Dini kəlamlar

 
Dini kəlamlar

1 - Ölüm, ibrәt dәrsi almaq üçün, pәrhizkarlıq varlı olmaq üçün, ibadәt isә iş vә mәşfuliyyәt üçün kafidir.
2 - Heç bir yaxşı iş iki xüsusiyyәtdәn üstün ola bilmәz;
Onlar Allaha iman gәtirmək və Onun bәndәlәrinә yaxşılıq etmәkdәn ibarәtdir.
Heç bir pis iş də iki xüsusiyyәtdәn xoşagəlməz sayıla bilmәz;
Onlar isə Allaha şәrik qoşub, onun bәndәlәrinә ziyan vurmaqdan ibarәtdir.
3 - Yol yeridikdә tәlәsmәk, möminin dәyәrini aradan aparar.
4 - Öz işlәrini qadına tapşıran millәt, sәadәt üzü görmәz.
5 - Xalqın çoxu iki məsələdə aldanmışdır ki, onların biri sağlamlıq, digәri isә asudәçilikdir.
6 - Öz әziyyәtlәrini xalqın üzәrinә atan şәxs, mәlundur.
7 - İbadәt yeddi hissәdәn ibarәtdir. Onun daha üstünü isə halal (çörәk) qazanmaqdır.
8 - Gözәllik dildәdir.
9 - Ümmәtimin әn daha üstün әmәli, fәrәc (açılmış) intizarında olmaqdır.
10 - Dünya, Allah yanında afcaqanadın qanadı tәk dәyәrli olsaydı, heç vaxt onu kağır vә münafiqә vermәzdi.
11- Alimlәrdәn soruşun, hikmәtli şәxslәrlә danışın vә yoxsullarla (bir yerdә) әylәşin.
12 - Savadı olmayan halda xalqa fәtva verәn şәxs, göy vә yer mәlәklәri tәrәfindәn lәnәtlәnәr.

Dini kəlamlar

13 - Allah?taala yaxşı danışıb, bәhrәlәnәn vә sakit olub, amanda qalan bәndәyә rәhm etsin.
14 - Üç xüsusiyyәtә malik olan şәxsin imanı kamillәşmişdir:
(Birinci): Fərəh və sevinci onu batil işlәrә çәkmәyәn;
(İkinci): Әsәblәşdikdә haqdan kәnara çıxmayan;
(Üçüncü): İqtidara malik olduqda, haqqı olmayan şeyә әl uzatmayan.
15 - Rahatlıq (sakitlik və asta davranış) Allahdan, tәlәsmәk isә şeytandandır.
16 - Hәzrәt Peyğәmbәr (s) bir gün evdәn xaric olduqda, (ağır) daşı yerindәn
qaldıranları görüb buyurdu: Sizin daha güclü pәhlivanınız әsәblәşәn halda özünü (tәmkinli) saxlayandır.
17 - Daha üstün imanlınız, daha çox әxlaqlı olanınızdır.
18 - Gülәrüzlü olmaq kinlәri aradan aparar.
19 - Hәya iki cürdür: Ağıllı vә ağılsızlıq (hәyaları); Ağıllı hәya bilikdәn, ağılsızlıq hәyası isә nadanlıqdandır.
20 - Allaha vә cәza (Qiyamәt) gününә imanı olanlar öz vәdinə әmәl etmәlidir.
21 - Әmәnәti saxlamaq ruzi, әmanәti xәyanәt isә yoxsulluq gәtirər.
22 - Övladın öz ata vә anasına mәhәbbәt dolu baxışı ibadәt sayılır.
23 - Facir (azğın) şәxs tәriflәndikdә, ilahi әrş titrәyər vә Allah?taala qәzәbә gәlər.
24 - Nadanlıq üzündәn iş görәn şәxsin xarabkarlıqları, islahatından çox olar.


Dini kəlamlar

25 - İman iki hissәyә bölünür: Onun yarısı sәbr (dözüm), yarısı isә şükrdәn ibarәtdir.
26 - Hazır olan şәhvәti görmәdiyi vә`dә verilmiş (Behişt) üçün tәrk edәn şәxsә xoş (alqış) olsun.
27 - Ümmәtimdәn iki dәstә saleh olarsa, ümmәtim dә saleh olar, onlar yollarını azarsa,
ümmәtim dә yolunu azar. Soruşdular: Ey Allahın elçisi! Onlar kimdir? Buyurdu: Fәqihlәr vә rәhbәrlәr.
28 - Dünya möminin zindanı, kağırin isә cәnnәtidir.
29 - Xalq üçün elә bir gün gәlәcәkdir ki, o günün xalqı canavar olacaq vә canavar olmayan canavarlar tәrәfindәn yeyilәcәkdir.
30 - Dünyanın sonunda әn az tapılan şey, etibarlı qardaş vә halal pul olacaqdır.
31 - Quranın haram etdiyini halal sayan şәxs, (Allaha va İslam dininə) iman gәtirmәmişdir.
32 - Peşimançılıq tövbә (etmәk) -sayılır.
33 - İman qəlbdә әqidә (bağlamaq), dildә danışıq vә bәdәnlә әmәl etmәkdәn ibarәtdir.
34 - Pisliyi tәrk etmәk sәdәqә vermәk (demәk) ? dir.
35 - Ümmәtim üçün üç şeydәn qorxuram; (Hәddindәn artıq) paxıllıq, nәfsani istәklәr vә azğın rәhbәrlər.

Dini kəlamlar

36 - Heç bir xeyir әmәli riyakarlıq üçün әncam vermә vә (riya olmadıqda da onu) hәya üzündən tәrk etmә.
37 - Peyğəmbərdən (s) soruşdular: Hansı dostlar daha üstündür?
Buyurdu: Onu yad etdikdә, sәnә kömәk edәn vә onu unutduqda sәni yad edәn.
Xalqın daha pisi kimdir? Buyurdu: Yolunu azmış alim.
38 - Biz Әhli?beytin mürüvvәti bizә zülm edәnlәri әfv etmәk vә bizdәn әsirgәyәnlәrә әta etmәkdir.
39 - Özünü dәrvişliyә vuran şәxs yoxsullaşar.
40 - Sizә yaxşılıq edәnin әvәzini verin, bir şeyiniz olmasa onun yaxşı işini tәriflәyin ki, tәriflәmәk (dә bir növ) yaxşılıq saylır.
41 - Allah yanında ən pis adam elmi ilə əməl etməyib ondan faydalanmayan alimdir.
42 - Әn yaxşı ev yetimin sevildiyi və ona hörmət göstərildiyi evdir.
43 - Başqa adamlara hörmət edin və onların qarşısında təvazökar olun, çünki, təvazökarlıq adamın dəyərini artırar.
44 - Allaha, qiyamətə və cəza gününə inananlar əhdinə vəfalı və bağlı olmalıdırlar.
45 - Uşaqlar ata-analarına məhəbbət və sevgi ilə baxdıqları zaman sanki ibadət edirlər.
46 - Yaxşı və dəyərli dost sahibi olmaq, səadət və xoşbəxtlikdir.


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:26
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
vAllah razi olsun

vAllah razi olsun

--------------------

Ulya

  • 12 mart 2011 21:09
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
deyerli sozlerdi

Lexikon

  • 9 mart 2011 21:42
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
Dünya möminin zindanı, kağırin isә cәnnәtidir.

_RONALDO_

  • 9 mart 2011 19:07
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
twk allah razi olsun

--------------------

::..ONSLAUGHT::..

  • 9 mart 2011 18:26
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 52
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}