Bohem stilində geyinməyin 7 qaydası

 
Bohem stilində geyinməyin 7 qaydası



[center]Bohem üslubu bir neçə mövsümdür ki, dəbi əsir alıb. Üstəlik, payız aylarında da öz yüksəlişinə davam edəcək. Elə isə bohem stilində geyinmək üçün daha nəyi gözləyirsiniz?

7 addımda payızın ən dəbli tərzinə bürünməyin yollarını təqdim edirik:

1. Saçaqlar
Bohem stilini tərzinizdə əks etdirmək istəyirsinizsə, mütləq saçaqlı geyim və aksessuarlara üstünlük verməlisiniz. İstər pencək alın, istərsə də qısa çəkmə, üzərində mütləq saçaqlar olmalıdır. Saçaqlı çantalar da stilinizi tamamlamağınıza kömək edə bilər.

2. Düzgün parça seçimi
Bohem üslubunda müəyyən parça növlərinin özünəməxsus yeri var. Geyimləriniz kətandan, şifondan və ya zərxaradan tikilməlidir. Köynəkdə kətan və şifon, donlarda şifon, pencəklərdə isə zərxara parçaya üstünlük verə bilərsiniz.

3. Etnik naxışlar
Bohem stili dedikdə, ağlımıza gələnlərdən biri də etnik naxışlardır. Etnik naxışlar, xüsusilə, çantalara çox yaraşır.

4. Enlibalaq şalvar
70-ci illərin dəbindən ilhamlanaraq hazırlanan enlibalaq şalvarlarla gündəlik tərzinizi tamamlaya bilərsiniz. Xüsusilə də, cins enlibalaqlar bu mövsüm aktualdır.

5. Maksi don
Bohem stili, sadəcə, şalvar kombinləri ilə yaradılmır. Uzunqol maksi donlarla da istədiyiniz nəticəni əldə edə bilərsiniz.

6. Aksessuar çılğınlığı
Bohem stilinin ən gözəl tərəfi aksessuarlardan bol-bol istifadə etməyə icazə verməsidir. İstədiyiniz bütün aksessuarları bir-biri ilə uyğunlaşdıra bilərsiniz. Şapka, şal, dəbdəbəli sırğalar, üzüklərlə tərzinizə rəng qatın.

7. Dağınıq saçlar
Bohem üslubunda geyinməyə qərar vermisinizsə, saçlarınıza azadlıq verməlisiniz. Qoyun, bir az dağınıq görünsün. Dağınıq hörüklərə də müraciət edə bilərsiniz.


Bohem stilində geyinməyin 7 qaydası


Bohem stilində geyinməyin 7 qaydası


Bohem stilində geyinməyin 7 qaydası


Bohem stilində geyinməyin 7 qaydası


Bohem stilində geyinməyin 7 qaydası


Bohem stilində geyinməyin 7 qaydası


Geri dön

__S.M_ova__

  • 15 noyabr 2015 14:10
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
Xəbərə görə sağolun

... Deryam ...

  • 13 noyabr 2015 23:24
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
daginiq saclari daha cox sevdim wink saclar yanmaqdan dincelir

--------------------

Nergiz__Sirinova

  • 4 noyabr 2015 17:41
  • Məqalə: 333
  • Şərh: 3147
  • Bal:
{awards}
Serhlere gore tesekkurler smile

--------------------

__gulu_gulu__

  • 25 oktyabr 2015 14:00
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
maraqli xebere gore cox sagolun...

--------------------

Sucan

  • 24 oktyabr 2015 23:18
  • Məqalə: 0
  • Şərh: 1652
  • Bal:
{awards}
xeber ucun tesekkirler ))

вคɴค iкiмizi คɴlคт ❤

  • 24 oktyabr 2015 19:52
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Maraqli xeberdi cox sagol)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}