Həqiqət

 
Həqiqət




Həqiqəti pıçıltıyla dedilər
Haylı-küylü yalanların içində.
Həqiqəti daim başda gördülər,
Oda düşüb yananların içində.

Yeri düşsə qum göyərər, daş çıxar,
Bir doğruyla neçə yalan boş çıxar,
Bacarırsan həqiqətlə baş çıxar
Həqiqəti dananların içində.

Sən doğru de, söyləməmiş başqası,
Söküləcək yalanların maskası,
Qiyməti də artıq olar daş-qaşın
Köhnə, nimdaş palanların içində.

Sovrulacaq bir gün hədər yalanlar,
Öz xeyrini ancaq güdər yalanlar,
Ölülərlə ölüb gedər yalanlar,
Doğru yaşar qalanların içində.

Yalan deyib, gizli-gizli öyüyüb,
Hər yalançı təsəlliyə keyiyib,
Doqquzaylıq bir həqiqət böyüyüb
Saçlarını yolanların içində.

Mən könlümü həqiqətə vermişəm,
Qapısını açıq görüb, girmişəm.
Həqiqəti mən təzə-tər görmüşəm,
Ömrü-günü solanların içində.

Kölgəsinə mahal yığar qoca tut,
Sən üzünü doğru üçün borca tut,
Həqiqətin bayrağını uca tut
Yalan deyən nadanların içində.

Müəllif: Nüsrət Kəsəmənli

Həqiqət


Geri dön

Attention

  • 30 dekabr 2015 14:46
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
xebere gore tesekkur

Nergiz__Sirinova

  • 23 dekabr 2015 22:00
  • Məqalə: 327
  • Şərh: 3116
  • Bal:
{awards}
Seire gore tesekkurler.

--------------------

winxclub_bloom

  • 23 dekabr 2015 20:26
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
Yeri düşsə qum göyərər, daş çıxar,
Bir doğruyla neçə yalan boş çıxar,
Bacarırsan həqiqətlə baş çıxar
Həqiqəti dananların içində.

--------------------

Pıtırcık

  • 23 dekabr 2015 19:39
  • Məqalə: 385
  • Şərh: 9499
  • Bal:
{awards}
Gəşəng şerdor nəyəndim

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

OnE DiReCtIoN_ZAYN

  • 23 dekabr 2015 18:38
  • Məqalə: 5
  • Şərh: 4457
  • Bal:
{awards}
tewekkurler

--------------------

gamsiz_hayat

  • 23 dekabr 2015 13:30
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Weir ucun tesekkurler

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Tovuzlu Eldar

  • 23 dekabr 2015 12:14
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
Bacarırsan həqiqətlə baş çıxar winked
şeirə görə sağ olun

★★ Pessimistka ★★

  • 23 dekabr 2015 11:55
  • Məqalə: 125
  • Şərh: 1146
  • Bal:
{awards}
Sən doğru de, söyləməmiş başqası,
Söküləcək yalanların maskası,
Qiyməti də artıq olar daş-qaşın
Köhnə, nimdaş palanların içində....super cox beyendim ellerine salig tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 39

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}