Bu qidalar sizi qrip olmağa qoymayacaq

 
Bu qidalar sizi qrip olmağa qoymayacaq


Türkiyəli diyetoloq Vildan Kabataş qışda immuniteti gücləndirib xəstəliklərdən qoruyan qidaların siyahısını açıqlayıb.

Cəfəri: C vitamini və dəmir anbarıdır. Böyrəkləri təmizləyir və qan şəkərini nizamlayır.

İspanaq: İmmunitet sistemini gücləndirən ispanaq dəmir baxımından zəngindir. Beta-karotin ehtiva etdiyi üçün yaşla birlikdə ortaya çıxan göz xəstəliklərinə qarşı da təsirlidir.

Kələm: Tərkibi qocalmağın qarşısını alan minerallar, xüsusən də natriumla zəngindir. Mədə və qida borusu xərçəngi təhlükəsini azaldır. Kələm növlərində olan U vitamini, mədə və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Dəri sağlamlığı üçün faydalıdır.

Brüssel kələmi: Az bişirilməsi və ya çiy istehlak edilməsi daha məqsədəuyğundur. İmmunitet sistemini gücləndirir. Lif, A, C vitaminləri və fol dəri sağlamlığı üçün də faydalıdır.

Balqabaq: Balqabaq zəngin lif, A vitamini, fosfor və kalsiumdan ibarətdir. Lifli yeməklər bağırsaq xərçənginin yaranmasının qarşısını alır.

Soğan-sarımsaq: İmmunitet sistemini gücləndirməkdə olduqca təsirlidir.

Naringi: Zəngin C vitamini xüsusilə qış aylarında xəstəliklərdən müdafiə edir.

Portağal: C vitamini və fol turşusu qaynağı olan portağal immunitet sistemini gücləndirir və qan azlığına yaxşı təsir edir.

Qreypfrut: C Vitamini baxımından zəngin olan qreypfrut immunitet sistemi üçün olduqca yararlıdır.

Armud: A, B1, B2, B3, B6 və C vitaminləri ilə zəngindir. Qabıqlı olaraq istehlak edilməsi bağırsaq sağlamlığı üçün çox faydalıdır.

Razyana: Tərkibində uçucu yağlar olduğu üçün qaynatmaq olmaz, isti suda dəmləmə şəklində saxlayıb içilməlidir. Razyana kalsium, kalium kimi minerallarla yanaşı, B vitamini ilə zəngindir. O, bədən müqavimətini artırır, nizamlı istifadə edildikdə xolesterini aşağı salır.

Sarıkök: Sarıkök antioksidant mənbəyidir. İltihabönləyici xüsusiyyətə malik olan sarıkök immuniteti güncləndirir. Eyni zamanda mədə pozğunluğunun qarşısını alır.

Kəvər: C, K və B vitamini anbarıdır. Bundan başqa, kalium, kalsium, silisium, maqnezium, kükürd, mis baxımından olduqca zəngindir. Eyni zamanda bağırsaqların işini yaxşılaşdıraraq qəbizlik problemini aradan qaldırır.


Geri dön

... Deryam ...

  • 13 noyabr 2015 23:04
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
her biri cox gozel nemetlerdi

--------------------

mekuş

  • 2 noyabr 2015 15:09
  • Məqalə: 0
  • Şərh: 65
  • Bal:
{awards}
indi gedib bunlari yeyək ???????

ancaq təşəkkürlər

--------------------
mekuşşşşşşşşşşşşşşş

Awk bir hayal

  • 28 oktyabr 2015 20:42
  • Məqalə: 137
  • Şərh: 2757
  • Bal:
{awards}
Razyana: Tərkibində uçucu yağlar olduğu üçün qaynatmaq olmaz, isti suda dəmləmə şəklində saxlayıb içilməlidir. Razyana kalsium, kalium kimi minerallarla yanaşı, B vitamini ilə zəngindir. O, bədən müqavimətini artırır, nizamlı istifadə edildikdə xolesterini aşağı salır

__S.M_ova__

  • 28 oktyabr 2015 20:25
  • Məqalə: 90
  • Şərh: 1398
  • Bal:
{awards}
Məlumat üçün təşəkkürlər

Nergiz__Sirinova

  • 28 oktyabr 2015 17:36
  • Məqalə: 473
  • Şərh: 4177
  • Bal:
{awards}
Buyurun.....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 44

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}