Allah imanı ancaq sevdikləri bəndələrinə verər

 
Allah imanı ancaq sevdikləri bəndələrinə verər


İmanın uca məqamı haqqında Peyğəmbərin (s) buyurduğu bu dəyərli kəlamı desək, artıq kifayət edərdi. Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: "Ey Əbuzər! Allah yanında heç bir şey Ona iman bəsləmək və qadağan etdiyindən çəkinmək qədər sevimli deyildir".
Allahın buyurduğu qadağalardan ancaq iman sayəsində çəkinmək olur.
İmam Sadiq (ə) bu haqda buyurur: "Allah dünyanı həm sevdiklərinə və həm də qəzəbləndiklərinə vermişdir, ancaq imanı ancaq sevdiklərinə verər".
İmam Sadiq (ə) möminin məqamı haqqında buyurur: "Nə zaman pərdə insanların gözü önündən qalxar, Allahla mömin bəndənin bir-birinə qovuşmasına nəzər salarlar - o zaman boyunları möminlər qarşısında təvazökar, möminlərin işi onlar üçün asan və möminlərə itaət etmək onlar üçün lətif və yumşaq olacaqdır".
İman bir tərəfdən insanı Allaha yaxınlaşdırar və o biri tərəfdən isə bütün yaxşı rəftarların və əməllərin mənbəyi olar.
İmanın mahiyyəti.
İman - qəlb təsdiqindən ibarətdir. İmanın tədqiq yeri - qəlb və nəfsdir. Bundan başqa, iman iki yerə bölünür: ümumi və xüsusi imana. Hər müsəlman mömin deyildir. Bəzi müsəlmanlar zahirdə dinə təslim olublar.
İmanın növləri vardır. "Beləliklə, sizdən bəzisi (dünyada) yerləşib və bəzisi (hələlik ataların belləri və anaların bətnində) əmanət qoyulmuşdur". ("Ənam" 98).


İmam Kazım (ə) bu ayənin təfsirində buyurur: "Yerləşən iman - o imandır ki, Qiyamət gününə qədər sabit və qalıcıdır. Əmanət qoyulan iman isə o imandır ki, ölməzdən əvvəl Allah onu insandan alar".
İmam Əli (ə) bu haqda buyurur: "Bəzi imanlar qəlbdə bərqərardır, bəziləri isə ürək ilə sinəsi arasında davamsızdır o günə qədər ki, ölüm gələr".
İmam Sadiq (ə) tərəfdaşlarından birinə buyurur: "Həqiqətən də imanın on dərəcəsi vardır. Nərdivan kimidir və pillə-pillə qalxmaq lazımdır. Ona görə də o kəsin ki, iki dərəcə imanı olar, bir dərəcəsi olana gərək deməsin ki, sənin imanın yoxdur. Bu yolla onuncuya çatar. O kəs ki, səndən aşağı dərəcədədir, gərək imansız hesab etməyəsən. Bəlkə özündən aşağı dərəcədə olanı görsən mehribanlıqla öz dərəcənə çatdır və o şeyə ki, gücü çatmır - yükləmə ki, beli sınar. O kəs ki, möminin qəlbini sındırar, gərək onu yaxşılaşdırsın".
Şeyx Səduq bu hədisin sonunda buyurur: "Miqdad 8-ci dərəcədə, Əbuzər 9-cu dərəcədə və Salman imanın 10-cu dərəcəsində idilər".
Allah Təala möminlər haqqında buyurur: "Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər". ("Ənfal" 2).
İmam Sadiq (ə) buyurur: "İman odur ki, haqq dini ürəyi ilə tanısın və dili ilə onu etiraf etsin, bədən üzvləri vəzfiələrini yerinə yetirsin, qəbir əzabını, Münkəri, Nəkiri, öləndən sonra dirilməyi, hesabı, siratı, tərəzini etiraf etsin. Əgər Allahın düşmənlərindən bezar olmazsa, imanı mövcud olmaz".


Geri dön

♛WøøW♛

  • 27 noyabr 2015 20:17
  • Məqalə: 2
  • Şərh: 201
  • Bal:
MeqaLeyeGoReTşkSuPerMeqaLedi)))

Damlam

  • 22 noyabr 2015 13:26
  • Məqalə: 49
  • Şərh: 4697
  • Bal:
{awards}
tewekkurler

--------------------
http:///user/İmza/

... Deryam ...

  • 13 noyabr 2015 11:36
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
allah bizleri sevdiyi qullardan eylesin

--------------------

Nergiz__Sirinova

  • 9 noyabr 2015 16:58
  • Məqalə: 543
  • Şərh: 4966
  • Bal:
{awards}
Allah razi olsun tesekkurler

--------------------

Favorit Girl )

  • 9 noyabr 2015 15:25
  • Məqalə: 178
  • Şərh: 1613
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

Dostumu_sevdim

  • 9 noyabr 2015 15:07
  • Məqalə: 8
  • Şərh: 230
  • Bal:
{awards}
Allah razi olsun Təşəkkürlər

__S.M_ova__

  • 9 noyabr 2015 14:56
  • Məqalə: 90
  • Şərh: 1398
  • Bal:
{awards}
Allah razi olsun Təşəkkürlər

__gulu_gulu__

  • 9 noyabr 2015 14:31
  • Məqalə: 12
  • Şərh: 800
  • Bal:
{awards}
Allah razi olun...cox sagolun...

--------------------

✯ AliKo ✯

  • 9 noyabr 2015 14:15
  • Məqalə: 85
  • Şərh: 1067
  • Bal:
{awards}
Deyerli meqale üçün teşekkürler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 52
Cəmi: 71

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}