Dili qorumaq barədə

 
Dili qorumaq barədə

1. Yalan söz danışmaqdan. İstər ciddi olsun istərsə də zarafatyana.
Əgər yalan zarafata adət etsən, tədricən yalan deməklə həddi aşacaqsan.
Bil ki, yalan kəbirə günahlardandır.

2. Verdiyin və`də xilaf çıxmaqdan. Məbada, yaxşılıq və`dəsi verib, sonra ona xilaf çıxasan!
Gərək yaxşılığın əməldə olsun, dildə yox. Əgər naçar qalıb və`də vermiş olsan,
heç vaxt ona xilaf çıxma. Yalnız, zəruri hallar istisnadır.
Və`dəyə xilaf çıxmaq münafiqlik əlamətidir. İkiüzlülük də napak əxlaqdan irəli gəlir.

3. Qeybətdən. Bir çox hədislər əsasında mə`lum olmuşdur ki, qeybət etməyin çox böyük günahları var.

4. Camaatın narahatlığına və incikliyinə səbəb olan höcət və mücadilə etməkdən. Bil ki, bu, cəhl və nadanlıq əlamətidir.

5. Özünü tə`rifləməkdən. Bu çox pis xüsusiyyətdir. Allah-təala buyurur:
“Özünüzü tə`rifləməyin ki, Allah təqvalıları daha yaxşı tanıyır.” Bir hikmət sahibindən soruşdular:
“Xoşa gələn düz, lakin pis söz nədir? “Cavab verir: “Özünü tə`rifləmək.”

6. Müsəlmana lə`nət etməkdən. Bu işdən var gücünlə çəkin!

7. Allahın yaratdıqlarına nifrin etməkdən. Hətta, əgər sənə zülm etmiş olsa da.
Çünki, hədislərdə gəlib: “Məzlum şəxsin intiqam üçün zalım barəsində etdiyi duanı Allah qəbul edər.
Lakin gördüyü zülmdən artıq nifrin edərsə, həmin miqdarda zalımın onun boynunda haqqı var.”

8. Nalayiq zarafat və məsxərədən. Dilini bu cür narəva sözlərdən qoru.
Çünki bu, insanın abrını aparar, onun alçalmasına, düşmənçiliyə, qəlblərdə kin və ədavətin
cücərməsinə səbəb olar. Heç kəslə zarafat etmə, əgər səninlə də zarafat etsələr cavab vermə ki,
qoy söhbətin mövzusu dəyişsin.
O kəslərdən ol ki, özünü ağır apararaq ləğv və bihudə işlərdən uzaq gəzir.

Bütün bunlar dilin afətləridir. Bunlardan xilas olmaqdan ötrü təklikdə olmaq və zəruri
hallardan başqa bir söz deməkdən çəkinmək üçün ciddiyyət göstərmək lazımdır.
Bu dildən özünü möhkəm qoru!
Bu dil vasitəsi ilə hər iki dünyanın həlakətinə mə`ruz qalarsan.


Geri dön

Ulya

  • 12 mart 2011 22:13
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
smile

Inciciceyi

  • 11 mart 2011 11:51
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Cox sagolun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lexikon

  • 11 mart 2011 00:44
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
yazi ucun twk

_RONALDO_

  • 10 mart 2011 23:42
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tewekkurler

--------------------

::..ONSLAUGHT::..

  • 10 mart 2011 19:25
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
maragliydi twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

honeymoon

  • 10 mart 2011 19:04
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
maragliydi twk

niceing

  • 10 mart 2011 18:29
  • Məqalə: 0
  • Şərh: 78
  • Bal:
{awards}
twk edirem

ZEHRA

  • 10 mart 2011 17:05
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
tesekkur edirem

_RONALDO_

  • 10 mart 2011 16:54
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
oxudum təşəkkürlər

--------------------

MuslimGirl

  • 10 mart 2011 16:22
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
5. Özünü tə`rifləməkdən. Bu çox pis xüsusiyyətdir. Allah-təala buyurur:
“Özünüzü tə`rifləməyin ki, Allah təqvalıları daha yaxşı tanıyır.” Bir hikmət sahibindən soruşdular:
“Xoşa gələn düz, lakin pis söz nədir? “Cavab verir: “Özünü tə`rifləmək.”

Tamamile raziyam. Buna aid gozel bir kelam da var. Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 27
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}