İntihar - Roman ( I bölüm)

 
İntihar - Roman ( I bölüm)


Mənim üçün həyat bir filmdir. Hər insan üçün filmin ssenarisi də fərqli olur. Hər bir insan öz filmində baş obrazdır. Amma çoxları öz filmində , öz baş obrazlarını layiqincə yerinə yetirə bilmirlər. Dünyada milyardlarla insan var və bu o deməkdir ki, milyardlarla film var. Amma bu qədər filmin bir operatoru, bir ssenaristi var – Allah. O istədiyi zaman , istədiyi epizod anında filmini sonlandırmaq qabiliyyətinə malikdir. İnsanın öz filmini sonlandırmağa haqqı yoxdur, günahdır. Bilirəm... Amma mənim filmim yaman maraqsız olub. Mənim filmimi izlədikcə ürəyin sıxılar inan. Deyərsən bu nədir? Mənim filmimin hər saniyəsində kədər duyulur. Öz həyatıma, filmimə ad verə bilsəydim yəqin ki, adını "Kədər” qoyardım. Deyərsiz axı sən nə yaşamısan ki, belə qəmli cümlələr qurursan. O zaman mən danışım sən isə sadəcə dinlə məni. Dinlə, yaxşı-yaxşı dinlə. Çünki ikinci dəfə danışmayacağam. İkinci dəfə dinləmək istəsən də mən olmayacağam artıq. Əlimdəki kəndiri görürsən? Mənim həyatıma bu son qoyacaq. Necə də qəribədir elə deyil mi?! ... İnsan öz ölümü özü asanlaşdırır. Kəndiri hazırlayıb, ərsəyə gətirən insan özüdür. Kəndirlə özünü asan da elə insan özüdür. Az sonra bunun vasitəsilə mən də öləcəm. İndi isə sus, sus danışma. Sakitcə dinlə məni. Sənə öz həyatımdan danışacağam.
Yadımdadır universiteti bitirmiş, işə daxil olmuşdum. Memarlıq idi vəzifəm. Sənətimdən çox razı idim. Günlər ötdükcə mən işimə öyrəşir, onu daha da çox sevirdim. İşimdən əlavə özümə dostlar da tapmışdım. Bu arada uşaqlıq dostumla eyni iş yerində işləyirdik. Biz uşaqlıqdan birgə böyümüşdük. Bütün dərdlərmizi birgə paylaşardıq. Bir-birimizə açardıq ürəyimizi, bir-birimizə məsləhət verərdik. Hər zaman birgə olmuşuq. Taleh belə gətirdi ki, biz eyni universitetin , eyni fakultəsinə qəbul olduq. Daha sonra eyni yerdə işləməyə başladıq. Mənim dostuma güvənim sonsuz idi. Amma sən demə bu həyatda kimsəyə güvənmək olmaz imiş. Əgər özünə inamın, güvənin yoxdursa, əgər özünə güvənə bilmirsənsə kimsəyə də güvənmə. Hər halda sənə maraqlı gəldi ki, mən nə demək istəyirəm... Dayan, danışacam, azca səbr et. Gözlə sonuncu siqaretimi yandırım. Hə indi danışa bilərik. Mənim başıma nə gəlibsə "Kədər” adlı filmimdə hərkəsi özümtək saf, ürəyi yumşaq bildiyimdən gəlib...
Yadımdadır mən bir qızla tanış olmuşdum. İndi sənə maraqlı gələ bilər ki, mən qızla harada tanış olmuşam. Dayan onu da deyim. Deməli günlərin birində belə bir hadisə baş vermişdi. Bazar günü idi-mənim istirahət günüm. Şirin yuxuda idim, yatmışdım özüm üçün. Birdən bir səs eşitdim. Səsdən səksənib yerimdən atıldım və pəncərəyə üz tutdum. Pərdəni azca aralayıb bayıra baxdım. Samirə xalanın evinin qarşısında yük maşını var idi. Samirə xala keçən həftə evini satıb Almaniyaya-oğlunun yanına köçmüşdü. Məntiqlə bu yük maşınının kimə aid olduğunu düşünsək, o zaman belə qərara gələrik ki, həmin yük maşını Samirə xalanın evini alanlara məxsusdur. Daha sonra pəncərəni qapadım. Əynimi geyindim sonra gedib əl-üzümü filan yudum. Gəlib masaya əyləşdim. Anam sağolsun süfrəni çoxdan hazırlamışdı. Yeməyimi tez bir zamanda yeyib süfrədən qalxdım. Hazırlanıb bayıra gəzmək üçün evdən çıxdım daha sonra. Samirə xalanın evinin qarşısından keçən zaman bir kişi ilə rastlaşdım. Saçları bozumtul, arıq, yanaqları içəri batmış bir kişi idi, hardasa 45-50 yaş vermək olardı.
- Salam alekum əmican.
- Əleykümə salam.
- Mənim adım Bəxtəvərdir.
- Şad oldum bala, mənim də adım Rahib.
- Mən də şad oldum əmican, deyəsən siz bizim yeni qonşumuzsuz.
- Hə , oğlum.
- əmi , icazə verin
- Yox, oğlum, çox sağ ol. Sənə əziyyət olmasın.
- Yox , əmican, nə əziyyəti olacaq ki?!
- Alah razı olsun, amma harasa gedirdin deyəsən, səni yolundan etməyim vallah.
- Əmican, o nə sözdür? İcazə verin elə ilk gündən biri-birinin yaddaşında yaxşı biri kimi qalaq. Sizə qanım çox qaynadı.
- Sağol, oğlum. Elə mənim də sənə qanım qaynadı, yaxşı oğlana oxşayırsan. Madam ki, kömək etməyi bu qədər çox istəyirsən o zaman elə bu stulları içəri daşımaqdan başla.
- Mənim gözlərim üstə, əmican.

Deyəsən Rahib əmigilin ailələri elə iki nəfərdən ibarət idi – Rahib əmi və ömür , gün yoldaşı . Amma çox mehriban bir ailəyə oxşayırdılar. 
Daha sonra Rahib əmi mənə yük maşınından bir neçə qutu verdi.
- Oğlum, bax bu gördüyün qutuda mənim kitablarım var. O kitablar ki, darıxdığım an məni darıxmağa qoymayan, o kitablar ki, sükutumu pozmayıb məni dincəldən.
- Əmican, deyəsən mütaliə etməyi çox sevirsiz, hə? 
- Hə , oğlum. Nə qədər çox kitab oxusan dünyagörüşün də bir o qədər çox olar.
- Hə haqlısız, əmican.
Biranlıq maşından digər qutunu götürəndə tarazlığımı itirdim və qutu əlimdən düşdü , ağzı açılıb kitablar yerə dağıldı. Əyilib yerdən kitabları götürəndə bir səs eşitdim.


Bu romanı Əslində Mən romanından çox daha əvvəllər yazmışdım. Cümlələrdə qüsurlarım çoxdur... İn şə Allah bəyənərsiz, bəyənilsə ardını paylaşacam, bəyənilməsə də canınız sağolsun...
Müəllif: Əhəd Əhədli.


İntihar - Roman ( I bölüm)İntihar - Roman ( I bölüm)


Geri dön

♛WøøWøøWøøW♛

  • 1 dekabr 2015 22:59
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
MeqaLeyeGoReTşkSuPerMeqaLedi)))

--------------------

__gulu_gulu__

  • 29 noyabr 2015 20:30
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
cox sagolun...

--------------------

♛WøøW♛

  • 28 noyabr 2015 01:14
  • Məqalə: 2
  • Şərh: 202
  • Bal:
{awards}
MeqaLeyeGoReTşkSuPerMeqaLedi)))

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 noyabr 2015 14:44
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Təşəkkür edirəm smile

__S.M_ova__

  • 26 noyabr 2015 15:38
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Maraqli hekayədi

... Deryam ...

  • 25 noyabr 2015 22:55
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
ardi gelsin...
oz hyatimnan mende deyim her kese guvenmek lazim deyil,dost yoxdur.

--------------------

Damlam

  • 25 noyabr 2015 22:54
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
tewekkurl;er

--------------------
http:///user/İmza/

✯ AliKo ✯

  • 25 noyabr 2015 22:01
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Roman üçün Teşekkurler

Pıtırcık

  • 25 noyabr 2015 21:04
  • Məqalə: 509
  • Şərh: 9711
  • Bal:
{awards}
hekayə üçünsağ olun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Nergiz__Sirinova

  • 25 noyabr 2015 20:53
  • Məqalə: 394
  • Şərh: 3410
  • Bal:
{awards}
Tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}