Öskürəyi kəsən təbii üsullar

 
Öskürəyi kəsən təbii üsullar


Qış mövsümünün gəlməsi ilə birlikdə xəstəliklər də özünü büruzə verməyə başlayıb. Mövsüm dəyişikliyi uşaqlardan yetkin insanlara qədər hamıya təsir edir. Belə olduqda ictimai yerlədə öskürək səsləri də təbii olaraq artır.
Öskürəyin səbəbləri nədir?


Öskürmək, əslində, zənn edildiyi kimi xəstəlik deyil. Öskürəyi boğazı təmizləyən bir müdafiə mexanizmi hesab etmək olar. Öskürəyin bir çox səbəbi ola bilər. Öskürəyin səbəbləri bu şəkildə sıralanır:

Psixoloji
Siqaret
Soyuqdəymə, qrip, astma, boğaz iltihabı
Uzun müddət istifadə edilən təzyiq dərmanları
Ağ ciyərdə maye toplanması
Bronxit, sinusit

Bəlğəmli öskürəyin müalicəsi
Qış aylarında ən çox narahat edən xəstəlik bəlğəmli öskürəkdir. Alma qabığı ilə evdə hazırlanan çay bu məsələdə çox effektlidir. Belə ki, bu çay həm bəlğəmsökücüdür, həm də boğazınızın yumşalmasına kömək edəcək. Almanın qabığını soyandan sonra qaynar suyun içinə atın. İçərisinə bir az darçın, zəncəfil və mixək əlavə edin. Təxminən 10 dəqiqə dəmləyib için. Bu reseptə əməl etsəniz, bəlğəmli öskürəkdən əsər-əlamət qalmır.

Bəs quru öskürəyin qarşısını almaq üçün nə etməli?
Quru öskürəyi kəsmək üçün bir neçə təbii müalicə üsulu var. 1 çay qaşığı istiotu 1 çay qaşığı bal ilə qarışdırın və udun. 2 çay qaşığı tut mürəbbəsini də istiotla qarışdırmaq olar. Bu resept də çox faydalıdır.

Öskürək üçün evdə nə edə bilərik?
İsti içkilər boğazı yumşaltmaq təsirinə malik olduğu üçün quru öskürəyə yaxşı təsir edir. Nanə, adaçayı, zəncəfil çayı da öskürəyi kəsir.

Zəncəfil çayı: Qrip səbəbilə baş verən öskürək üçün zəncəfil çayı əsl möcüzədir. Zəncəfil tozunu bir stəkan suya atın və 10 dəqiqəyə qədər dəmləyin. Bu suyu yeməklərdən sonra için. Gündə 3 stəkan öskürəyi tamamilə yox edir.

Nanə çayı: Hər kəsin bildiyi kimi, nanəli limon çayı qrip, soyuqdəymə və öskürəyi kəsən ən təsirli üsuldur. Bu qarışığa boymadərən bitkisi də əlavə edə bilərsiniz. Bal isə çaya şirin dad verəcək.

Adaçayı: Adaçayı həm toksinlərin bədəndən daha sürətli atılmasına yardım edir, həm də öskürəyi kəsir. Boğazı yumşaldır və sizi rahatlaşdırır. Adaçayını su ilə dəmləyib sonra soyudun və üzərinə bir az limon suyu əlavə edərək için. Eyni zamanda qarqara da edə bilərsiniz.

Bal: Bəzi bitkilər acı olduğu üçün içmək istəmirsən. Möcüzəli bal sayəsində həmin bitki çaylarına şirin dad verə bilərsiniz. Bal həm çayınızı şirin edəcək, həm də öskürəyi kəsəcək. Bal boğazınızı yumşaltdığı üçün sizi xeyli rahatlaşdıracaq. Adətən, bir stəkan çaya bir çay qaşığı bal əlavə edilir.

Körpələrdə öskürəyin qarşısını almaq üçün tədbirlər
Bol su içirin.
Otağın havasını dəyişdirin.
Körpəniz 6 aydan böyükdürsə, cökə içirin.
Burnunu təmizləyin.
Yastığını dikəldin.

Qeyd: Öskürək uzun müddət davam edərsə, səbəbini öyrənmək üçün mütləq həkimə getməlisiniz. Həkim müayinə və analizlər nəticəsində öskürəyin səbəbini müəyyən edəcək və ona uyğun müalicə resepti yazacaq.


Geri dön

... Deryam ...

  • 13 noyabr 2015 16:45
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
tebii vasiteler daha xeyirlidir.

--------------------

__S.M_ova__

  • 8 noyabr 2015 08:38
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Məsləhətə görə sağolun

✿Silence✿

  • 2 noyabr 2015 21:13
  • Məqalə: 184
  • Şərh: 54
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Dostumu_sevdim

  • 1 noyabr 2015 17:54
  • Məqalə: 8
  • Şərh: 233
  • Bal:
{awards}
Məsləhət üçün təşəkkürlər

ღ..ѕiмray..ღ

  • 1 noyabr 2015 11:35
  • Məqalə: 14
  • Şərh: 289
  • Bal:
{awards}
tewekkurler

--------------------
Itiren men Olmaram !
Itiren menden Olar !

Nergiz__Sirinova

  • 31 oktyabr 2015 21:54
  • Məqalə: 376
  • Şərh: 3338
  • Bal:
{awards}
Tesekkurler.

--------------------

Favorit Girl )

  • 31 oktyabr 2015 18:35
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
Teshekkurler

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

__gulu_gulu__

  • 31 oktyabr 2015 17:47
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
mslehete gore cox sagolun...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 25
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}