Günah xəstəliyinin dərmanı və sağalmağın göstəricisi

 
Günah xəstəliyinin dərmanı və sağalmağın göstəricisi

Özünəqayıdışın hədəfi nədir?

Mübarək dinimizin ən önəmli məsələlərindən biri - insanın özünəqayıdışıdır. Özünəqayıdış nə məna, nə səciyyə daşıyır? Mübarək dinimizin bizə buyurduğu bütün əməllər, mübarək aylar, əyyamlar ona görədir ki, Allaha itaət bizim ruhumuza, canımıza hopsun. Özünəqayıdışın hədəfi - itaətdir, bəndəlik ruhiyyəsinə yiyələnməkdir. Bütün zikrləri, istiğfarları müəyyən sayda demək ona görə tövsiyə edilir ki, insan öz durumunda bu zikrlərin təsirini duya bilsin. İnsanın bunları qəlbən deməsi, gerçəkdən bunları yaşaması üçün özünü Allah hüzurunda hiss etməsi lazımdır, günahlarına, yanlışlarına, büdrəmələrinə diqqət etməsi gərəkdir. Təkəbbürlü insan heç bir zaman özünü günahkar bilməz. Özünü böyük bilən, özünü bəyənən, özündən razı olan insan nədən peşman ola bilər ki?! Bu insan nədən tövbə edə bilər ki?! O, bir ömür yaşayar, amma bütöv bir ömür zərər içərisində olar.

Amma insan bütün imkanlara, bütün bu mübarək aylara, əyyamlara, əlverişli zaman və məkanlara gərək fürsət kimi baxsın. Günahlarını, yanlışlıqlarını, xətalarını, səhvlərini gərək nəzərdən keçirsin, Allah hüzurunda peşmançılığı olsun. Gərək özünü hesaba çəksin, onu günaha stimullaşdıran xüsusiyyətləri müəyyən etsin, onlardan qurtulma yollarını təhlil etsin. Səmimi qəlbdən bağışlanma diləyən hər bir bəndəni Rəbbimiz bağışlayar. Səmimi qəlbdən Allaha tərəf qayıdış istəyən heç bir bəndəni Allah Təbarəkə və Təala əliboş qaytarmaz.

Dualarımızı həbs edən, nemətləri uzaqlaşdıran günahlar

İnsan günahlardan təmizlənmək istəyirsə, gərək hər şeydən öncə öz günahları haqqında dərindən düşünsün. İnsan əgər öz günahları haqqında düşünsə, səhvlərinə, büdrəmələrinə diqqət etsə, demək, Allah ona böyük bir nemət lütf edib. Deməli, Allahın həmin insana yazığı gəlib, ona bağışlanmaq üçün fürsət yaradıb. Elə günahlar var ki, dualarımızı həbs edir. Bu günahlar dualarımızın qəbul olunmasına imkan vermir. İnsan dualar edir, amma onların qəbul olunmadığını görür. İnsanın dualarının müstəcab olmasına mane olan günahları var. Günahlar var ki, duanı həbs edir.

Mübarək "Kumeyl" duasında da məhz bu günahların bağışlanması istənilir: "Allahım, bağışla bizim o günahlarımızı ki, dualarımızı həbs edib!" Adam bunu başa düşsə ki, günahları var və bu günahların içərisində bəziləri var ki, duaların qəbul olunmasına mane olur - o, həqiqi tövbəkar ruhiyyəsinə malik olar.

Adam başa düşməlidir ki, onun üçün ayrılan nemətləri günahlar aradan apara bilər. Allah Təala insana nemət ayırır, amma biz elə günahlar edirik ki, nemətlərdən məhrum oluruq. Allah Təala ruzi ayırır, günahlar etməklə o ruzilərdən məhrum olur insan. İnsan səbəbləri bəzən başqa yerlərdə axtarır, amma səbəb elə insanın özündədir. İnsan səmimi qəlblə Allah hüzurunda tövbə etsə, istiğfar etsə, bağışlanmasını istəsə, bu günahlardan qurtula bilər.

Günah xəstəliyinin dərmanı və şəfasının göstəricisi

Həzrət Əli (ə) buyurur: "Günahlar - xəstəlikdir. Onların dərmanı - Allahdan istiğfar, bağışlanmaq diləməkdir və şəfası - bir daha o günahı təkrar etməməkdir". Günahların müalicəsi - yalnız həqiq tövbə diləmə, istiğfar və Allahdan bağışlanma istəməkdədir. Hər bir böyük və kiçik xəstəliyin bir müalicə üsulu, dərmanı var. Günahlar da böyük xəstəlik olduğundan onlardan qurtulmaq üçün, müalicə olunmaq üçün dərmanlara ehtiyac var. Bu dərman - istiğfardır. Gərək insan öz həyatında diqqətli olsun, Rəbbi ilə rabitəsini artırsın, Rəbbi ilə danışsın, tövbə etsin. Tövbə etməmişdən öncə etdiyi günahları yadına salsın, onlar üçün səmimi peşmançılıq çəksin, daha sonra istiğfar etsin. Bunlar hamısı günah xəstəliyinin müalicəsidir.

Əgər bir xəstəlikdən tam müalicə olunub sağaldığımızı bilmək istəyiriksə, gərək baxaq ki, həmin xəstəliyin simptomları bizdə yenə qalıb, ya yox. Əgər hələ də qalıbsa, deməli, sağalmamışıq və müalicə hələ davam etdirilməlidir. Günah xəstəliyindən müalicə olunmaq da belədir. Haradan bilə bilərik ki, bu xəstəlikdən şəfa tapmışıq, ya yox? Əgər günahlarımızı artıq təkrar etmiriksə, deməli, şəfa tapmışıq. Əgər həmin günahlar yenə təkrarlanırsa, deməli hələ müalicəsi başa çatmayıb.

Misal üçün, bir insandır, Allah etməsin, pis sözlər işlədir. Yaxud qeybət edir, yaxud yalan danışır. Çox pis günahlardandır. İnsan gərək bu günahlarına görə istiğfar etsin. Nədən bilsin ki, şəfa tapıb? Əgər daha təkrar etmirsə, deməli, şəfa tapıb. Günahlar xəstəlikdir, onların dərmanı - istiğfar, şəfası isə bir daha o günahı təkrar etməməkdir.

Günahdan ləzzət alan zəlil olar

Həzrət Əmirəlmöminin (ə) buyurur: "Pislikdən çəkinmək, yaxşılıq etməkdən üstündür". İki cür vəziyyət var. Bir var ki, insan yaxşılıqlar edir. Bir də var ki, insan pis işlərdən çəkinir, günah etmir. Günah etməmək, pis iş görməmək hətta müəyyən mənada daha üstündür yaxşı iş görməkdən. Çünki bir tərəfdən günahı edib, bir tərəfdən yaxşı iş görməyə dinimiz müsbət baxmır. Dinimiz deyir ki, sən pis iş görmə, günah etmə - bu, daha üstündür. Çünki yaxşı işlərdən sonra görülən pis işlər, günahlar, yaxşı işlərin də təsirini aradan aparır. Birinci dərəcəli məsələ budur ki, biz pis işlərdən, günahlardan çəkinək.

Vay olsun o insanın halına ki, günah edir, ona görə peşman olmaq əvəzinə, əksinə, ondan ləzzət alır, o günahında israr edir. Həzrət Əli (ə) buyurur: "Allah günahdan ləzzət alan kimsəni zəlil edər". Allah etməsin ki, günahlardan ləzzət alaq. Adam sübh namazına durmaya, namazını tərk edə, ğinaya qulaq asa - bütün bu kimi işlərdən ləzzət ala. Adamlar var ki, digərlərinin haqqını yeyir, digərlərinin qəlbini qırır, insanların arasını vurur və belə işlərdən ləzzət alırlar. Bu insanın xəstəliyi artıq sağalmaz dərəcəsindədir. Bu insan günahlarına görə o qədər peşman olmayıb, o qədər tövbə etməyib ki, artıq günah etməkdən ləzzət alır. Allah belə bir insanı zəlil edər. Bu durumda olan insan zatən elə zəlildir də. Bu insan gör nə qədər bədbəxt, faciəli durumdadır ki, günahlardan ləzzət almaqla yaşayır.

Günahlardan qurtuluş üçün bəsirət və əzm gərəkdir

Böyük mərcələrdən biri buyurur ki, bizim günümüzdə düşdüyümüz böhranlardan çıxmanın iki mühüm yolu var. Bu böhranlardan çıxış iki mühüm mövzuya əməl etməkdən keçir. Bunlardan birincisi - bəsirət, ikincisi isə əzmdir. Biz fərdi həyatımıza, ailə həyatımıza, ictimai, iqtisadi həyatımıza nəzər salsaq, görəcəyik ki, həyatımızda əsasən bu sadə tövsiyəyə əməl etmirik, başqa şeylər axtarırıq. İnsan fərdi qurtuluşa çatmaq istəsə, gərək bəsirətli və əzmkar davransın.

Əgər insanın bəsirəti, tanıması olsa, özünü, Rəbbini, nə üçün yaradıldığını, haradan gəldiyini, hara gedəcəyini tanısa, qəbri barədə düşünsə, mövcudiyyəti haqqında düşünsə - onun halında mütləq bir tərpəniş olar. Eyni zamanda əzmi olsa ki, tövbə etsin, həqiqi tövbəkar olmağa iradəsi olsun - Allah ona inayət edər. Buna görə də, bir çox zikrlərin, istiğfarların bəlli sayda deyilməsinin tövsiyə edilməsinin dəqiq əsası var. Əgər insan iqrar etdiyi istiğfarla yaşasa, bu, onun canına hopar, bütün halı dəyişmiş olar. Belə adamın vəziyyəti fövqəl dərəcədə dəyişər.

Zəmanə Sahibinin (ə.f) Əba Əbdillaha (ə) "Mövlamız" deməsinin mənası

Həzrət Məhdinin (ə.f) Qasim ibni Əla Həmədaniyə yazdığı məktubda bir incə mətləb var. Qasim ibni Əla Həmədani yəmənli idi və İmam Həsən Əsgərinin (ə) də dövründə o Həzrətin (ə) vəkillərindən olub. İmam Məhdi (ə.f) ona yazdığı məktubunda buyurur: "Cümə axşamı günü, şəban ayının 3-ü - bizim mövlamız Həzrət Hüseyn (ə) ibn Əlinin (ə) mövlududur". Yaşadığımız məhərrəm ayı dönəmində bu incə buyuruşa diqqət etmək xüsusilə yerinə düşər. Bu buyuruşda mühüm hissə "bizim mövlamız" hissəsidir. Zəmanə Sahibi (ə.f) Əba Əbdillaha (ə) "bizim mövlamız" deyə müraciət edir. "Bizim" sözü ilə bağlı üləma bir sıra fikirlər irəli sürür. Burada Əhli-beyt (ə) də nəzərdə tutula bilər - hansı ki, Həzrət Məhdi (ə) Əhli-Beytin (ə) təmsilçisidir. Qeyd olunur ki, burada Hüseynsevərlər də nəzərdə tutula bilər. Üləmanın "mövlamız" kəlməsinin üzərində xüsusi təfsiri yanaşmaları var. "Mövla" anlayışı gələn yerdə əbd, nökər, qul var. Allah mövladırsa, Onun mövlalığı, yəni xaliqliyi, rəbbliyi, rəzzaqlığı, vücudi sahibliyi var. Biz də Onun vücudi qullarıyıq. Allah Təala varolma verir, biz varıq, O, verməsə, biz yoxuq. Bizim sahibimizdir. Allahla bağlı "mövla"nın anlamı budur. Allahdan qeyrisi ilə bağlı mövla ibarəsi gələndə də, yenə bunun müqabili quldur, əbddir. Bu anlamda hədisin şərhində üləma buyurur ki, İmam Məhdi (ə.f) Əba Əbdillah (ə) üçün "bizim mövlamız" deməklə əslində demək istəyir ki, Əba Əbdillah (ə) bizi özünün Kərbəladakı nurani qanı ilə zülmdən, şirkdən, qaranlıqdan, bataqlıqdan xilas edib və bu anlamda bizim mövlamızdır. Kimlər ki, Kərbəla qanının bərəkətinə cahillikdən, qaranlıqdan, o zülmətdən, şirkdən, bataqlıqdan çıxıb, İmam Hüseyn (ə) öz qanı ilə onlara mövla, ağa olub. İmam Hüseyn (ə) bu anlamda Hüseyn (ə) nökərlərinin mövlasıdır. Zəmanə Sahibi (ə.f) özünü Əba Əbdillahın (ə) nökərləri, xidmətçiləri zümrəsində təqdim edir. Xoş olsun Əba Əbdillahın (ə) vücudi bəndəliyini arzulayanların halına!

Əba Əbdillah (ə) onu mövla sayanların oddan azad edilməsini istəyər

Burada daha bir incə çalar var. Mövla, qul sahibi Allaha xatir qulu azad edə bilər. Deyər ki, mən səni Allaha xatir azad etdim. Bizim Mövlamız - İmam Hüseyn (ə) Qiyamət günü bu qulları, nökərləri üçün bütün ağrılardan və acılardan azad olmağı Rəbbindən istəyər. Rəbbindən də nə istəsə, cavabı verilər. Çünki, İmam Hüseynin (ə) nəyi var idisə, vermişdi. O Həzrət (ə) Allah yolunda hər bir şeyindən keçmişdi.

Belə bir məşhur əhvalat var: bir çoban olur. Şah gəzintiyə çıxır, ac olurlar. Yolda həmin çobana rast gəlirlər. Çobanın özünün bir heyvanı olur, kəsib verir onlara. Nə südü, nə çörəyi, nə oturacaq yeri var idisə, hamısını verir şaha. Şah qayıdır, həmin kəsdən əvəz çıxmaq istəyəndə, var-dövlətinin yarısını verəndə də az olur. Çünki onun nəyi var idisə, verib, şah isə olanından yarısını verir. Baxmayaraq ki, kəmiyyətcə ondan çoxdur. O çoban nəyi var idisə, vermişdi, bu isə olanından yarısını verir.

İmam Hüseynin (ə) nəyi var idisə, verib. Əli Əsğəri (ə), Əli Əkbəri (ə), Əbülfəzli (ə), ən əzizlərini... Hər şeyini Allah yolunda verib. İndi İmam Hüseyn (ə) onu mövla hesab edənlərə, o kəslərə ki, öz qanı ilə alıb və onlar da indi Əba Əbdillaha (ə) nökər olmağa hazırdır, onları Qiyamət günü azad etməyi Rəbbindən istəyir. İmam Hüseyn (ə) xidmətçiləri Qiyamət günü azad olarlar.

Bu gün dünyada müsəlmanların fərdi, ailə, ictimai, iqtisadi həyatında inkişafı ona görə də bəsirət və əzmə bağlıdır. Əgər bizim Hüseynvari bəsirətimiz olsa, hallarımız xeyli dəyişər. Bu istiqamətdə hərəkət etməyə əzmkarlıq göstərsək, Allah bir qədər də güc və qüvvət verər.

Allahım, bizi İmam Hüseynin (ə) yolunu gedənlərdən, o Həzrərti (ə) özünə mövla hesab edənlərdən qərar ver! Amin!


Geri dön

♛WøøW♛

  • 28 noyabr 2015 00:22
  • Məqalə: 2
  • Şərh: 202
  • Bal:
MeqaLeyeGoReTşkSuPerMeqaLedi)))

Damlam

  • 22 noyabr 2015 14:43
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
tewekkurler..........

--------------------
http:///user/İmza/

✯ AliKo ✯

  • 15 noyabr 2015 19:39
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Çoox deyerli cümlelerdir teşekkürler

... Deryam ...

  • 13 noyabr 2015 16:12
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
NE GOZEL SOZLERDI..Allah RAZI OLSUN

--------------------

__S.M_ova__

  • 7 noyabr 2015 08:38
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Allah razi olsun Təşəkkürlər

__gulu_gulu__

  • 4 noyabr 2015 21:11
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

^^KuKuLKa^^

  • 3 noyabr 2015 18:13
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
Günah xəstəliyinin dərmanı və şəfasının göstəricisi

--------------------

Nergiz__Sirinova

  • 3 noyabr 2015 17:16
  • Məqalə: 332
  • Şərh: 3143
  • Bal:
{awards}
Allah Razi olsun.

--------------------

ღ..ѕiмray..ღ

  • 3 noyabr 2015 16:08
  • Məqalə: 14
  • Şərh: 289
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Itiren men Olmaram !
Itiren menden Olar !

Dostumu_sevdim

  • 3 noyabr 2015 15:46
  • Məqalə: 8
  • Şərh: 233
  • Bal:
{awards}
Allah razi olsun Təşəkkürlər

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}