Əl-Bəqərə ("İnək") Surəsi [9]

 
Əl-Bəqərə ("İnək") Surəsi [9]

Əl-Bəqərə ("İnək") Surəsi [9]


75. [Ey möminlər!] İndi onların [yəhudilərin] sizə inanacaqlarına ümidmi edirsiniz?
Halbuki [Musa dövründə] onların içərisində elələri vardır ki,
Allahın kəlamını [Tövratı] dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.

76. [Bu münafiqlər] iman gətirənlərlə görüşdükləri zaman: “İman gətirdik”,- deyirlər.
Xəlvətdə olduqları vaxtda isə biri digərinə: “Allahın [Tövratda] sizə bildirdiyi şeyi [müsəlmanlara]
xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər?
[Bunu] dərk etmirsinizmi ?” – söyləyirlər.


77. Məgər onlar bilmirlərmi ki,
Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!


Əl-Bəqərə ("İnək") Surəsi [9]


78. Onların [yəhudilərdən] bəziləri də avamdırlar [bisavaddırlar],
kitabı [Tövratı] bilməzlər. Uyduqları yalnız [bir sıra] boş arzulardır [xam xəyallardır].
Onlar ancaq zənnə qapılırlar.


79. Vay o kəslərin halına ki, öz əlləri ilə [istədikləri kimi] kitab [Tövrat] yazıb,
sonra [onun müqabilində] bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir!” - deyirlər.
Öz əlləri ilə [təhrif olunmuş kitab] yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!

80. Onlar [yəhudilər]: “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” –deyərlər.
[Ya Rəsulum!] Onlara söylə: “Siz Allahdan belə bir vəd almısınızmı? [Əgər belədirsə]
Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?”


Əl-Bəqərə ("İnək") Surəsi [9]


81. Bəli, günah qazanan və qazandığı günahlara
əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.

82. İman gətirənlər və yaxşı işlər görənlər isə
behiştlikdirlər və orada əbədi olacaqlar.


83. Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından:
“Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara
ehsan [yaxşılıq, kömək] edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə
əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla,
əhdinizdən döndünüz, çünki siz [İsrail övladı haqdan] üz döndərənsiniz.


Əl-Bəqərə ("İnək") Surəsi [9]


84. Xatırlayın ki, yenə bir zaman sizinlə:
“Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə razılığa gəldik.
Sonra siz [həmin əhd-peymana] şahid olub [onu] təsdiq etdiniz.


85. [Ey yəhudilər!] Siz elə adamlarsınız ki, [bu əhddən] sonra
yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə [tayfaya] zülm və düşmənçilik etmək üçün
köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar [özünüzdən olanlar başqalarına] əsir düşüb
yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları [öz yurdlarından] çıxartmaq sizə haram edilmişdi.
Aya, siz kitabın [Tövratın] bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu
cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən
şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.

86. Onlar [yəhudilər] axirəti dünya həyatına satan kimsələrdir.
Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar.


Əl-Bəqərə ("İnək") Surəsi [9]

Ardı var...


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:28
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 12 mart 2011 21:44
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
ardini gozleyirem

_RONALDO_

  • 10 mart 2011 23:49
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tewekkurler

--------------------

::..ONSLAUGHT::..

  • 10 mart 2011 20:27
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 10 mart 2011 17:21
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
oxudum təşəkkürlər

--------------------

Inciciceyi

  • 10 mart 2011 09:24
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Twk maraqlidi ardi oxumagi sebirsizlikle gozleyirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

YazYamuru

  • 10 mart 2011 00:30
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
Sitat: Anastasiya
Tşk dəyərli xəbərdi Allah razı olsun


--------------------



Lexikon

  • 9 mart 2011 22:47
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
yazi ucun cox sag ol

ZEHRA

  • 9 mart 2011 22:00
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
Allah razi olsun ardini gozleyirik

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}