Qeyri-ərəb mənşəli Kərbəla şəhidləri

 
Qeyri-ərəb mənşəli Kərbəla şəhidləri


Aşura günündə Kərbəlada Imam Hüseyni (ə) müdafiə edərək şəhid olmuş səhabələrin sırasında ərəblərlə yanaşı, başqa millətlərə mənsub olan şəxslər də var idi. Demək olar ki, bütün böyük ərəb qəbilələrinin təmsil olunduğu bu azsaylı dəstənin tərkibində türk, həbəş və fars mənşəli şəxsiyyətlərin də olması tarix kitablarında qeyd edilib. Aşağıda onların barəsində qısa məlumat veririk:
Türk qulam

Aşura müsibətini təsvir etmiş müəlliflərin demək olar ki, hamısı Kərbəla şəhidləri cərgəsində Əhli-beytə mənsub türk soylu qulamın olduğunu xəbər vermişdir. Onun adına və şəxsiyyətinə gəlincə, mənbələrdəki məlumatlar fərqlənir. Mövcud mənbələrdə bu şəhid "türk qulam", "Əsləm" və "Vazeh" adları altında xatırlanır.

Mərhum Şeyx Şəmsüddin "Ənsarül-Hüseyn" kitabında qeyd edir ki, Təbəri türk qulamın adını "Süleyman" yazmışdır. Şeyxüt-taifə Tusi isə "Rical" kitabında yazır ki, Imam Hüseynin (ə) Səlim (və ya Süleym) adlı qulamı onunla birlikdə şəhid olmuşdur. Şeyx Şəmsüddin qısa tədqiqatdan sonra bu fikri irəli sürür: "Güman edirik ki, Kərbəlada öldürülmüş qulamın adı nə Səlim, nə də Süleyman deyil, Əsləm imiş" (səh. 83).

"Dairətül-məarifi-təşəyyö" ("Şiə ensiklopediyası") kitabında (II, 161) Əsləmin atasının adı Əmr kimi göstərilir. Həmçinin, bu kitabda yazılıb: "Bəzi mənbələrdən, o cümlədən, "Vəsilətüd-dareyn" kitabından məlum olur ki, Əsləmin atası Qəzvin nahiyəsindən, Deyləmandan imiş". Adı çəkilən "Vəsilətüd-dareyn" əsərində (səh. 100) yazılıb: "Əsləmin atası Əmr türk idi (zahirən atası Qəzvin yaxınlığındakı Deyləm türklərindən imiş)". Seyyid Mustafa Hüseyni Dəştinin "Məarif və məariyf" əsərində isə türk qulam "Vazeh" adı ilə xatırlanır.

Məşhur şiə alimi Əllamə Möhsin Əmin "Əyanüş-şiə" kitabında, Kərbəla şəhidlərinin siyahısında Əsləmlə Vazehi ayrı-ayrı şəxslər kimi təqdim etmişdir. Belə ki, bu siyahıya görə, Əsləmi-türki - Imam Hüseynin (ə), Vazehi-rumi isə Kərbəla şəhidi Haris Səlmaninin qulamı imiş ("Əyanüş-şiə", I, 610-612).

Bəzi mənbələrdə türk qulam Hürrün qulamı kimi göstərilib (Ibn Şəhraşub. Mənaqibü Ali-Əbi Talib, IV, 113). Lakin səhih tarixi rəvayətlərə görə, Imam Hüseyn (ə) öz qardaşı Imam Həsənin (ə) şəhadətindən sonra türk qulamı kölə kimi satın alıb, oğlu Imam Zeynül-abidinə (ə) bağışlamışdı. Bütün aşura tarixçilərinin yekdil rəyinə əsasən, türk qulam Quran qaresi, bacarıqlı katib, mahir oxatan və şücaətli pəhləvan idi. O, Imam Hüseynin (ə) yazı və məktublarını qələmə alırdı. Bəzi rəvayətlərdə deyilir ki, Əsləmi-türki Quranı əzbər bilir və hər gecə Quran oxuyurdu. O, aşura günündə döyüş meydanında misilsiz hünər göstərib, 70 nəfər düşməni cəhən¬nəmə vasil etdi. Imam Hüseyn (ə) 7 nəfər şəhidin başı üzərinə gəlmiş və onlarla vidalaşmışdı. Bunlardan biri də türk qülam idi.

Şeyx Abbas Qummi "Nəfəsül-məhmum və nəfsətül-məsdur" kitabında (səh. 135) türk qulamın şücaətindən söhbət açandan sonra yazır: "Imam Hüseyn (ə) öz türk qulamına məhəbbətini bildirib, üzünü onun üzünə dayadı; halbuki, başqa silahdaşlarından heç biri ilə belə rəftar etmədi. Bir tərəfdən, Imam bu hərəkətlə qərib qulamı əzizləyirdi. Digər tərəfdən, qulamın mənəvi kamilliyə çatması və hafizi-Quran olması onu bu məqama layiq etmişdi".


Mənbələrdə Əsləmin döyüş meydanında oxuduğu iki beytlik rəcəz nəql olunur. Həmin rəcəzin tərcüməsi belədir: "Vurduğum zərbələrdən dənizlər qaynaşar, atdığım oxlardan səma tutular. Qılıncım əlimdə görünəndə, həsədli və təkəbbürlü düşmənin qəlbi yarılar".
Lakin maraqlı budur ki, hicri XIII əsrin şairlərindən olan Mirzə Ibrahim Cövhərinin "Tufanül-büka fi məqatiliş-şühəda" əsərində (fars dilində nəzmlə yazılmış bu kitab vaxtilə çox məşhur olmuş, təziyə məclislərində oxunmuşdur) Əsləmin ərəb dilindəki bu rəcəzi verildikdən sonra belə yazılıb:

"Sonra o, bir anlıq Ibn Sədə türk dilində müraciət edib, zəbani-halını söylədi:

Sədi-Vəqqas oğlu, üz qarə, nə bidad eylədin?!

Nuri-çeşmi-Heydəri-Kərrarı naşad eylədin!

Get, görüm nəslin qazılsın, heç nişanı qalmasın,

Bu ki, Nəmrud etməmiş, sən nəsli-Şəddad eylədin!

Siz ərəb, Əhməd ərəb, mən türk, ey birəhmlər,

Mərkəzi-imanı yıxdın, küfrü bünyad eylədin!

Zülm ilə solmuş bu gülşəndə baharı Zeynəbin,

Tişeyi-zülm ilə qəti-qəddi-şümşad eylədin!".

Zənci Cövn
İmam Hüseynin (ə) qulamı Cövn əslən Nubiyadan idi, nəsəbi isə belədir: Cövn ibn Hüveyy ibn Qətadə ibn Əvər ibn Saidə ibn Övn ibn Kəb ibn Hüveyy. O, vaxtilə Peyğəmbərin sadiq səhabəsi Əbuzərə xidmət etmişdi. Əbuzərin Rəbəzəyə sürgün olunmasından və orada vəfat etməsindən sonra Cövn Əhli-beytə xidmət etməyə başladı. O, əvvəlcə Həzrət Əlinin (ə), daha sonra Imam Hüseynin (ə) xidmətində durdu. Imam Hüseyn (ə) onu öz oğlu Imam Zeynül-abidinə (ə) qulluq etməyə təhkim etdi.

Cövn qara dərili zənci idi, silah hazırlamaq və itiləmək işində mahir idi. O, Mədinədən Kərbəlaya kimi Əhli-beyti müşayiət etdi. Aşura gecəsində Imam Hüseynin (ə) icazəsi ilə Cövn səhabələrin silahını itiləyib, döyüş üçün hazır vəziyyətə gətirmişdi.

Aşura günü Imam Hüseynin (ə) ətrafındakı döyüşçülərin sayı azalanda Cövn o həzrətin hüzuruna gəlib, döyüş icazəsi istədi. Imam Cövnə buyurdu ki, onu xidmətdən azad edir və beyətini üstündən götürür, Cövn hara istəsə, gedə bilər. Lakin bu sədaqətli qulam cavab verdi ki, mən Sizin şadlıq və salamatlıq vaxtlarınızda yanınızda olub xidmət etmişəm; bu çətin gündə də Sizi buraxıb getmək istəmirəm. Rəngim qara, qoxum pis olsa da, Sizdən ayrılmayacağam. Şəhid olacağam ki, qara qanım Sizin şərəfli qanınıza qarışsın!

Imam Cövnün dönməz iradəsinə əhsən deyib, ona döyüş icazəsi verdi. Cövn savaş səhnəsinə qədəm basıb şücaətlər göstərdi. Nəhayət, 25 nəfər düşməni qətl edəndən sonra şəhid oldu.
Imam Hüseyn (ə) Cövnün cəsədi üstə gəlib, onun başını dizi üstünə qoydu və buyurdu: "Ilahi, Cövnün üzünü ağ, ətrini xoş et. Onu yaxşı insanlar cərgəsində məhşərə gətir. Onunla Mühəmməd (s) və Ali-Mühəmməd (ə) arasında dostluq yarat!".

Hədislərdə deyilir, aşura faciəsindən sonra şəhidlərin cənazələrini dəfn edərkən gördülər ki, Cövnün bədənindən müşk ətri gəlir.

Nəsr ibn Əbu Neyzər

Aşura gününün əvvəlində düşmən qoşunu Imam Hüseynin (ə) kiçik dəstəsinin üzərinə kütləvi hücuma keçdi. Bu hücumu dəf edərkən səhabələrdən təqribən 50 nəfəri şəhid oldu. Bunlardan biri də Nəsr ibn Əbu Neyzər idi. Onun atası Həzrət Əlinin (ə) azad olunmuş qulamı idi. Tarixçilərin bir qismi Əbu Neyzəri hətta nəcaşinin (Həbəşistan padşahının) övladlarından saymışlar; guya Həzrət Mühəmməd Peyğəmbərin (s) təklifi ilə Islamı qəbul etmişdi. Bəziləri isə onun Iran şahzadəsi olduğunu yazıblar.

Həzrət Əlinin (ə) və Imam Həsənin (ə) vəfatından sonra Nəsr Imam Hüseynə (ə) qoşulmuş, Mədinədən Kərbəlaya kimi Onu müşayiət etmişdi.


Geri dön

♛WøøW♛

  • 27 noyabr 2015 20:15
  • Məqalə: 2
  • Şərh: 202
  • Bal:
MeqaLeyeGoReTşkSuPerMeqaLedi)))

Dostumu_sevdim

  • 14 noyabr 2015 17:11
  • Məqalə: 8
  • Şərh: 233
  • Bal:
{awards}
ALLAH razi olsun...

__S.M_ova__

  • 14 noyabr 2015 16:48
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Allah razi olsun

... Deryam ...

  • 13 noyabr 2015 22:54
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
bele gozel melumati paylasdiginiz ucun twkler

--------------------

__gulu_gulu__

  • 13 noyabr 2015 22:48
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
ALLAH razi olsun...

--------------------

✯ AliKo ✯

  • 13 noyabr 2015 21:44
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Deyerli Meqale üçün sağolun

Nergiz__Sirinova

  • 13 noyabr 2015 20:43
  • Məqalə: 329
  • Şərh: 3132
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}