Hansı halda həya etmək lazım deyil?

 
Hansı halda həya etmək lazım deyil?



Əllamə Məclisi buyurur: "Həya - o mələkədir ki, çirkin işlərdən çəkinməyə səbəb olur".

Həyanın dəyəri.

Həzrət Peyğəmbər (s) həyanı möminin zinəti hesab edir və buyurur: "Həyasızlıq heç bir şeylə birlikdə olmamışdır, məgər o halda ki, onu çirkin edər. Həya heç bir şeylə birlikdə olmamışdır, məgər o halda ki, onu bəzəyər".
İmam Əli (ə) buyurur: "Həyalı ol ki, həya - nəcibliyin nişanəsidir".
İmam Sadiq (ə) həyanı gözəl əxlaqın başında qərar verir və buyurur: "Gözəl əxlaqda biri o birisindən asılıdır. Allah onu kimə istəsə verər. İnsanlarla sadiq olmaq, düz danışmaq, yoxsula əta etmək, əmanətdarlıq, sileyi-rəhm, qonşu ilə dostluq və mehribanlıq, qonaqpərvərlik və hamısının başında - həya".
İmam Əli (ə) buyurur: "Həya hər bir gözəlliyə və yaxşılığa çatmaq vasitəsidir".
İmam Sadiq (ə) buyurur: "İmanı yoxdur o kəsin ki, həyası yoxdur".
Həyanın növləri.
Həzrət Peyğəmbər (s) buyurur: "Həya və xəcalətin iki növü vardır: Ağıl həyası (aqilcəsinə), cahil həyası (cahilcəsinə). Aqil həya - elm və bilikdəndir, cahil həya - nadanlıqdandır".
Aqil həya odur ki, insan ağlı ilə həya edəcəyini hiss edər. Günaha düçar olan zaman, hörmət etməli olduğu insanların qarşısında. Bu, elmlə olan həyadır.
Cahil həya odur ki, insan soruşmaqdan, öyrənməkdən, hətta ibadət etməkdən həya edər. Bu, cahilcəsinə olan həyadır. Bu cür həya İslam dinində məzəmmət olunmuşdur və bəyənilmir. Çünki insanın inkişaf etməsinə və kamala çatmasına mane olur.

1. Pərdələri götürmək. İmam Kazım (ə) buyurur: "Qardaşınla özün arasında olan pərdəni aradan götürmə və ondan bir azını saxla. Çünki onu götürmək - həyanı götürməkdir".
2. İnsanlara əl açmaq. İmam Sadiq (ə) buyurur: "İnsanlara ehtiyac əlini uzatmaq - izzəti və həyanı aparar".
3. Çox danışmaq. İmam Əli (ə) buyurur: "Hər kim çox danışar, çoxlu xata edər. O kəs ki, çoxlu xata edər, həyası azalar. O kəsin ki, həyası azalar - təqvası az olar. O kəsin ki, təqvası azalar - ürəyi ölər".
4. Şərab içmək. İmam Rza (ə) buyurur: "Allah Təala şərabı haram buyurmuşdur, çünki şərab məhv edəndir. Ağılları haqqı tanımaqda batil edər, həyanı və xəcaləti insanın simasından aparar".
Həyanın faydaları.
1. İffətə səbəb olar. İmam Əli (ə) buyurur: "Həyanın səmərəsi - iffətdir".
2. Günahların pak olması. İmam Səccad (ə) buyurur ki, hər kim Allahın və insanların yanında çirkin sayılan şeydən həya edərsə günahları pak olar.
Bu yerdə həya etmək lazım deyildir.
1. Allahdan istəməkdən, Allahla danışmaqdan həya etmək. Peyğəmbər (s) buyurur: "Heç bir əməli riya və özünü nümayiş etdirmək üçün yerinə yetirmə. Həya və xəcalətə görə onu tərk etmə".
2. Təhsil almaqdan. İmam Əli (ə) buyurur: "Heç kəs bilmədiyini öyrənməkdən həya etməsin".
3. Halal ruzi qazanmaqdan. İmam Sadiq (ə) buyurur: "O kəs ki, halal ruzi istəməkdən həya etməz, xərci yüngül olar, Allah onun ailəsini Öz nemətlərindən bəhrələndirər".
4. Qonağa qulluq etməkdən. İmam Əli (ə) buyurur: "Üç şey vardır ki, ona görə həya etmək olmaz: o cümlədən qonağa xidmət etməkdən".
5. Başqalarına hörmət etməkdən. İmam Əli (ə) buyurur: "Üç şey vardır ki, ona görə həya etmək olmaz: o cümlədən ata və müəllim üçün yerindən ayağa qalxmaqdan".


Geri dön

Attention

  • 30 dekabr 2015 15:22
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
Allah Razi olsun tesekkurler.

Favorit Girl )

  • 17 dekabr 2015 14:20
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
Allah Razi olsun

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

♛WøøWøøWøøW♛

  • 15 dekabr 2015 00:31
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
MeqaLeyeGoReTşkSuPerMeqaLedi)))

--------------------

Nergiz__Sirinova

  • 11 dekabr 2015 22:24
  • Məqalə: 327
  • Şərh: 3116
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler.

--------------------

gamsiz_hayat

  • 10 dekabr 2015 23:25
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

OnE DiReCtIoN_ZAYN

  • 10 dekabr 2015 21:56
  • Məqalə: 5
  • Şərh: 4457
  • Bal:
{awards}
tewekkurler

--------------------

✯ AliKo ✯

  • 10 dekabr 2015 21:35
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Çox Deyerli Meqale ucun Tewekkurler

Pıtırcık

  • 10 dekabr 2015 20:47
  • Məqalə: 385
  • Şərh: 9499
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 17
Cəmi: 35

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}