Sənsizlikdə Sən

 
Sənsizlikdə Sən


Gözlerimi açıb sakitce saata baxdım.. 23:34ü gösterirdi. Yerimden durmaq istemesem de birteher özümü cemleyib ayağa qalxdım. Yorğun olsam da yatmaq fikrim yox idi. Sebebini anlamazlıqdan gelmek istediydim amma qelbimi aldada bilmirdim. Sebeb menim senden, seninde menden uzaqda olmağım idi. Gözlerimi qapayıb xeyallara daldım. İlk tanış olduğumuz gün geldi ağlıma...
Senin gözlerine baxmağım ve anlamadığım bir duyğunun içinde titremeyini gözümün önünden keçirdim...
Darıxdım... Eyvana çıxdım... Temiz havanı ciyerlerime toplayıb semaya baxdım.. Ulduzlar toplaşmışdı ayın etrafına. Yene sen geldin ağlıma.. Axı sen de menim ulduzum idin. 

Her defe qarşımda dayanıb mene baxmağını xatırladım.Men ise sene anlatmaqda aciz qaldığım hisslerimi sene gülümsemekle deye bilirdim. Sen de çox gözel bilirdin bu baxışların ne menaya geldiyini.. Bu baxışlar sene dünyanı vermek isteyen adamın baxışları idi... Sensiz darıxan, sensiz büzüşen bir yeniyetmenin baxışları idi. Bu baxışlar "meni terk etme" "mene nevaziş göster" deyen bir sevda yetiminin baxışları idi. Axı sen menim sığınacaq yerim idin...
Xoş idi menim üçün senin her bir kaprizin... Axı sen menim en deyerli varlığım idin...


Sevirdim seni... defelerle demeyime baxmayaraq etiraf etmekden bezmediyim sözler idi... Seni sevirem... Seni bezdiren, mene yaşama gücü veren tamamlanmamış bu iki kelime idi... Axı sen menim oxunmamış kitabım idin. Senden gözelleri de var dünyada, senden ağıllıları da amma men seni sevirem. Sen bunun sebebini anlamayıb 100 kere, 1000 kere menden soruşsan da, men sebebini bilmeden sevirem seni... Tanışlığımız saytda, ömrümüz heyat sehifesinde davam edir. Men quruluşcu rejisor, sense menim baş qehremanımsan... Sensiz heyat sehifem bom boş ve menasızdır. Heyatda filmler kimi yalandır. Amma menim üçün gözeldir.. Çünki SEN varsan... Son perde ne ile biterse bitsin... 

İndi menden uzaqda olmağın da xoşdu mene çünki seni xatırladır. Seni sensiz yaşamaq da gözeldir. Çünki SENİN SENSİZLİYİNDE de sen varsan... Dedim axı sevirem seni.. Menden uzaqda olsan bele,menden ayrılsan bele, sensiz olsa bele Sevirəm Səni...


Sənsizlikdə Sən


Geri dön

★★ Pessimistka ★★

  • 4 dekabr 2015 08:19
  • Məqalə: 125
  • Şərh: 1146
  • Bal:
cox beyendim ellerine salig tewekkurler

Pıtırcık

  • 23 noyabr 2015 01:44
  • Məqalə: 453
  • Şərh: 9618
  • Bal:
{awards}
MARAĞLI HEKAYƏDİR

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Damlam

  • 22 noyabr 2015 13:22
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
TEWEKKURLER....

--------------------
http:///user/İmza/

... Deryam ...

  • 13 noyabr 2015 11:15
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Seni sensiz yaşamaq da gözeldir.

--------------------

Nergiz__Sirinova

  • 9 noyabr 2015 16:52
  • Məqalə: 372
  • Şərh: 3299
  • Bal:
{awards}
Beyendim tesekkurler hekayeye gore

--------------------

Dostumu_sevdim

  • 9 noyabr 2015 15:11
  • Məqalə: 8
  • Şərh: 233
  • Bal:
{awards}
Hekayəyə görə sağolun Təşəkkürlər

__S.M_ova__

  • 9 noyabr 2015 15:01
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Maraqli hekayedi cox sagolun

✯ AliKo ✯

  • 9 noyabr 2015 14:11
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
HekaYe üçün teşekkürler

__gulu_gulu__

  • 9 noyabr 2015 14:08
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
hekayeye gore cox sagolun...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}