Biz Ayrıldıq

 
Biz Ayrıldıq

Bəhanələr gətirdi,nöqsanlar axtararaq
Məni aram- aram od təki yandıraraq
Zalım olub canıma bircə anda qıyaraq
Deyəndə sən öz yoluna,mən öz yoluma

Biz Ayrıldıq........

Sevgimə qoymadı məhəl zərrə tək
Bu qədər əzazil olmaz hec fələk
Belkədə tufanla əsən bir külək
Deyəndə sən öz yoluna,mən öz yoluma

Biz Ayrıldıq........

Səndən tək yadıgar anların qaldı
Elə bir yuxudu mürgü yaratdı
Düşmənin qəlbində sevinc oyatdı
Deyəndə sən öz yoluna,mən öz yoluma

Biz Ayrıldıq........


İndi yazıram dərdi varağ dəftərə
Xeyri yox cağırsam day cətin gələ
Ona deyiləsi sözlər qalıbdı hələ ..
Deyəndə sən öz yoluna,mən öz yoluma

Biz Ayrıldıq........


Nə gözəl vədələr vaxtlar var idi
Küsüb barışmağa cağlar var idi
Göz dəydi ürəyim ağlar bax indi
Deyəndə sən öz yoluna,mən öz yoluma

Biz Ayrıldıq........

Bir gün rast gələrsən adıma mənim
Artacaq həmin an kədərin qəmin
Yadına düşəcək bax bu günlərin ,
Deyəndə sən öz yoluna,mən öz yoluma

Biz Ayrıldıq........

Həsrəti hicranin yolunda hər an
Səhraya mən oldum belə iz salan
Məcnunun yanında olmuşam yalan
Deyəndə sən öz yoluna,mən öz yoluma

Biz Ayrıldıq........


Vusalı dadmamış yollar bölündü
Qismətdən payıma belə kəm düşdü
Bilmədim bu günüm necə ötüşdü
Deyəndə sən öz yoluna,mən öz yoluma
Biz Ayrıldıq........


MÜƏLLİF : SEYMUR SÖNMƏZ

Biz Ayrıldıq


Geri dön

__S.M_ova__

  • 18 noyabr 2015 16:58
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
Şeirə görə sağolun Təşəkkürlər

✯ AliKo ✯

  • 11 noyabr 2015 09:24
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
QeşenG şeirdir Müellife Teşekkürler

Allahi_Unutma

  • 2 noyabr 2015 08:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Səndən tək yadıgar anların qaldı
Elə bir yuxudu mürgü yaratdı
Düşmənin qəlbində sevinc oyatdı
Deyəndə sən öz yoluna,mən öz yoluma
Biz Ayrıldıq........

Tesekkur edirem

Nergiz__Sirinova

  • 28 oktyabr 2015 17:45
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Seire gore tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 44

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}