Tələsik verilən qərar ...

 
Tələsik verilən qərar ...

Çin yazıçısı Lao Tzunun hekayəsi...

Kəndin birində bir yaşlı kişi var imiş.Çox kasıb imiş, amma kral belə onu qısqanırmış... Həmin kişinin hamının heyrətə salan bir ağ atı varmış. Kral bu at üçün demək olar ki, bütün xəzinəsini verirmiş, amma qoca bu atı satmamışdı... Qoca: "Bu at mənim üçün at deyil, bir dost! İnsan dostunu satarmı?!" deyərmiş. Bir gün qoca görür ki, atı yoxdur. Kəndlilər qocanın başına yığılıb deyirlər: "Ay səni qoca, bu atı sənə buraxacaqlar zənn edirdin, oğurlanacağı bilinirdi. Krala satsaydın, ömrünün sonuna qədər yaxşı yaşayardın. İndi nə pulun var, nə də ki atın"
Qoca:
- Qərar vermək üçün tələsməyin – dedi, sadəcə at itib deyin, çünki həqiqət budur. Bundan sonrası sizin fikrinizdir. Atımın itməsi, bəxtsizlikmi, yoxsa, şansmı? Bunu hələ bilmirik. Çünki bu hadisə hələ başlanğıcdır. Arxasını hələ görəcəyik.
Kəndlilər qocanın bu sözünə qəhqəhə çəkib güldülər. Aradan 15 gün keçmədən at, bir gecə geriyə döndü... Demək, oğurlanmamışdı, çıxıb dağlara getmişdi. Geriyə dönərkən də ,çöldə olan 12 atı da arxasında gətirmişdi. Bunu görən kəndlilər toplanıb qocadan üzr istədilər. Kəndlilər:
- Ay qoca, - dedilər, - sən doğru deyirmişsən. Atının itməsi bəxtsizlik yox, sənin üçün bir şans oldu, indi bir ilxın var artıq.
Qoca:
- Qərar vermək üçün yenə tələsirsiniz, dedi, - sadəcə atın geriyə dondüyünü deyin. Bilinən gercək ancaq budur. Ondan sonrasını hələ bilmirik. Bu hələ başlanğıçdır.
Kəndlilər bu dəfə onu lağa qoymadılar, amma ürəklərində "Bu kişi ağıldan kəmdir" deyə düşündülər... Bir həftə sonar vəhşi atları tərbiyə edən qocanın yeganə oğlu atdan düşüb ayağını qırır. Evi dolandıran oğlu uzun zaman yataq xəstəsinə çevrilir. Kəndlilər yenə gəlib qocaya:
- Sən doğru deyirmişsən, - dedilər, - bu atlara görə tək oğlun şikəst qaldı. Sənə baxan heç kim də yoxdur və indi əvvəlkindən də daha kasıb, daha yazıq olacaqsan.
Qoca:
- Siz tələsik qərar vermək xəstəliyinə tutulmusunuz – dedi, - o qədər tələsik qərar verməyin. Oğlum ayağını qırdı. Həqiqət budur. Qalanı sizin qərarınızdır. Həyat belə kiçik parçalar şəklində yaranır, amma gələcəyi siz bilə bilməzsiniz
Bir neçə həftə sonra, düşmənlər qat-qat böyük ordu ilə hücuma keçmişdi. Kral son bir ümidlə əli silah tutan gəncləri orduya dəvət etmişdi. Kəndə gələn əsgərlər qocanın oğlundan başqa bütün gəncləri müharibəyə apardılar. Kəndi yas bürümüşdü. Çünki müharibənin qazanılacağı sual altında idi, gedənlər ya öləcək, ya da ki əsir düşəcəklərdi.
Kəndlilər yenə qocanın yanına gəldilər:
- Yenə sən haqlı çıxdın - dedilər, - oğlunun ayağı şikəstdir, heç olmasa yanındadır. Amma bizimkilər bəlkə də heç geri dönməyəcəklər. Oğlunun ayağının qırılması bəxtsizlik yox, bir şans imiş məgər..."
- Siz tələsik qərar verməyə davam edin - qoca dilləndi, - heç kim nə olacağını heç vaxt bilməz. Bilinən bir reallıq var, o da mənim oğlum burda, sizinkilər əsgərlikdə... Amma bunların hansının bəxtsizlik, hansının şanslı olmasını yalnız və yalnız ALLAH bilir.


Lao Tzunun hekayəsindən də gördüyümüz kimi insan həyatın kiçik bir hissəsinə baxıb qərar verməməlidir. Çünki “Qərar: ağlın durması deməkdir”. Qərar verdinizsə, ağıl düşünməyi və yol axtarmağı dayandırır. Buna baxmayaraq ağıl insanı həmişə qərar verməyə məcbur edər . Çünki düşünmək vəziyyətində olmaq insana tələsik qərar verməsinə, bu da ona ziyan gətirməsinə gətirib çıxardır. Unutmamalıyıq ki, bir yolun bitdiyi yer digərinin başlanğıcıdır. Bir qapı bağlanarkən, digəri açılır. Bir zirvəyə çatarsınız, amma elə orada daha yüksək bir zirvə olduğunu görərsiniz.


Geri dön

Su Perisi

  • 13 oktyabr 2011 22:25
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
“Qərar: ağlın durması deməkdir”. Qərar verdinizsə, ağıl düşünməyi və yol axtarmağı dayandırır.

--------------------

KaRola_16

  • 16 avqust 2011 12:38
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLI XEBERDIR... TEWEKKURLER...

--------------------

Lexikon

  • 11 mart 2011 22:27
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
yazi ucun twk

Yusif

  • 19 iyul 2010 03:50
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tsk :sasa

Ulya

  • 11 iyul 2010 05:15
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli hekayeye gore twk

Persofona

  • 10 iyul 2010 02:49
  • Məqalə: 24
  • Şərh: 562
  • Bal:
{awards}
beyendiyinize sevindim

FERID

  • 9 iyul 2010 16:02
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
supeeeeeeeeeeeeeeeeeeerm tewekkurler

--------------------

nn_nn

  • 9 iyul 2010 15:12
  • Məqalə: 53
  • Şərh: 784
  • Bal:
{awards}
Maraqli hekayeye gore cox saqol

--------------------

Mr_Unlimited

  • 9 iyul 2010 15:09
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
super bir hekayedi tewekkurler menasi boyukdu. bu hekaye hal hazirda mene komek etdi

Persofona

  • 9 iyul 2010 13:27
  • Məqalə: 24
  • Şərh: 562
  • Bal:
{awards}
reyleriniz ucun tesekkurler

Dj_Tural

  • 9 iyul 2010 13:12
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler amma hec vaxt hec yere telesmek lazim deyil...

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

OK

  • 9 iyul 2010 11:56
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 61
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}