Şeir haqqında

 
Şeir haqqında



Peyğəmbər - sallallahu aleyhi və səlləm - şeir haqqında demişdir: “Şeir söz kimidir. Yaxşısı, yaxşı söz kimi, pisi də pis söz kimidir” (Ədəbul-Mufrəd, 865).
Digər hədisdə Peyğəmbər belə demişdir: “Şeirin bir qismi hikmətdir” (Səhih əl-Buxari, 6145).
Şeirin yaxşısı insanları haqqa və düz yola çağırır, pis olanı isə küfrü və günahları tərənnüm edir. Uca Allah Quranda haqq yoldan azmış şairləri belə vəsf edir:
“Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şeir uydurur) və etmədikləri şeylərə aid söhbət açırlar? Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər” (əş-Şuəra, 224-227).
Əbu Hureyrə rəvayət edir ki, Rəsulullah demişdir: “Şair tərəfindən deyilmiş ən doğru söz, Ləbidin bu sözüdür: “Allahdan başqa nə varsa, fanidir.” Umeyyə ibn Əbu Səltə gəlincə, o, az qalmışdı ki, müsəlman olsun.” (əl-Buxari, 5795).
Ləbid ibn Əbu Rəbiə islamaqədərki dövrdə məşhur şair olmuş, sonradan İslamı qəbul etmişdir. O, müsəlman olduqdan sonra: “Mənə Quran yetər!”– demişdir. Ləbid hicrətin 41-ci ilində, yüz qırx yaşında vəfat etmişdir. Umeyyə ibn Əbu Səlt əs-Səqəfi isə İslam dininin gəldiyi dövrlərdə yaşamış, lakin Islamı qəbul etməmişdir. Buna rəğmən o, öz şeirlərində həqiqətləri əks etdirmiş və haqqı bəyan etmiş, etiqadı müsəlman əqidəsinə yaxın olmuşdur. Elə bu səbəbdən də Peyğəmbər onun barəsində bu sözü söyləmişdir. Həmçinin, rəvayət edilir ki, Şərid demişdir: “Mən Peyğəmbərin tərkində yol gedərkən, ona Umeyyə ibn Əbu Səlt əs-Səqəfinin şeirindən yüz beyt oxudum. Mən hər dəfə bir beyt oxuduqda, o mənə: “Davam et!”– deyirdi. Nəhayət, mən ona yüz beyt oxudum. Sonra Peyğəmbər mənə belə buyurdu: “O, az qala ki, müsəlman olacaqdı.”
Cundub ibn Sufyan əl-Bəcəli demişdir: “Döyüşlərin birində Rəsulullahın ayaq barmağı daşa dəyib yaralandı və ondan qan axmağa başladı. Onda Rəsulullah dedi: “Sən ancaq qanayan bir barmaqsan! Sənə üz vermiş bu müsibət Allah yolundadır!”
Cabir ibn Səmurə demişdir: “Mən Peyğəmbərlə birlikdə yüzdən çox məclisdə iştirak etmişəm. Bəzən məclislərdə onun səhabələri şeir deyər və öz şeirlərində cahiliyyət dövrünə aid olan şeyləri zikr edərdilər. Peyğəmbər isə sakitcə buna qulaq asar, hərdən də onlara təbəssüm edərdi.” (Tirmizi, 2854).
Burada “cahiliyyət dövrünə aid olan şeylər” deyildikdə, həmin dövrdə söylənilmiş, həm də batil mənalar ifadə etməyən, bəyənilən şeirlər nəzərdə tutulur.
Peyğəmbərin bu və digər səhih hədislərindən məlum olur ki, hikmətli şeir parçalarını həm demək, həm dinləmək, həm də tərif etmək olar. Ələlxüsus da İslam dinini yaymaq və ya onu müdafiə etmək məqsədilə münasib yerlərdə və uyğun məqamlarda şeir demək icazəli əməllərdəndir.



Şeir haqqında


Geri dön

Attention

  • 30 dekabr 2015 15:33
  • Məqalə: 11
  • Şərh: 918
  • Bal:
Allah Razi olsun tesekkurler.

Favorit Girl )

  • 17 dekabr 2015 13:48
  • Məqalə: 178
  • Şərh: 1613
  • Bal:
{awards}
Allah razi olsun

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

OnE DiReCtIoN_ZAYN

  • 16 dekabr 2015 21:28
  • Məqalə: 5
  • Şərh: 4445
  • Bal:
{awards}
tewekkurler

--------------------

Nergiz__Sirinova

  • 16 dekabr 2015 20:50
  • Məqalə: 428
  • Şərh: 3791
  • Bal:
{awards}
Allah Razi olsun

Pəri

  • 16 dekabr 2015 19:27
  • Məqalə: 238
  • Şərh: 2281
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

NIGAR

  • 16 dekabr 2015 17:49
  • Məqalə: 627
  • Şərh: 10018
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 50
Cəmi: 75

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 30
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}