Acılı əzmə resepti

 
Acılı əzmə resepti


Tərkibi:
2 ədəd böyük ölçülü pomidor
0,5 dəstə yaşıl soğan
0,5 dəstə cəfəri
0,5 yemək qaşığı bibər tomatı (püresi)
4 diş sarımsaq
2 ədəd bibər
1 çay qaşığı quru nanə
Zövqə görə duz
1 çay qaşığı pul bibər
0,5 ədəd limonun suyu və ya narşərab
Yetəri qədər zeytun yağı

Hazırlanması:
Acılı əzmə hazırlamaq üçün əvvəlcə pomidor, bibər, soğan və cəfəri yuyulur, suyunun süzülüb quruması üçün biraz gözlənilir. Sarımsaqlar qabıqlardan təmizlənir.
Bunlar hazır olduqdan sonra pomidorlar, yaşıl bibərlər, təzə soğan və cəfəri incə – incə doğranılır.
Bibər tomatı, duz, quru nanə, qırmızı pul bibər yaxşıca qarışdırılır.
Qabıqları təmizlənən sarımsaqlar ya həvəngdəstə köməyi ilə əzilir və yaxud da rəndədən keçirdilir. Bu əzilmiş sarımsaq kütləsi də tomat qarışığına əlavə edilir və hamısı birlikdə yenə də qarışdırılır. Hazırladığımız qarışığın üzərinə sıxdığımız yarım limonun suyunu və ya narşərab əlavə edilir.
Bundan sonra doğranmış pomidor, yaşıl bibər, yaşıl soğan və cəfərini də buraya əlavə edirik. Bunları da qarışdırırıq.
Acılı əzmə qarışığına bütün məhsulları qarışdırdıqdan sonra ən sonda zeytun yağı əlavə edirik.
Süfrədə yeməklərin yanında soyuq halda verilir.


Nuş olsun!


Geri dön

... Deryam ...

  • 13 noyabr 2015 11:36
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
esl soyuq havalarin yemeyi winked

--------------------

Nergiz__Sirinova

  • 9 noyabr 2015 17:03
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Resepte gore tesekkurler

--------------------

Dostumu_sevdim

  • 9 noyabr 2015 15:07
  • Məqalə: 8
  • Şərh: 233
  • Bal:
{awards}
Resepte görə sağolun əllərinə sağliq

__gulu_gulu__

  • 9 noyabr 2015 14:32
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
resepte gore cox sagolun...

--------------------

__S.M_ova__

  • 9 noyabr 2015 13:43
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Ilk şərh məndən olsun əllərinə sağliq ve resepte görə sağolun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 53

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}