Tələbələrimə

 
Tələbələrimə


İmtahan
İmtahan götürürəm mən.
Gəlir tələbələr, gəlir birbəbir.
Hər gələn cavanın tərpənişindən.
Ağlı, düşüncəsi mənə bəllidir.
Kimi cəsarətlə çəkir bleti,
Kimi, qorxa-qorxa yanaşır mizə
Kimi bildiyindən umur qiyməti,
Kimi də güvənir mürvətimizə.
Kimi nişan alır əvvədən sonu,
Dediyi mətləbi hiss edir, duyur.
Kimi əzbərləyib oxuduğunu,
Danışmır,
Elə bil kitab oxuyur.
Sözündən özünün xəbəri yoxdur
Cümlələr ütülü,
Sözlər soyuqdur.
Bir il bu sinifdə
Bildiklərimi,
Alışa-alışa danışmışam mən.
Onların önündə bir çıraq kimi
Sözümdən od alıb danışmışam mən.
Məqsədim bir olub:
Bu təzə nəsil
Dünənə güvənsin, bu günü sevsin.



"Özgəni" danmasın
Ancaq müttəsil
Özünə tapınsın,
Özünü sevsin.
Mənim də kəsirim az deyil, şəksiz,
Dünyanı almışam əsəblərimdən.
Bircə sözümü də ancaq ürəksiz,
Boğazdan yuxarı deməmişəm mən
Hər cümləm- dünyada ayaq izlərim,
Köklənim dünyamın öz ahənginə.
Könül qaynağında bişən sözlərim
Bürünüb hissimin qızıl rənginə
Ən böyük fikrimi, sözümü bəzən,
Danışa-danışa yaratmışam mən.
Yanlışı zamanın özü düzəldir
Fikri də istərəm mən əlvan-əlvan
Özünün yanlışı min pay gözəldir,
Özgənin düzünü təkrarlamaqdan.


Müəllif: Bəxtiyar Vahabzadə


Tələbələrimə


Geri dön

OnE DiReCtIoN_ZAYN

  • 10 dekabr 2015 18:15
  • Məqalə: 5
  • Şərh: 4457
  • Bal:
chox beyendim

--------------------

♛WøøW♛

  • 29 noyabr 2015 01:14
  • Məqalə: 2
  • Şərh: 202
  • Bal:
{awards}
MeqaLeyeGoReTşkSuPerMeqaLedi)))

Pıtırcık

  • 27 noyabr 2015 15:31
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
SERE GORE SAG OLUUN MENDE love TELEBE OLMUSAM

--------------------
http://legend.az/user/imza/

Damlam

  • 21 noyabr 2015 18:43
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
Özgəni" danmasın
Ancaq müttəsil
Özünə tapınsın,
Özünü sevsin....

--------------------
http:///user/İmza/

Mövlud Ağamməd

  • 19 noyabr 2015 12:58
  • Məqalə: 20
  • Şərh: 128
  • Bal:
{awards}
Özgəni" danmasın
Ancaq müttəsil
Özünə tapınsın,
Özünü sevsin....

Allah rəhmət eləsin Bəxtiyar müəllimə....Mən onun tələbəsi olmağımla həmişə fəxr edirəm...Şeiri paylaşdığınız üçün sağ olun

--------------------
Mən qəmli olanda şeir yazıram,
Çoxdu şeirlərim,demək,qəmim çox..
Mövlud Ağamməd

__gulu_gulu__

  • 18 noyabr 2015 21:18
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
maraqli idi cox sagolun...

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 18 noyabr 2015 20:31
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Oyy bizi nezere alib sagolsun))

✯ AliKo ✯

  • 18 noyabr 2015 19:00
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Şerhler ucun tewekkur

Dostumu_sevdim

  • 18 noyabr 2015 18:42
  • Məqalə: 8
  • Şərh: 233
  • Bal:
{awards}
Maraqli şeirdi twk

Nergiz__Sirinova

  • 18 noyabr 2015 18:04
  • Məqalə: 333
  • Şərh: 3147
  • Bal:
{awards}
Seir ucun tesekkurler

--------------------

__S.M_ova__

  • 18 noyabr 2015 16:54
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Təşəkkürlər maraqli idi

... Deryam ...

  • 18 noyabr 2015 16:18
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
ne yaxsiki bele sairlerimiz var olub

--------------------

^^KuKuLKa^^

  • 18 noyabr 2015 14:18
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
Təşəkkür edirəm.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}