Lənətli ev

 
Lənətli ev


Bir gün, işdən evə gəldiyimdə anamı ağlayarkən gördüm. "Xeyrdir ana, nə oldu?" dedim. Mənə, "Qardaşın... Qardaşına bax, havalandı sanki..." deyə qorxu dolu gözlərlə baxınca yerimdən atılıb qardaşımın olduğu otağa girdim. Mənə qəribə gələn heç bir şey fərq etmədim. "Əhməd, bir şeymi var qardaşım?" dedim. Mənə, "Xeyr, qardaş, çox yaxşıyam." dedi. Mən də çox üstünə getmək istəmədim. 
Sabahısı gün yenə evə gəldiyimdə, pilləkanları çıxarkən sanki bizim evin qapısı uzaqlaşırmış kimi qəribə bir qorxuya qapıldım. Tam "nə olur?" deyə düşünərkən, anamın qışqırığını eşitdim. Sürətli addımlarla evin qapısına çatdım. Əlimi cibimə atıb açarlarımı tapmağa çalışdım. 
Birdən içəridən anamın hıçqırığının xaricində, xırıltılı, amma insana aid ola bilməyəcək bir səs eşitdim. Bunu eşidincə, evdə biri görəsən anamamı hücum edir deyə düşünüb evə tez girdim. Anam və kiçik qardaşım, kalidorda mənə baxırdılar. "Ana, nə oldu?" dedim. "Yenə, Əhməd, dəli oldu. Kiçik qardaşın mənə hücum etdi." Çox əsəbiləşmişdim. Ya anam mənə yalan danışır, ya da qardaşım havalandı deyə düşünməyə başladım. Anamın sifətinə təkrar baxdığımda, qorxu dolu gözlərlə yenə qarşılaşdım. Tam sürətlə Əhmədin otağına girəcəkkən, Əhməd birdən qapıda qarşıma çıxdı. (İnanarsınızmı, kiçik qardaşımdan ilk dəfə idi ki, ürkmüşdüm.) Mənə baxırdı sanki düşməncə. Sonra arxasını dönüb otağına girdi. Arxasından gedib "Əhməd!" dediyimdə təkrar mənə baxıb:
- Məni rahat burax.
Əsəbiləşmişdim. 
- Səni öldürərəm, atam, az sonra gələcək. Ya izah edərsən hər şeyi ya da çox pis olacaq. Atama anama hücum etdiyini söyləyərəm.
- Yaxşı, qardaş, amma mənə bir az zaman ver. Sənə hər şeyi izah edəcəyəm. 
İlk dəfə qardaşımın mənə yalan dediyini hiss etdim. 
O gecə, hər kəs yatmışdı. Mən də qardaşımı izləməyə başladım. Otağına getdim, baxdım, yatırdı. Tam arxamı dönmüşdüm ki, sanki içimdən bir səs, "Qardaşın sənə baxır!" dedi və birdən döndüm, amma baxmırdı. O gecə yatdım amma, nə yatış. Səhərə qədər yata bilmədim. Sanki gözümü bağlayınca Əhməd yanımda... "Yox, bu belə olmayacaq." dedim. "Ən yaxşısı, sabah bütün günümü qardaşıma ayırım, onu səssizcə izləyim." dedim.
Səhər olmuşdu. Mən, erkən qalxdığım üçün, anama, "Mən, saat 10 kimi dönərəm." deyib çıxdım. Əhməd də oyanmışdı. Mənə candan yaxın olan qardaşım, indi çox uzaq idi. Yanıma belə gəlmədi. Tam çıxarkən, "Gecə, yaxşı yatdınmı?" dedi. Diksinmişdim. Ona baxmadan dərhal çıxdım və kafeyə getdim. 



Saat 10a gəlincə evə sürətli addımlarla çatdım. Səssizcə mətbəxə girdim, çünki oradan qardaşımın otağı görünürdü. Məni görməsin deyə, daha əvvəldən mətbəxin pərdələrini möhkəm-möhkəm örtmüşdüm. Yalnız kiçicik bir dəlik qalacaq şəkildə buraxdım, otağı tamamilə görər bir halda idi. Qardaşım, otaqda idi və tək başına divana oturmuş, dizlərini ovurdu. Sonra birdən dayandı. Mənim də qanım sanki cekilir kimi hiss etməyə başladım. Sonra birdən göz gözə gəldik. Aman Allahım! O balaca dəlikdən baxdığımı hiss etmişdi. 
Dəli oldum. Otağına girdim. Anam da gəldi. "Burda nə baş verir" dedim, heç bir reaksiya yox. Ona toxununca, sərt oldugunu hiss etdim. Anama, "Ana, qaç!" dediyim anda, əlimi elə bir tutdu ki, qırılır sandım. Sonra xırıltılı bir səslə, "Səni öldürəcəm!" dedi və yerə yıxıldı. Yellənirdi ya da titrəmə kimi bir şey idi. Səsi dəyişmişdi. Qışqırıq idimi yoxsa xırıltımı, anlaya bilməmişdim. Anam qardaşıma yaxınlaşdı. "Əhməd, oglum, Əhmədim!" Mən, donmuş kimiydim. Sanki ayaqda eləcə qalmışdım. Anam mənə, "Oğlum, tut, özünə zərər verəcək" deyə bağırdıgında özümə gəldim. Anamla belə tuta bilmirdik qardaşımı. Sonra birdən dayandı. Kilitlənmişdi elə bil. Başı geriyə düşmüş, gözləri çevrilmiş kimi idi. Barmaqları dönmüş, qırılmış kimi dayanırdılar. Bir nöqtəyə baxırdı. Anam, "Toxunma!" dedi və dua oxumağa başladı. O vaxt bir dəftər fərq etdim. Əlimə aldım. İçini açdım dəyişik bir yazı stili ilə bir şey yazılı olduğunu gördüm. Sonra, insana aid ola bilməyəcək bir səslə Əhməd mənə birdən, "Əsla toxunma" deyə qışqırdı. Dəftər, əlimdən düşdü. Qorxmuşdum. Mənə hücum edəcəkdi sanki. Nəfəs alıb verməsi dəyişmişdi. Mənə baxırdı. Gözlərinin ağlığını fərq edə bilirdim. Sonra başını sağa sola yelləməyə və qəribə səs ya da qışqırıqla, "niyə baxdın, qardaş, niyə?" deyə bir şeylər söyləyirdi. Birdən özünə gəlməyə başladı. Qolunu yavaşca qaldırdı. İşarə barmağı ilə pəncərəni göstərdi. Sonra mənə baxaraq, "Gəlir, gəlir!" deyə ağlamaya başladı. "Nə gəlir, nəə?! deyə qışqırdım. Anam, dayanmadan surələr oxuyurdu. Birdən, "Allahu əkbər, Allahu əkbər!" deyə azan oxuyunca, qardaşım əməlli dəli oldu. Qucağımdan özünü yerə atdı qəribə hərəkətlərlə sağa-sola fırlanır, ağzında nə isə deyə deyə qışqırırdı. Hər "Allahu əkbər " deyişində qardaşım qışqırıq atırdı. Və sonda huşunu itirdi.


Lənətli ev


Geri dön

★★ Pessimistka ★★

  • 4 dekabr 2015 08:21
  • Məqalə: 125
  • Şərh: 1146
  • Bal:
Hekayeye gore tewekkurler maraqli idi cox beyendim

Pıtırcık

  • 23 noyabr 2015 01:53
  • Məqalə: 507
  • Şərh: 9708
  • Bal:
{awards}
wassat wassat AMAN ALLAHIM DƏHŞƏT QORXDUM GECƏ GECƏ

HEKAYƏYƏ GÖRƏ SAĞ OLUN wassat

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Damlam

  • 22 noyabr 2015 14:16
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
qorxulu weylerden xowum gelir tewekkurler

--------------------
http:///user/İmza/

✯ AliKo ✯

  • 13 noyabr 2015 20:23
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
MaraqLiydi Hekaye ucun tewekkurler

... Deryam ...

  • 13 noyabr 2015 13:29
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
qorxulu hekayeydi recourse

--------------------

__S.M_ova__

  • 7 noyabr 2015 18:58
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Hekayəyə görə sağolun Təşəkkürlər

Dostumu_sevdim

  • 7 noyabr 2015 07:56
  • Məqalə: 8
  • Şərh: 233
  • Bal:
{awards}
Hekayəyə görə sağolun

ღ..ѕiмray..ღ

  • 6 noyabr 2015 20:48
  • Məqalə: 14
  • Şərh: 289
  • Bal:
{awards}
oxumadim sonra gece yata blmirem ezyete gore tewekkurler yenede belay

--------------------
Itiren men Olmaram !
Itiren menden Olar !

__gulu_gulu__

  • 5 noyabr 2015 21:17
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
cox sagolun....

--------------------

Nergiz__Sirinova

  • 5 noyabr 2015 21:12
  • Məqalə: 394
  • Şərh: 3410
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 80
Cəmi: 107

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}