İslama dəvət necə olmalıdır?

 
İslama dəvət necə olmalıdır?


İslama dəvət ən fəzilətli, xeyirli və savabı çox olan, insanlara dünya və axirətdə xoşbəxtlik nəsib edən, haqq yoluna çağıran əməllərdəndir. Uca Allah buyurur: "(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət, 33)
İslama dəvət peyğəmbərlərin bizə qoyub getdiyi şərəfli missiyadır. Uca Allah peyğəmbərlərə və onların ardıcıllarına dəvət etməyi əmr edərək buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali İmran, 104)
Ümumilikdə bütün müsəlmanlar, xüsusən isə islam alimləri insanları İslama dəvət etməyə mükəlləfdirlər.
İslama dəvət etməyin savabı
İslama dəvət insanları batildən haqqa yönəltmək, zülmətdən nura çıxarmaq, axirət əzabından əbədi nemətlərə qovuşdurmaq və Allahın əmrlərinin bərqərar olmasına çalışmaq kimi böyük iş olduğu üçün, mükafatı da böyük olan işlərdəndir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: "İnsanları doğru yola cağıranın mukafatının üzərinə onun dəvət etdiklərinin mukafatı əlavə olunacaq və bundan heç bir şey əksilməyəcək. İnsanları doğru yoldan uzaqlaşdıran və zəlalətə çağıranlara azdırdığı insanların da günahı yüklənəcək və bundan heç nə əksilməyəcək". (Muslim, 2674)


Allah yoluna dəvətdə əziyyətlərə səbr etmək
Peyğəmbər (sallallahu aleyhi və səlləm) insanları İslama dəvət edərkən cürbəcür böhtan, hədə, təhqir, istehza, əzab-əziyyətlərə məruz qalmış, insanların ona sehrbaz, dəli, şair deməsinə, onu daşa basmasına səbr etmişdir. Uca Allah buyurur: "Sən səbrli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy (axirətə) yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər". (ər-Rum, 60)

Dəvətçidə hansı xüsusiyyətlər olmalıdır?
Bütün müsəlmanlara olduğu kimi, dəvətçilərə də Allah Rəsulunu (sallallahu aleyhi və səlləm) özlərinə örnək götürmək, onun əxlaqına yiyələnmək və onun yolunu tutub getmək vacibdir. Uca Allah buyurur: "Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir". (əl-Əhzəb, 21). Buna görə də Peyğəmbərin və səhabələrin həyatından, onların nəyə və necə dəvət etdiklərindən məlumatlı olmaq lazımdır.
Dəvət edən şəxs elmli, əxlaqlı, hikmətli, səbrli, səxavətli, mülayim olmalı, insanların vəziyyət və vərdişlərini nəzərə almalı, onların başa düşəcəyi tərzdə danışmalı, dəvət etdiyi şeyi yaxşı bilməli və özü əməl etməli, gözəl tərzdə mübahisə etməli və digər məsələləri bacardıqca nəzərə almalıdır. Uca Allah buyurur: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125)
"Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar". (Ali İmran, 159)
Dəvət fayda vermədikdə nə etmək lazımdır?
Dəvətdə heç vaxt ruhdan düşməmək və vaxtaşırı yeri düşdükcə hikmətlə, əxlaqla haqqı çatdırmaq lazımdır. Dəvətin vacib şərtlərindən biri də öz əxlaqı ilə nümunə olmaq və qəlblərdə sevgi qazanmaqdır. Bir rəvayətdə bildirilir ki, peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) hər dəfə küçədən keçəndə bir yəhudi qadın onun başına toz-torpaq tökürdü. Həmin qadın xəstələnərkən peyğəmbər (sallallahu aleyhi və səlləm) onu ziyarətə gedir. Həmin şəxs bunu görərkən çox utanır və hətta onun bu əxlaqına görə islamı qəbul edir.


Geri dön

Attention

  • 30 dekabr 2015 15:31
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
Allah Razi olsun tesekkurler.

Favorit Girl )

  • 17 dekabr 2015 13:49
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
Allah razi olsun....

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

Nergiz__Sirinova

  • 16 dekabr 2015 20:52
  • Məqalə: 333
  • Şərh: 3147
  • Bal:
{awards}
Allah Razi olsun

--------------------

gamsiz_hayat

  • 16 dekabr 2015 19:30
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Allah razi olsun....

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Pıtırcık

  • 16 dekabr 2015 17:50
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

OnE DiReCtIoN_ZAYN

  • 16 dekabr 2015 17:46
  • Məqalə: 5
  • Şərh: 4457
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}