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin!
Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!" (ən Nisa surəsi, 1)

Bilin ki, ey Allahın qulları. Allah əzzə və cəllə bizlərə nemətlərini xatırlatmaqda, lütfünə və ehsanına
dəlalət edən ayələrini açıqlamaqdadır. Allah Sübhanahu və Təala belə buyurur:
"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq)
sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.
Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (Rum surəsi, 21)

Bu ayədə Allah, qullarına bağışladığı böyük bir nemətə işarət etməkdədir. Bu nemət, bu dünyada yaxınlıq və sevincin, sakitçiliyin həyata keçməsi üçün ər-arvad arasındakı ailə əlaqəsidir. Bu səbəblə qul bu əlaqəni haqqı ilə qorumalı, bu əlaqənin qurulduqdan sonra dağılmasına səbəb olmamalıdır.
Ey Allahın qulları!.. Allah qullarını dünyalıq işlərini düzəltməkdə və onları idarə etmə nöqtəsində və dünya və axirət xöşbəxtçiliyinə çatdıracaq faktorlar baxımından fərqli fərqli yaratmışdır. Bu fərqlilik səbəbilə Allah, insanları idarə edən və idarə olunan yaratmış, millətlərinin işlərini idarə edən idarəçilər seçmişdir. Kişini ev əhlinə idarəçi təyin etmişdir, qadına da ərinə evinin idarəsini vermişdir.

Ailə, həyatın dirəyi və xöşbəxtçiliyin təməlidir. Nəfslərin sakitçiliyidir. Ailə, ancaq kişi vəzifəsini yerinə yetirdiyində islah olur. Ev əhlinin işləri düzəlir və həyatları gözəl olur. Qadın üçün də eyni vəziyyət vardır. Müsəlman qadına düşən vəzifə, uşaqlarına və yoldaşına qarşı vəzifələrini yerinə yetirərək yoldaşı ilə bir olmalıdır. Ev, həyatın ilk məktəbidir. Allahın izni ilə yeni yetişən nəsilləri islah edən, onları təmiz yaşama və dünya və axirət xöşxbətçiliyinə düzgün bir İslami tərbiyə ilə tərbiyələndirən təməl faktordur.

Ey Allahın qulları! İnsanlardan bir çoxu bu gün boşanma xəstəliyinə tutulmuş, boşanmanı bəsit bir iş saymaqdadırlar. Onlardan biri ən kiçik bir səbəblə yoldaşını boşayır. Etdiyi bütün yaxşılıqları unudur və ona zülm edir. Özünə və uşaqlarına zülm edir. Sonra etdiyi bu əmələrə görə peşman olub dərd çəkər. Bunun səbəbi çox halda tez qəzəblənmək, ani reaksiya göstərmək və pis əxlaqdır. Bununla yuva yıxılar və ailə dağılar.
Kişi, özünə və sinirlərinə hakim olmalı və yoldaşına qəzəblənməməlidir. Həddini aşmış əsəbdən qaynaqlanan bunun kimi hallarda, olduğu vəziyyəti dəyişdirməlidir. Peyğəmbər (s.ə.s), kişini əsəb anında vəziyyətini dəyişdirməyə yönləndirmişdir. Ayaqdadırsa oturar, oturursa uzanar və ya işlər düzəlincəyə qədər, əsəbi keçib əvvəlki halına dönüncəyə qədər evdən çıxar.

Buna əlavə olaraq Peyğəmbər (s.ə.s)-in qadın haqqındakı nəsihətini xatırlamalıdır. Muslimin Əbu Hureyrə (r.a)-dan rəvayət etdiyi hədisdə, Rəsulallah (s.ə.s) belə buyurur: "Qadınlarla yaxşı davranın, çünki onlar qabırğa sümüyündən yaradılmışdır. Şübhəsiz qabırğa sümüyünün ən əyri yeri ən üstüdür. Düzəltmək istəsən sındırarsan. Olduğu kimi buraxsan əyri olaraq qalar. Qadınlarla yaxşı davranın" Və belə buyurur: "Mömin kişi mömin qadına qəzəblənməz. Onun bir xasiyyətindən xoşlanmazsa bir digərindən xoşlanar" Bu Peyğəmbər nəsihəti gözəl əxlaqa və yaxşı davranmağa sövq edən böyük bir vasitədir. Kişi, yoldaşındakı gözəl xasiyyətlərə və ona uyğun olan yönlərə diqqət çəkməli və xoşlanmadığı xasiyyətləri qarşısında bunları yada salmalıdır. Kişi, yoldaşındakı gözəl xasiyyətləri və sevdiyi yönləri düşününcə və ona qəzəblənib pis müamələ etmə səbəbinə baxdığında, əgər insaf sahibidirsə bir çox gözəl xasiyyətin yanında əriyib gedən pis xasiyyətlərini görməmiş olar.

Ağıllı adam, mükəmməlliyinin imkansız olduğunu bilməlidir. Kişi öz xasiyyətlərinə baxsa və özünə diqqət yetirsə, yoldaşındakı kimi və bəlkə də daha çox qüsur tapar. Bu səbəblə, Allah əzzə və cəllənin bu əmrini xatırlamalıdır: "Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun" (ən Nisa surəsi, 19)

Ey Allahın qulları! Ağlı başında olan, pozulmamış fitrətə və insaflı qəlbə sahib kişi, qadının haqqını yeməkdən imtina edər. Şərəfli bir insan, özündən uzaqda böyüyən, sonra onunla arasında əlaqə qurulan və onlardan hər birinin nəfsi digərindən rahatçılıq tapan gücsüz bir qadına zülm etməyi döğru görməz. Allah Sübhanahu və Təala belə buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (ər Rum surəsi, 21)

Bu sevgi və mərhəmətlə birlikdə qadın, ərinə itaətdə bağlı qalmalıdır. Evinin işlərini görməli və ərinin könlünü xoş tutmalı, onu rahat etməlidir. Bütün bunlardan sonra da kişi, yoldaşına zərər və darlıq verməyə, onu alçaldmağa, haqqını yeməyə və döyməyə, kiçik bir səbəblə ondan ayrılmağa və boşanmağa cürət etməməlidir.
Ey Allahın izzət və şərəf, qorunma və iffət bağışladığı qadın! Allah, qadını ailənin tərbiyəçisi və təməl dirəyi olaraq yaradmışdır. Əxlaqını gözəlləşdirərək və yoldaşına yaxşı davranaraq sənə verilən neməti qoru! Şübhəsiz ərinin haqqı böyükdür. Ərinə itaətinin və qulluğunun, onun işlərini görmənin və ona səbr etmənin, pis zənnlərdən, heç bir əslə dayanmayan ittihamlardan və əziyyət verici sözlərdən uzaq durmanın qarşılığını Allahdan gözlə. Eşitdiyin ər-arvad problemlərindən, nəticənin də ailələrin parçalanmasından və uşaqların darmadağın olmasından ibrət al!..

Ey kişilər və qadınlar! Sizdən hər biriniz aradakı gözəl münasibəti qorusun. Həyat yoldaşından gələn şeylərə səbr etsin. Həyat yoldaşında xoşlanmadığı bir şey görərsə yumşaqlıqla reaksiya göstərsin və əsəbi keçənə qədər onu bağışlasın. Həyat yoldaşının yaxşılığını etiraf etsin. Yoldaşların hər birinin digəri üzərində haqqları olduğunu və bunların mütləq yerinə yetirilməsi lazım olduğunu xatırlayın. Allah əzzə və cəllə belə buyurur: "(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər." (əl Bəqərə surəsi, 228)

Allahdan haqqı ilə qorxun ey Allahın qulları!.. Səbrli və yumşaq olun. Bəzi şeylərə diqqət yetirməyin. Çünki mükəmməl olmaq imkansızdır! Bağışlamaq isə, dəyərli insanların xüsusiyyətlərindəndir.
Qovulmuş şeytandan Allaha sığınıram "Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun" (ən Nisa surəsi, 19)

Allahdan haqqı ilə qorxun ey Allahın qulları.
Ondan haqqı ilə qorxun və öləndə müsəlman olaraq ölün.


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:27
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

ehli beyt

  • 27 aprel 2011 16:56
  • Məqalə: 0
  • Şərh: 49
  • Bal:
{awards}
Cox gozel yazmisiz,yazan elleriniz yorulmasin.ALLAh min defe razi olsun..!!!

Ulya

  • 12 mart 2011 21:31
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

ZEHRA

  • 9 mart 2011 23:07
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
twk maraqlidi

Lexikon

  • 9 mart 2011 21:00
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
twkler..........

marlin

  • 9 mart 2011 20:27
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
twk maraqlidi

--------------------

::..ONSLAUGHT::..

  • 9 mart 2011 19:03
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk sagol maraqlidir

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 9 mart 2011 18:46
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
twk sagol maraqlidir

--------------------

SUADA_M

  • 9 mart 2011 18:27
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
TSKLER....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}