Sənə get demədim

 
Sənə get demədim


Ümidim tərgidib gerçəkləşməyi,
Arzum çin olmağı bacarmır daha!
Ruhunu itirən bu məhəbbətdən,
Könlüm kam almağı bacarmır daha!

Sən daim sevilib təzdən doğuldun,
Mənsə unudulub ölürəm hərdən.
Sən elə hər şeyin fövqündə durdun,
Mən isə hər şeyin bitidiyi yerdə.


Var idi bir zərrə ümiddən payım,
O da ki, mənimlə qalan olmadı.
Sən sevgini satdın, çox oldu alan,
Mən ayrılıq satdım, alan olmadı.


Səssiz-səssiz axan çaylar kimiydim,
Tufana dönmüşəm, selə dönmüşəm.
Mən sənin üstündə günəş kimiydim,
İndi səndən ötən yelə dönmüşəm.


Sənə get demədim, gəl də demirəm.
Mənim yalvarmağa enmir qürurum.
O qədər zalımdır bu ayrılıq ki,
Gücüm yoxdur onun qəsdinə durum!


Müəllif: Orxan Bahadırsoy


Sənə get demədim


Geri dön

... Deryam ...

  • 13 noyabr 2015 23:09
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
Sənə get demədim, gəl də demirəm.
Mənim yalvarmağa enmir qürurum.

--------------------

Awk bir hayal

  • 28 oktyabr 2015 20:41
  • Məqalə: 137
  • Şərh: 2757
  • Bal:
{awards}
Sənə get demədim, gəl də demirəm.
Mənim yalvarmağa enmir qürurum.
O qədər zalımdır bu ayrılıq ki,
Gücüm yoxdur onun qəsdinə durum!

__S.M_ova__

  • 27 oktyabr 2015 21:21
  • Məqalə: 90
  • Şərh: 1398
  • Bal:
{awards}
Sənə get demədim, gəl də demirəm.
Mənim yalvarmağa enmir qürurum.
O qədər zalımdır bu ayrılıq ki,
Gücüm yoxdur onun qəsdinə durum!

Nergiz__Sirinova

  • 27 oktyabr 2015 19:34
  • Məqalə: 510
  • Şərh: 4575
  • Bal:
{awards}
Seire gore tesekkurler.

--------------------

OnE DiReCtIoN_ZAYN

  • 27 oktyabr 2015 15:15
  • Məqalə: 5
  • Şərh: 4445
  • Bal:
{awards}
tewekkurler beyendim

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 56
Cəmi: 89

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 52
Cəmi: 797
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 39
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}