Alma, pomidor və göy noxuddakı təhlükə

 
Alma, pomidor və göy noxuddakı təhlükə



Sağlamlığımız üçün faydalı olduğunu düşünərək yediyimiz meyvə və tərəvəzlər səhhətimizə zərər verə bilər. Çünki müasir dövrdə, demək olar ki, bütün meyvə və tərəvəzlər güclü kimyəvi maddələrə (pestisidlərə) məruz qalır. Belə meyvə və tərəvəzi nə qədər yusanız da, onu təmizləmək mümkün deyil.

Pestisidlərdən qorunmağın yollarını təqdim edirik:

Pestisid nədir?

Bu qəbildən olan kimyəvi maddələr, adətən, meyvə-tərəvəzə zərər verə biləcək cücülərin, böcəklərin kökünü kəsmək məqsədilə istifadə edilir. Statistika göstərir ki, ABŞ-da 1 ildə istifadə olunan pestisidin miqdarı 500 min tonu keçir.

Bu maddələr insan orqanizminə daxil olduqda beyindəki neyronlar arasındakı əlaqəyə təsir edərək Alzaymer, Parkinson kimi xəstəliklərə yol açır. Pestisidlərlə çirklənmiş meyvə-tərəvəzlərdən uzunmüddətli istifadə nəticəsində orqanizmdə toplanan kimyəvi maddələr xərçəng xəstəliyinə, həmçinin orqanların sıradan çıxmasına səbəb olur.

Alimlər bildirirlər ki, cüzi miqdarda pestisid belə uşaqların beynində ciddi problemlərə yol açır.

Kaliforniyanın meyvə-tərəvəz yetişdirilən və pestisidlərdən istifadə olunan bölgələrinə yaxın yaşayan ailələrdə dünyaya gələn uşaqların zəka baxımından başqa ərazilərdə yaşayan yaşıdlarından geri qaldıqları ortaya çıxıb.

Kanadada yaşı 6-11 olan 700-dən çox uşağın iştirak etdiyi araşdırma göstərib ki, belə meyvə və tərəvəzlərlə qidalanan uşaqların sidiyində “pyrethroid” adlı kimyəvi maddə aşkarlanır. Belə uşaqlar diqqət pozğunluğu yaşayırlar, onların immunitet sistemi zəif olur.

Pestisidlər ən çox hansı meyvə-tərəvəzdə olur?

Araşdırmalara görə, pestisidə ən çox məruz qalan meyvənin alma olduğu aşkarlanıb. Digər təhlükəli meyvə-tərəvəzlər isə belə sıralanıb:

Şaftalı

Çiyələk

Üzüm

Kərəviz

İspanaq

Bibər

Xiyar

Pomidor

Yaşıl noxud


Bəs nə etmək lazımdır?

Mütəxəssislər bildirirlər ki, ən yaxşı variant meyvə və tərəvəzlərin qabığını soyub yeməkdir. Ancaq siz qabıqlı yemək istəyirsinizsə, pestisidləri tamamilə təmizləyəcək xüsusi spreylərdən istifadə etməlisiniz. Belə təmizləyici vasitələri marketlərdə tapmaq olar. Ancaq ən yaxşı üsul təmizləyici spreyi evdə hazırlamaqdır.

Bütün dünyada tanınan doktor Mehmet Özün resepti bu baxımdan məqsədəuyğundur:

Tərkibi:
1 stəkan su
1 stəkan alma sirkəsi
1 xörək qaşığı qabartma tozu
Yarım limon

Hazırlanması:

Bütün məhsulları qarışdırın. Bu qarışığı sprey qabına doldurun. Meyvə-tərəvəzlərinizi bu spreylə təmizləyin. Onu meyvə və ya tərəvəzin üzərinə püskürdüb 5 dəqiqə gözləyin, daha sonra ilıq su ilə ən azı 2 dəqiqə yuyun.


Geri dön

♛WøøW♛

  • 28 noyabr 2015 01:07
  • Məqalə: 2
  • Şərh: 202
  • Bal:
MeqaLeyeGoReTşkSuPerMeqaLedi)))

Damlam

  • 22 noyabr 2015 15:37
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
tewekkurler

--------------------
http:///user/İmza/

... Deryam ...

  • 13 noyabr 2015 16:25
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
en yaxsisi organik meyvelerdi men oglusuma oz bagimizdan yedizdirirem love

--------------------

__S.M_ova__

  • 7 noyabr 2015 08:06
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Məlumata görə sağolun

Nergiz__Sirinova

  • 4 noyabr 2015 17:31
  • Məqalə: 333
  • Şərh: 3147
  • Bal:
{awards}
Serhlere gore tesekkurler smile

--------------------

Awk bir hayal

  • 3 noyabr 2015 18:09
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
Tərkibi:
1 stəkan su
1 stəkan alma sirkəsi
1 xörək qaşığı qabartma tozu
Yarım limon

Hazırlanması:

Bütün məhsulları qarışdırın. Bu qarışığı sprey qabına doldurun. Meyvə-tərəvəzlərinizi bu spreylə təmizləyin. Onu meyvə və ya tərəvəzin üzərinə püskürdüb 5 dəqiqə gözləyin, daha sonra ilıq su ilə ən azı 2 dəqiqə yuyun.

Dostumu_sevdim

  • 3 noyabr 2015 15:41
  • Məqalə: 8
  • Şərh: 233
  • Bal:
{awards}
Xəbərə görə sağolun Təşəkkürlər

miracle_16

  • 3 noyabr 2015 09:29
  • Məqalə: 0
  • Şərh: 60
  • Bal:
{awards}
indiki vaxddada her wey zererlidiye.faydali deye yediyimiz qidalardada menfi tesir gorsderiir bize sad

mekuş

  • 2 noyabr 2015 21:55
  • Məqalə: 0
  • Şərh: 65
  • Bal:
{awards}
xəbərə görə təşəkkürlər

--------------------
mekuşşşşşşşşşşşşşşş

__gulu_gulu__

  • 2 noyabr 2015 21:03
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
xebere gore cox sagolun...

--------------------

ღ..ѕiмray..ღ

  • 2 noyabr 2015 20:40
  • Məqalə: 14
  • Şərh: 289
  • Bal:
{awards}
tewekkurler

--------------------
Itiren men Olmaram !
Itiren menden Olar !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 52
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}