Sənsiz heç kəsim yoxdur - Orxan Bahadırsoy

 
Sənsiz heç kəsim yoxdur - Orxan Bahadırsoy

Mən dərin bir sükutdan,
səsə-küyə düşmüşəm.
Bu küydən sənin səsin
gələr deyə düşmüşəm.


Mən seçərəm səsini
milyon səsin içindən.
Qızınmışam o ətrin,
o nəsəfin içində.

Yox, mən unutmamışam,
səsin qulağımdadır.
Nəfəsin saçlarımda,
ətrin qucağımdadır.


Gah göydən, yerdən səni
soraqlayır əllərim.
Gah gülür sən gedəli,
gah ağlayır əllərim.

Mənə tanış deyildi
bu acı ayrılıqlar.
Elə ədəblidir ki,
qapı döyür intizar.


Səndən etibarlıdır,
məni axtarır kədər.
Sən məni sevməmişdin
dərdin sevdiyi qədər.

İndi pozub sükutu,
düşmüşəm hay-haraya!
Sən o doğma səsləri
aparmısan haraya?


Donuram, qızınmağa
ətrin, nəfəsin yoxdur.
Milyon kəsim olsa da,
sənsiz heç kəsim yoxdur.


Müəllif: Orxan Bahadırsoy


Geri dön

... Deryam ...

  • 15 noyabr 2015 14:49
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
Mənə tanış deyildi
bu acı ayrılıqlar recourse

--------------------

__S.M_ova__

  • 27 oktyabr 2015 21:19
  • Məqalə: 90
  • Şərh: 1398
  • Bal:
{awards}
Donuram, qızınmağa
ətrin, nəfəsin yoxdur.
Milyon kəsim olsa da,
sənsiz heç kəsim
yoxdur.http://legend.az/templates/legend/bbcodes/quote.gif

Nergiz__Sirinova

  • 27 oktyabr 2015 19:35
  • Məqalə: 543
  • Şərh: 4966
  • Bal:
{awards}
Seire gore tesekkurler.

--------------------

OnE DiReCtIoN_ZAYN

  • 27 oktyabr 2015 15:16
  • Məqalə: 5
  • Şərh: 4445
  • Bal:
{awards}
tewekkurler beyendim))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 11
Qonaqlar: 92
Cəmi: 139

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 54
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 48
Cəmi: 869
 
Limon qoxusu
Xəbərləri: 46
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
aytc.sza
Xəbərləri: 20
Cəmi: 21
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}