Allahin əmridir Hicab

 
Allahin əmridir Hicab


"Qadınla kişi arasında müəyyən bir sərhədin olmaması, qeyd-şərtsiz, ifrat azadlıqlar və açıq-saçıqlıq cinsi ehtirasları artıraraq onu bir ruhi yanğı və heç vaxt təmin olunmayan istək şəklinə salır." Ayətullah Murtəza Mütəhərri

Örpəyin tarixçəsi, onun vacib olması, hüdudları və bir neçə şübhəyə cavab.

Örpək bütün dinlərdə.


Allah Təala bəşəri xəlq etmişdir ki, həyatın bütün sahələrində məhz onun bəndəliyini yerinə yetirsinlər. Bu yaradılışın son qayəsidir. Rəbbimiz bu hədəfə yetişmək üçün lazım olan qayda-qanunları öz Peyğəmbərləri vasitəsi ilə bəşərə öyrətmişdir. O, bəşərə nəyi vacib etmişsə bunu, onun xeyri, kamilliyi-hədəfə yetişməsi üçün etmiş və onu nədən çəkindirmişsə bunu, onu süqutdan saxlamaq üçün etmişdir.


Buna əsasən, bütün dinlərdə sabit qanunlardan biri qadınların cəmiyyət içinə çıxarkən, ona məhrəm olmayan şəxslərlə üzləşərkən iffət örpəyinə pənah aparmasıdır. Örpəyin hikmətini bilən şəxs onun bütün dinlərdə vacib olduğunu bütün vicdanı ilə duyur. Ona görə ki, onun hikməti bütün insanlara xas olan təbii istəklərə söykənir. Və bilir ki, əslində cəmiyyəti sıxışdırmaq üçün deyil, onun uçuruma getməsini önləmək üçündür. Bunu qarşımızdakı bəhsimizdə bütün şəffaflığı ilə duyacaqsınız.


Islamda örpək

Örpək dinimizdə vacib hökmlərdəndir. Bunda heç bir Islam aliminin şübhəsi yoxdur.
Məlumdur ki, şəriət hökmləri Peyğəmbərimizə (s) Quran və hədis vasitəsilə vəhy olunub. Bəziləri güman edirlər ki, dinin hökmlərini anlamaq üçün Quran kifayətdir. Bu tamamilə səhv fikirdir. Bu Fikri heç bir müsəlman alimi dəstəkləməyib. Quran kifayət idisə, nə üçün Peyğəmbər (s) gəlirdi? O, nə üçün ayələri izah edirdi? Məlum olur ki, Qurani-Kərim heç də hamının bütün ayələr anlayacağı şəkildə deyil, ondakı bir çox ayələr ümumi şəkildədir, onları Peyğəmbər izah etməlidir. Yoxsa ayənin əsl məqsədi gizli qalar: "Biz Quranı sənə nazil etdik ki, onlara açıqlayasan" ("Nəhl", 44). Deməli Peyğəmbərin vəzifəsi ilahi hökmləri dəqiqliyi ilə insanlara çatdırmaq və açıqlamaqdır: "Peyğəmbər sizə nə verirsə, onu götürür; nəyi qadağan edirsə ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, onun cəzası çox şiddətlidir" ("Həşr" 7).


Quranda örpək

Quranda örpəklə bağlı gəlmiş ayələr izaha ehtiyaclı ayələrdəndir. Bəzilərini çaşdıranda elə bu olmuşdur. Buna görə də lazımınca diqqət yetirmədən, mövzuyla bağlı təfsirlərə nəzər salmadan, digər alimlərin rəyini sormadan tələsik bu dini hökm haqda səhv fikir yürütmüşlər. Məgər Quranı yanlız lüğət nəzərində mənalandırmaqla hökm verməkmi olar?! "Quranı nazil etdik… açıqlayasan" ayəsi Peyğəmbərin sünnəsi-tətbiqatına müraciətin zəruriliyini xəbər vermirmi?! Doğrusu belə görüşlər həqiqətin kəşfinə olan maraqdan deyil, nəfsin meyillərinə uymaqdan qaynaqlanır. Hər kəs səmimi qəlbdən həqiqəti axtarsa, həqiqət hökmən ona aşkar olacaq. Maraqlıdır ki, belələrini müdafiə edənlərdə məhz Islami örpəkdən qaçmaq istəyənlərdir. Quran nə gözəl buyurmuşdur: "Qəlblərində xəstəlik olanlar məhz bu cür (zahiri şübhəli) ayələrin arxasınca düşürlər".Indi isə ayəni nəzərdən keçirək: "Möminə xanımlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar, öz-özlüyündə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər" ("Nur",31)
"Haram buyurulmuş şeylər", "ayıb yerləri" "öz-özlüyündə görünənlər", "zinətlər sözləri nə deməkdir? Zinətdə məqsəd qızıl-gümüşdür, yoxsa başqa şey? Öz-özlüyündə görünənlər əl-üz, saç, qol-ayaqdır, yoxsa başqa yerlər? Bunların nə olduğunu Peyğəmbərimizdən (s) savayı kim izah edə bilər ki ?! Bax bu sünnəyə müraciəti gərəkləşdirir.


Indi isə ayəni həmin kəlmələrin mənalarını sünnədən əldə edərək mötərizədə açıqlanmış halda veririk: "Möminə qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (zinadan), öz-özlüyündə görünənlər (əl, üz kimi) istisna olmaqla, zinətlərini (boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər".


Yaxud bəziləri deyir ki, ayədə "baş örtüklərinizi yaxanıza çəkin" buyurulur, bunun baş bağlamağa nə aidiyyatı var?!

Cavabında deyirik ki, əvvəla islami örtünmək dedikdə sadəcə baş bağlamaq nəzərdə tutulmur. Ikincisi, bu nə deməkdir, yəni qadınlar sinələrini bağlasın, amma sinədən aşağı və yuxarı açıq gəzsin,qalan üzvlərin üzərinə örtük çəkməsinlər?! Üçüncüsü, məgər qadının boynu və saçları ona zinət sayılmırmı?! Belə məntiqə daha söz yoxdur! Aydın məsələdir ki, sinənin örtünməsini əmr edən Allah, baş və ayaqlarıda nəzərdə tutmuşdur. Görəsən dörd bir yanı açıq olan bir evin qapısına qıfıl vurmağın nə anlamı var?!
Allah buyurur ki, valideyninə "of" da demə, məgər bir şəxs anasını kötəkləyə və sonra da "mən sadəcə onu döydüm, ona "of" demədim ki,?!" söyləyərsə, siz bu məntiqə nə ad verərdiniz?!


Bütün Islam alimləri və Quran təfsirçiləri bu ayənin örtünmək mənasında olduğunu bildirmişlər.


Ərəbistan istidir…


Bildiyimiz kimi örtünmək əmri insanlar tərəfindən deyil, məhz Allahımız tərəfindən nazil olmuşdur. Həmçinin, onu da bilirik ki, örpəyin-örtünməyin hikməti naməhrəmlə bağlıdır. Örpəyin səbəbi istidən qorunmaq, yanmamaq üçün olsaydı, onda gərək Allah-Taala isti olmayan ölkələr üçün ayrı bir qanun yazaydı. Axı Islam ümum bəşəri dindir, hərtərəfli olmalıdır. Sonrası, axı harada görünüb ki, istidə örtünüb soyuqda soyunasan?! Qərəzli fikir və savadsızlığdan Allaha pənah!


Örtünmək naməhrəmlə bağlıdır.


Naməhrəm, insana müxalif cinsə aid olan şəxsdir. Insan yetkinlik-büluğ həddinə yetişdikdə, ona bir sıra şəxslərlə görüşmək, əl tutmaq, bədən üzvünün örtülü olmayan üzvlə toxunmaq, onunla bir məkanda tək qalmaq, icazə verilməyən üzvlərini ona göstərmək, onunla ehtiraslarını təhrik edəcək tərzdə rəftar etmək, onu cəlb edəcək şəkildə geyinmək və bəzənmək icazəsi verilmir.


Qızlar adətən doqquz yaşında, oğlanlar isə on beş yaşında yetkinlik yaşına çatırlar. Həddi-büluğun bir sıra əlamət və xüsusiyyətləri, həmçinin bununla bağlı müəyyən olunmuş vəzifələr var. Təfərrüatı şəriət risalələrində göstərilir. Məsələ dəqiqliklə öyrənilməlidir.


Örtünmək naməhrəmlə bağlıdır. Allah-Taala öz hikməti əsasında insanda bir sıra təbii xüsusiyyətlər yaratmışdır. Insan bunlardan düzgün bəhrələnməklə yaradılışının son hədəfinə yetişə bilər. Bunlar əql, şəhvət, qəzəb və vahimə qüvvələridir. Bu haqda əxlaq elmində bəhs olunur. Bu qüvvələr düzgün istiqamətləndirilməzsə, hər yanı fitnə-fəsad, zülm və müharibələr bürüyər. Adları çəkilən qüvvələr yalnız ağılın tədbiri ilə tüğyandan saxlanır və hədəfə doğru istiqamətlənir.

Naməhrəmə olan meylin əsli demək olar ki, əsasən şəhvət qüvvəsinə qayıdır. Bu, təbii istəkdir. Elə bunun üçün müqəddəs dinimiz bu təbii qüvvəni təmin etmək üçün qaydaqanun müəyyənləşdirib. Buna görə də insan öz şəhvətini, dinin təyin etdiyi yolla nəzarətdə saxlamalı, onun ifrat istəklərinin qarşısını dinin bəyəndiyi yolla almalıdır.
Dahi Islam mütəfəkkiri, Mütəhhərinin "Örpək" əsərində bu barədə maraqlı təhlillər vardır. O, cənab yazır: "Qadınla kişi arasında müəyyən bir sərhədin olmaması, qeyd-şərtsiz, ifrat azadlıqlar və açıq-saçıqlıq cinsi ehtirasları artıraraq onu bir ruhi yanğı və heç vaxt təmin olunmayan istək şəklinə salır. Cinsi ehtiraslar çox güclü bir istəkdir və sanki qorxunc bir dəryaya bənzəyir: Ona nə qədər itaət olunarsa, bir o qədər çox inadkarlaşır, tüğyan edir və ipə-sapa yatmır".


Necə örtünək?


Əl və üzdən başqa bədənin hər bir yeri örtülməlidir. Özü də bu zaman örtünmək şərt deyil. Belə ki, qeyd etdiyimiz üzvlər elə şəkildə örtülməlidir ki, bədənin qabarıq hissələri nəzərə çarpmasın. Bu barədə də alimlərimiz yekdil fikirdədir. Maraqlanan tədqiq edə bilər.


Öncə dedik ki, örpəyin ən mühüm hikmətlərindən biri qadının özünü naməhrəmdən qorumasıdır. Buna əsasən, örpəklə və imanlı qadın naməhrəm müqabilində elə davranmalı, danışmalı, baxmalı, gülməli, yeriməli, geyinməlidir ki naməhrəmin diqqətini özündən yayındırsın. Bu çox mühüm məsələdir. Təəssüfki son zamanlar bədən əzalarını sezdirən və rəngarəng hicab örpək geyimləri dəb şəklini alıb. Görəsən Islami örpək, kamil örnək olan Fatimeyi-Zəhra geyimi budurmu?! Görəsən bizim imanlı bacılarımız özlərinə o xanımı örnək almışlarmı? Olmasın ki, diqqətsizlik ucbatından zəhmətlərimiz səmərəsiz qalsın.


Bəziləri "Islam dini mütərəqqi, sivil dindir" "indi hansı zamandır", "dünyayla ayaqlaşmalıyıq", "hər zamanın öz hökmü var" kimi hay-küylü şüarları möminə bacı qardaşlarımızı çaşdırır. Güman olunmasın ki, dindar bir qadın digərlərindən sadəcə namaz, oruc və zahiri geyimlərilə fərqlənir qalan məsələlərdə isə, cəmiyyətə qarışmaq lazımdır. Xeyr dindar həyatını bütün sahələrində, gündəlik faliyyətlərində Allahın razılığını güdməli, onun qanunu yerinə yetirməli, itaətində durmalıdır. Onun cəmiyyətdəki davranış və rəftarlırı da elə Rəbbinin göstərişləri əsasındadır. Buna zamanların dəyişməsi, cəmiyyətin hər hansı bir istiqamətə yönəlməsi təsir edə bilməz. Islam dini Allahın qoyduğu qanunlar çərçivəsində həm azadlığ himayədarı, həmdə sivil dünyanın təminatçısıdır, saxta, vəhşi azadlığın, dünya pərəslik, şəhvətpərəsliyin deyil!


Evdə olarkən


Qadın öz evində, həyat yoldaşının, qardaşının, əmi-dayının, bir sözlə məhrəmlərinin yanında olarkən tam sərbəstdir. Bu zaman istədiyi şəkildə geyinmək, bəzənmək deyib gülməkdə azaddır.


Allah qadını gözəl, cazibədar yaratmışdır. Bu olmasaydı yer üzündə insan nəsli kəsilərdi. Bu gözəllik və cazibədarlığ Allahın bəyəndiyi şəkildə və onun əmr etdiyi yol ilə məqsədinə çatmalıdır. Bax örpək bunun ən münasib təminatçısıdır.


Evdə qalacağam


Bəzən valideyinlər, yaxud örpək bağlamaq əzmində olan bacılarımızı ərə getmək problemi narahat edir. Görəsən örpək "evdə qalmaq" səbəbidirmi? Görəsən örpəkdən qaçanların hamısı vaxtında evlənə bilirmi, yaxud Allahın qanunundan ərə getmək bəhanəsilə qaçanlar xoşbəxt ailə sahibi olurlarmı?!


Bu, həqiqətdə imanın zəifliyindən başqa bir şey deyil. Bütün aləmin Allahın iradə və idarəsi altında olduğuna inanan müsəlman necə ola bilər ki, Allahın nədəsə-Allaha pənah-aciz oduğunu qəbul edir?! Bilirik ki, bütün qəlblər, həmçinin qəlblərdə olan hər hansı bir dəyişiklik yaratmaq yalnız Allahın əlindədir. Nə çox olur ki,bir çoxları özlərini əldən salaraq muxtəlif hiylələrlə camaata xoş görünmək, qəlblərdə məqam, hörmət qazanmaq istədikləri halda bunun tam əksi ilə qarşılaşırlar. Yaxud buna tam nail olsalar da, müvəqqəti, keçici olur, əsil nəticəyə yetişmirlər. Buna səbəb ilahi iradənin nüfuzudur. Əziz bacılara məsləhət görərdik ki, dahi əxlaq və irfan müəllimi Seyid Ruhullah Musəvinin "qırx hədisin şərhi" kitabında "Riya" bölməsini diqqətlə oxusunlar.


Çaşmayın


Bəzən görürsən ki, bəzi xanımlar örtümüşlər, amma ayaqları açıqdır. Bu məsələ bəzən möminə xanımları çaşdırır. Əziz bacılar, qadına namazda ayağı topuğa qədər açıq saxlamağa icazə verilsədə, ona ictimaiyyətə, naməhrəm müqabilinə belə şəkildə çıxmağa icazə vermir.


Yekun: Örpək sadəcə zahiri örtmək deyil.


Kamil örtək. Baş saçların görünmədiyi şəkildə sadə, sıxma-boğmaya salmadan və münasib baş örtüyü ilə, (yadları yamsılayan şəkildə deyil!) müsəlman qadınına yaraşan şəkildə, boyun və qulaqları örtəcək şəkildə örtülməlidir. Bədəni örtən örpək bədənin çıxıntıları sezilməyəcək dərəcədə gen olmalıdır. Eyni zamanda libasın rənginə, tikiliş formasına, biçim və dəbinə diqqət edilsin ki, naməhrəmi cəlb etməsin. Bədənə geyilən paltar dar olmamasından əlavə çox nazik də olmamalıdır. Həmçinin geyim "barmaqla göstərilən"-"məşhur geyimlər" qismindən olmamalıdır. Həmçinin boyanıb çölə çıxmaq da örpəksizliyin başqa bir növündən hesab olunur.

Əziz bacı, Allahın sözünü əzizlə ki, O da sənin özünü dünya və axirətdə əzizləsin. Onun itaəti yolunda heç bir danlaq və tənqiddən çəkinmə, səbir və mücadilə et. Son aqibəti və və xeyirli sonluq təqvalılarladır.


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:28
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 12 mart 2011 21:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

Lexikon

  • 11 mart 2011 00:56
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekurler

Vasif777

  • 10 mart 2011 21:53
  • Məqalə: 58
  • Şərh: 297
  • Bal:
{awards}
SkYlInE,
не данышырсан сян ? хер кес озуне джавабдехдир.... хамынын адыннан данышма...айыб олсун сене ...утанки бу созлери йазмысан сян...
УТАН ВЕ БИР ДАХА БЕЛЕ СЕХФЛЕР ЕТМЕ!!!

host_470,
хаванында одунда суйунда торпагында ЙАРАДАНЫ АЛЛАХДЫР ...
АЛЛАХЫН ЕМРИДИР БУ....


huseyn12,
Аллах джями МусЕлманлардан Разы олсун.!!!Амин!!!Иншаллах!!!

--------------------
Eline,Diline ve Beline sahib ol !!!
Hezreti Ali

huseyn12

  • 10 mart 2011 21:39
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Çox gözəl açıqlanıb, Təşəkkürlər.
ALLAH razı olsun.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

::..ONSLAUGHT::..

  • 10 mart 2011 20:22
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 10 mart 2011 17:04
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
oxudum təşəkkürlər

--------------------

Kisa_Kiss

  • 10 mart 2011 15:46
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

host_470

  • 10 mart 2011 12:19
  • Məqalə: 0
  • Şərh: 273
  • Bal:
{awards}
HE NOLSUN HICAB TAXANLAR COXDU HICAB ALTINDA 1000 HOQQALARDAN CIXIRLAR

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 63
Cəmi: 86

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}