Yeni ili bürcünüzə uyğun seçin

 
Yeni ili bürcünüzə uyğun seçin


İlin ən sevimli anlarından biri Yeni ildir. Bu bayramı yaşından asılı olmayaraq, hər kəs gözləyir. Bu səbəbdən, onun gəlişinə qabaqcadan hazırlaşmağa başlayırıq. Biz bayram menyusu təşkil edir, mənzili bəzəyir, ssenari fikirləşir və həmin gün nə geyinəcəyimiz üzərində baş sındırırıq.

Yeni il libası çox mühüm rol oynayır, çünki düzgün seçilmiş obraz həmin axşamın qüsursuz keçməsi üçün bir zəmanətdir. Yeni il axşamındakı libasımız ev sahibinin, yəni, meymunun da xoşuna gəlməlidir...


Geyim seçiminə görə ümumi tövsiyələr

Ən başlıcası, seçdiyiniz geyim sizin üçün rahat olmalıdır. Çünki bayram gecəsi rəqs və əyləncə deməkdir. Ona görə də, əyninizdəki paltar sizə rahat hərəkət etməyə imkan verməlidir. Sizi əmin edirik ki, meymun güzəştə getməyə hazır olan heyvandır. O çox şeylərə barmaqarası baxa bilər. Lakin o, heç bir halda darıxdırıcı obraza dözməyəcək. Yeni il kostyumu seçərkən sizi ciddi və rəsmi göstərməyən libaslar seçin.

Əgər siz qapalı libas seçmək qərarına gəlmisinizsə, onda tezliklə bu ideyadan imtina edin. Yeni il üçün yüngül və dəbdəbəli paltarlar seçin. Yeri gəlmişkən, belə geyim öz-özlüyündə hər tərəfə pozitivlik saçır. Dəlisov Meymun da məhz bunu gözləyir. Qapalı və bər-bəzəksiz paltarda isə “xoşbəxtlik həsrətində” olacaqsınız. Fasonlar o qədər vacib deyil. Əgər siz bayramı daha "demokratik" keçirmək istəyirsinizsə, meymun sizdən inciməyəcək. Amma nəzərə almaq lazımdır ki, o, parlaq və qeyri-adi görünən qonaqlara havadarlıq edəcək. Unutmayın ki, bütün parlaq və qeyri-adi detallar meymunun diqqətindən yayınmır.

2016 il üçün aktual rənglər və çalarlar

Yeni ilin alovlu Meymun üzərində təhvil olacağı məlum olan kimi hamıya aydın oldu ki, 2016-ci ilin simvolu “od çalarları” olacaq. Əgər belə rənglər ürəyinizcədirsə, o halda, cəsarətlə “qışqıran” donlar alın. Romantik al-qırmızı və ya qıpqırmızı rəngi Meymun mütləq görəcək və belə bayram libasına görə, sizi səxavətlə mükafatlandıracaq. Lakin bu zaman o, qırmızı rəng çərçivəsindən çıxa da bilər. Axı ilin himayədarının fantaziyası sərhəd tanımır. Buna görə də, o, insanlardan həmin keyfiyyətlərin təzahürlərini gözləyir.

Yeni ildə özünüzə paltar seçməzdən əvvəl alovun müxtəlif çalarlarına nəzər salın. Meymun özü-özlüyündə alov kimi dəyişkən və ehtiraslıdır. Alovdan sonra qalan kül rəngləri də Meymunun xoşuna gələcək. Külün bütün rəngləri də Yeni il bəzəyi üçün ideal rəngdir.

Amma elə bilməyin ki, bu Yeni il axşamı məşələ çevrilmək məcburiyyətindəsiniz. Məsələn, parıltılı paltar geyinmisinizsə, makiyaj və saç düzümü, o cümlədən, aksessuarlar maksimum dərəcədə sadə olmalıdır. Əgər zərli və parıltılı libasdan qəti şəkildə imtina edirsinizsə, o zaman makiyaj və ya aksessuarlarınız cəlbedici olmalıdır. Unutmayın ki, Od Yeni il axşamı sizin xoşbəxtlik açarınız olacaq.

Qoç bürcü

Qoç bürcləri üçün ən ideal seçim ipək paltarlar olacaq. Onların romantik təbiəti ilə təbii parçadan tikilmiş paltarlar bir-birilə ahəng təşkil edəcək. Ziyafət libasına dəlisov meymunun tələblərinə uyğun olaraq, qırmızı bir detal əlavə etməyi unutmayın.

Buğa bürcü

Buğalar Yeni il obrazını aksessuarların sayəsində vurğulamalıdır. Yeni ildə Buğa bürcləri üçün ən yaxşı variant böyük qızılı halqa sırğalardır. Bu bəzək əşyası yalnız qarşı tərəfin diqqətini cəlb etməklə kifayətlənməyəcək, həm də qarşıdan gələn ildə öz sahibinə uğur vəd edəcək.

Əkizlər bürcü

Əkizlər Yeni ilə layiqincə daxil olmaq üçün öz obrazına cüt nəsə əlavə etməlidir. Məsələn, bu, bel vurğulayan ikiqat qurşaq ola bilər. Əkizlər hər iki əlinə eyni bilərzik də taxa bilər. Aksessuarları qırmızı rəngdə seçin.

Xərçəng bürcü

Ulduzlar Xərçəng bürclərinə Yeni il axşamı müəmmalı görünməyi tövsiyə edir. Çünki onlar bayram axşamı müəyyən intriqalarla üzləşə bilər. Bundan qaçmaq üçün maska taxın.

Şir bürcü

Şir bürcləri bayram axşamı istədikləri qədər parlaya bilər. Saçınızı bəzəmək istəyirsinizsə, tac taxın! Tac Yeni il axşamı hər kəsə, o cümlədən, meymuna bu bayramda kimin əsas olduğunu bir daha göstərəcək.

Qız bürcü

Qız bürcləri bu gecə hamıdan gözəl görünməlidir. Onların obrazı romantik və incə olmalıdır. Bunun üçün döşəməyə qədər sürünən uzun libas və ətək, həmçinin, zərif çiyinlərinizi örtən nazik və ekzotik parçadan tikilmiş şal alın. Belə demək mümkünsə, bayram günü obraza maksimum ilahi görkəm vermək lazımdır.

Tərəzi bürcü

Tərəzi bürcləri bayram axşamı xəzlərlə göz qamaşdırmalıdır. Ulduzlar onlara bu detalı gözdən qaçırmamağı təkidlə tövsiyə edir. Əgər bu detal sizin könlünüzcə deyilsə, heç olmasa, çiyninizə xəz şərf atın.

Əqrəb bürcü

Əqrəb bürcləri Yeni il axşamı dərin dekolte libasları və ya mini ətəkləri ilə hər kəsi ovsunlayacaq. Lakin utancverici vəziyyətə düşməmək üçün dekoltenin həddini aşmaq məsləhət deyil.

Oxatan bürcü

Rahatlığı sevən Oxatan bürcləri bayram axşamı da bu qaydaya sadiq qalacaq. Müxtəlif iri detallarla və ilgəklərlə yüklənmiş mürəkkəb fasonlar seçməyin. Siz Yeni ildə də sadə paltarla gözəl görünməyi bacaran xanımlardan olacaqsınız.

Oğlaq bürü

Oğlaq bürcləri üçün ən yaxşı variant kombinezon və ya bol kəsimli şalvar olacaq. Hərəmxana kənizi kimi də geyinə bilərsiniz. Əgər bu ideya xoşunuza gəlirsə, onda kostyum mağazasına gedib dəbdəbəli bir paltar alın. “Möhtəşəm 100 il” serialının xanım qəhrəmanlarının obrazları sizin üçün yaxşı nümunə ola bilər. Ayaqqabılara gəldikdə baletkalara üstünlük vermək daha yaxşı olar.

Dolça bürcü

Dolça bürcləri bu il Meymunun nazı ilə oynamaq məcburiyyətində qalacaq. Onlar ilin sahibinin diqqətini cəlb etmək üçün bütün imkanlarını nümayiş etdirməlidir. Odur ki, biserli və ya zərli libaslara üstünlük verin.

Balıq bürcü

Balıq bürcləri obrazını tac və ya istənilən digər saç bəzəkləri ilə bəzəməlidir. Bu səbəbdən, saç düzümünü əvvəlcədən fikirləşin. Ən münasib variant vual və ya kiçik şlyapadır.


Geri dön

Attention

  • 30 dekabr 2015 13:10
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
xebere gore tesekkur

pesimiska

  • 25 dekabr 2015 22:28
  • Məqalə: 0
  • Şərh: 330
  • Bal:
{awards}
Balıq bürcü

Balıq bürcləri obrazını tac və ya istənilən digər saç bəzəkləri ilə bəzəməlidir. Bu səbəbdən, saç düzümünü əvvəlcədən fikirləşin. Ən münasib variant vual və ya kiçik şlyapadır.

--------------------
Xoşbəxt deyiləm ama yaxşıyam. Əslində yaxşı da deyilem. Sadəcə yaşayıram...

Damlam

  • 22 dekabr 2015 13:06
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
Oğlaq bürü
Oğlaq bürcləri üçün ən yaxşı variant kombinezon
və ya bol kəsimli şalvar olacaq. Hərəmxana
kənizi kimi də geyinə bilərsiniz. Əgər bu ideya
xoşunuza gəlirsə, onda kostyum mağazasına
gedib dəbdəbəli bir paltar alın. “Möhtəşəm 100
il” serialının xanım qəhrəmanlarının obrazları
sizin üçün yaxşı nümunə ola bilər. Ayaqqabılara
gəldikdə baletkalara üstünlük vermək daha yaxşı
olar.

--------------------
http:///user/İmza/

♛WøøWøøWøøW♛

  • 21 dekabr 2015 18:54
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
MeqaLeyeGoReTşkSuPerMeqaLedi)))

--------------------

winxclub_bloom

  • 21 dekabr 2015 13:54
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
Xərçəng bürcü

Ulduzlar Xərçəng bürclərinə Yeni il axşamı müəmmalı görünməyi tövsiyə edir. Çünki onlar bayram axşamı müəyyən intriqalarla üzləşə bilər. Bundan qaçmaq üçün maska taxın.

--------------------

SPY_GIRL

  • 20 dekabr 2015 19:46
  • Məqalə: 56
  • Şərh: 1648
  • Bal:
{awards}
Tewekkurlerrrrr

.tewekkurler

--------------------


© Profile Original & Official®
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌

✔ Official Copyright 2012-2013

OnE DiReCtIoN_ZAYN

  • 20 dekabr 2015 18:22
  • Məqalə: 5
  • Şərh: 4457
  • Bal:
{awards}
Balıq bürcü

Balıq bürcləri obrazını tac və ya istənilən digər saç bəzəkləri ilə bəzəməlidir. Bu səbəbdən, saç düzümünü əvvəlcədən fikirləşin. Ən münasib variant vual və ya kiçik şlyapadır.

--------------------

Awk bir hayal

  • 20 dekabr 2015 14:48
  • Məqalə: 137
  • Şərh: 2783
  • Bal:
{awards}
Eqreb burcu ucun twklerrr

goz yasim

  • 19 dekabr 2015 22:51
  • Məqalə: 0
  • Şərh: 973
  • Bal:
{awards}
maraqli idi saqolun qiz burcu

Nergiz__Sirinova

  • 19 dekabr 2015 22:49
  • Məqalə: 327
  • Şərh: 3116
  • Bal:
{awards}
Tesekkurler.

--------------------

Pıtırcık

  • 19 dekabr 2015 22:27
  • Məqalə: 385
  • Şərh: 9499
  • Bal:
{awards}
BALIQLAR BÜRCÜ ÜÇÜN SAĞ OLUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

♫ мєl๏dyคм ♫

  • 19 dekabr 2015 22:25
  • Məqalə: 163
  • Şərh: 4759
  • Bal:
{awards}
Xerçeng bürcü üçün sağol ) Diyesen meni yaman pis şeyler gözdüyür )

--------------------

::KuMsAl::

  • 19 dekabr 2015 21:49
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
Teshekkurlerrrrr

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

gamsiz_hayat

  • 19 dekabr 2015 21:39
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
tesekkurler ....

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

✯ AliKo ✯

  • 19 dekabr 2015 21:25
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Əkizlər bürcü ucun Tewekkurler

вคɴค iкiмizi คɴlคт ❤

  • 19 dekabr 2015 21:24
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Men vallahi bu geyimleri ondi geyinirem sadece o yuzyilda filan olan paltarlari hec sevmem

Rapunzel Aşkı

  • 19 dekabr 2015 20:53
  • Məqalə: 77
  • Şərh: 342
  • Bal:
{awards}
Oxatan bürcü

Rahatlığı sevən Oxatan bürcləri bayram axşamı da bu qaydaya sadiq qalacaq. Müxtəlif iri detallarla və ilgəklərlə yüklənmiş mürəkkəb fasonlar seçməyin. Siz Yeni ildə də sadə paltarla gözəl görünməyi bacaran xanımlardan olacaqsınız.

cox saqolun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}