Həyatın mənası nədir?

 
Həyatın mənası nədir?

Bir vaxtlar bir nəfər “Həyatın mənası nədir?” deyə sualını beyninə salmışdır. Tapdığı cavablar onu qane etməmiş və digərlərindən soruşmaq qərarına gəlmişdir. Yenə də aldığı cavablar onu qane etmədi. Əlbət bir cavabı vardır deyirdi. Və gəzib hər kəsdən bunu soruşacağını qərar vermiş. Kənd, qəsəbə qalmamışdı ki, soruşmasın, zaman da dayanmırdı təbii ki.

Tam ümidi kəsildiyində bir kənddə danışdığı insanlardan biri ona : “Bu qarşıdakı dağları görürsənmi? Orda bir müdrik yaşayır. İstəyirsənsə onun yanına get, o sənə axtardığın cavabı deyəcək” demişdi...

Çox çətin, uzun - uzadı yol getdikdən sonra nəhayət gəlib çıxdı həmin deyilən müdrikin yanına. Qapıdan içəri girib, müdrikdən “həyatın mənası nədir?” soruşdu. Müdrik “sənə kömək edə bilərəm, ama ilk öncə bir imtahandan keçməyin lazımdır” dedi.

Həmin adam qəbul etdi bunu təbii ki. Çünki nəyin bahasına olursa o bilmək istəyirdi. Müdrik ona içərisi zeytun yağı ilə dolu olan bir çay qaşığı verdi. “İndi çıx get, bağçada bir dövrə vur gəl. Amma diqqət yetir, qaşıqdakı zeytun yağı bir damcı əksilməsin, əgər dağılırsa bax o zaman itirəcəksən”.

O, gözü çay qaşığında qalaraq bağçanı tam bir dövrə vurub gəldi. Müdrik çay qaşığına baxıb zeytun yağının heç dağılmadığını görüb dedi:

“Bəli, əhsən sənə. Bağça necə idi?”

Adam dedi: “Mən qaşıqdan başqa heç bir yerə baxmadım ki”.

“Indi təkrarən bağçanı gəz, qaşıq yenə əlində olacaq amma bağçanı tam araşdır, hər yerə göz at, sonra gəl” – deyə müdrik ona söylədi.

Həmin adam təkrar bağçaya geri dönüb, bağçanın bütün gözəlliklərini gördü. Çünki çox böyük və gözəl bir bağçada idi. Bu gözəlliklə sanki böyüdüyünü hiss etdi.

Geri dönəndə müdrik ondan bağçanın necə olduğunu soruşanda adam ona gördüyü bütün gözəlliklərdən danışdı. Müdrik gülümsədi və qaşıqda heç bir yağın qalmadığını gördü və əlavə etdi:

"Həyat sənin baxışınla məna qazanır, ya təkcə bir nöqtəni görərsən həyatin axıb gedər sən fərqinə varmarsan. Ya da görəbiləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan axıb gedən zamanın məna qazanar ... "

"Həyatın mənası sənin baxışlarında gizlidir"



PS. Bəs siz, həyatın mənasının nədə olduğunu görürsünüz və ya necə izah edə bilərsiniz?


Geri dön

Lexikon

  • 11 mart 2011 22:24
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
xeber ucun twk

gul_93

  • 5 mart 2011 23:28
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
sevdiklerimde.tewekkurler

sevdiklerimde.tewekkurler

mery

  • 20 yanvar 2011 20:37
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
ey heyat heyat meni yuxudan oyat love[hide][/hide]

Jackson_fanatı

  • 14 iyul 2010 07:02
  • Məqalə: 0
  • Şərh: 782
  • Bal:
{awards}
Thanks

Ulya

  • 7 iyul 2010 12:45
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
Miss_MagiC,
Mr_Unlimited,
La_VitA,
centleman

Mr_Unlimited

  • 7 iyul 2010 08:57
  • Məqalə: 427
  • Şərh: 2840
  • Bal:
{awards}
tewekkurler cooox gozel bir hekayedi. menasi coox boyukdu

La_VitA

  • 7 iyul 2010 06:02
  • Məqalə: 0
  • Şərh: 154
  • Bal:
{awards}
heyatin mensainin ne oldugunu hele derk elmirem yaxudda derk elemek istemirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 32
Cəmi: 50

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}