Valideynlərə qarşı haqqlarımız

 
Valideynlərə qarşı haqqlarımız

VALİDEYİNLƏRƏ QARŞI HAQQLARIMIZ

Allahın insanlardan qorunmasını istədiyi beş müqəddəs şeydən biridə nəslin davamıdır. Nəslin davamını Allah Tala bəlli bir qanunlara bağlamışdır. Nəslini davam etdirə bilmək üçün ən böyük çətinliklərlə qarşılaşan canlı da insanoğludur. İnsan, canlıların ən güclüsü olmasına baxmayaraq, doğulduğu anda ən zəif olanların başında gəlir. Bəzi heyvan balaları doğumundan bir neçə dəqiqə sonra, bir qismi də qısa bir zaman sonra ayağa qalxa bildiyi, ehtiyaclarını ödəməyə başlaya bildiyi halda insan isə ancaq doğulduğundan illər sonra bu səviyyəyə gələ bilir. Nəslin davam edə bilməsi üçün bütün bu çətinlikləri çəkən ata və analardır. Ana övladını doqquz ay bətnində daşıyır, hamiləlik zamanı bir çox çətinliklərə məruz qalır, həyatını bəzi anlar risqə qoyaraq övladını dünyaya gətirir. Aciz olan körpəsini böyütmək üçün yuxusundan, istirahətindən, sağlamlığından keçir.

Qurani Kərimdə Allah Təala buyurur:

Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! (Loğman 31:14)

Ailə və övladının ehtiyaclarını ödəmək üçün ata gecə gündüz usanmadan çalışır, özü az yeyər az geyər, övladının bir yeri ağrayarsa ondan daha çox narahat olar. Uşaqlarının rahatlığını öz rahatlıqlarından üstün tutarlar. Hətta ata-ananın övladına göstərdiyi qayğı həyatı boyu sürər.
Allahın ata-ana və uşaqlar arasında yaratdığı sevgi və hörmətdən qaynaqlanan bu haqq-vəzifə münasibətləri, insan nəslinin sağlam bir şəkildə davam edə bilməsinin vaz keçilməz bir şərtidir.

Ata-ananın övladları üzərindəki haqqlarını belə sıralaya bilərik:

1. İtaət (hörmət): Uşaqların ata-analarına qarşı ən önəmli vəzifəsi onlara itaət etmək, edilməsi haram olmayan istəklərini yerinə yetirməkdir. Allah Tala belə buyurur: Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm! (əl-Ənkəbut,29:8)

Bu ayə əshabələrdən olan Sad b. Əbu Vəqqas haqqında nazil olmuşdur. Əbu Vəqqas (r.a) hadisəni belə rəvayət edir. Mən anama hörmət və itaət edən bir övlad idim. Müsəlman olduqdan sonra anam mənə dedi:
Sad bu etdiyin nədir? Ya sən bu yeni dini tərk edəcəksən ya da mən yeyib-içməyib sonunda öləcəm. Sən də mənim üzümdən anasının qatili deyə çağrılacaqsan. Mənə anama dedim: Ana belə etmə, bilki mən bu dini tərk etməyəcəm. İki gün gözlədim, anam nə yedi nə də su içdi.
-Mən də anama söylədim ana sənin yüz canında olsa bunlar bir-bir çıxsa, mən bu dinimi yenə tərk etməyəcəm. İstəyirsən ye istəyirsən yemə. Bu əzmimi görüncə anam bu hərəkətlərindən vaz keçdi. (Təcridi Sarih Tərcüməsi, XII, 121)

Peyğəmbər (s.a.s) buyurmuşdur: Allah sizə analarınıza itaətsizliyi haram qıldı. (Buxari Ədəb,4)

Yuxarıda zikr edilən ayə və hədislərdən də anlaşıldığı kimi ata və anaların istək və arzularında qarşı çıxmamaq Allahın əmridir. Ancaq valideyinlər övladından Allaha qarşı gəlməsini, Onu inkar etməsini, fərz qıldığı bir şeyi etməməsini, haram qıldığı şeyləri etməsini əmr edərsə, onların bu istəkləri yerinə yetirilməz. Çünki Allaha üsyan olan təqdirdə, valideyinlər də olsa insanlara itaət edilməz.

2. Valideyinlərə xoş davranmaq: Allah Tala Qurani Kərimdə, insanın kimlərə qarşı vəzifələri olduğunu sıralarkən belə buyurur: Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de. (əl-İsra,17/23-24)

Peyğəmbər (s.a.s) kimə yaxşılıq edim ? deyə soruşan əshabəyə üç dəfə anana cavabını verdikdən sonra dördüncü dəfə soruşulduqda atana yaxşılıq et demişdir.
(Buxari Ədəb, 2, Müslim Birr,1)

Valideyinlər övladlarına yetəri qədər yaxşılıq etməmiş olsalar belə, hətta bəzi zərərləri toxunmuş olsalar belə, övladları onlara yenədə yaxşı davranmaq məcburiyyətindədirlər.

3. Maddi ehtiyaclarını ödəmək: Yaşlanıb öz ehtiyaclarını təmin edə bilmədikdə valideyinlərin bütün ehtiyaclarını təmin etmək övladların borcudur. Bu borc sadəcə əxlaqı deyil həmçinin, hüquqi cəhətdən də var. Bu vəzifəsini yerinə yetirməyən kimsə İslam qanunlarına görə buna məcbur edilir. Allah bu vəzifəni övladlara yükləmişdir.

(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir. (əl-Bəqərə, 2:215)

Əshabələrdən Əbu Dərda Peyğəmbər (s.a.s) ona doqquz önəmli şey tövsiyyə etdiyini, bunlardan birinin də ana, ata daxil olmaqla ailə üzvlərinin ehtiyaclarını ödəmək olduğunu bildirmişdir. (Buxari əl-Ədəbül-Müfrəd, 9) yenə Peyğəmbər (s.a.s) cihada getmək istəyən bir səhabəni ehtiyaclarından dolayı, valideyinlərinin yanında göndərmişdir.

4. Hörmətsizlik etməmək: İslam ümmətinin prinsipi böyüklərə hörmət, kiçiklərə sevgidir. Hörmətə ən layiq olan insanlar isə təbii ki valideyinlərimizdir. Bir gün Peyğəmbər (s.a.s) əshabına:
Sizə günahların ən böyüyünu bildirim mi? deyə üç dəfə soruşdu. Səhabələr bəli dedilər. Peyğəmbər (s.a.s) sıra ilə saymağa başladı. Allaha ortaq qoşmaq, ata-anaya qarşı gəlmək,haqqsız yerə adam öldürmək və yalan söyləmək. (Buxari, Ədəb 6)

Valideyinlərimi gözü yaşlı halda tərk edərək, hicrət etmək üçün sənin əmrini almağa gəldim deyən bir səhabəyə Peyğəmbər (s.a.s) Onların yanına qayıt necə ağlatdınsa eləcədə güldür, sevindir dedi və onu hələ müsəlman olmayan ata-anasının yanında göndərdi.

5. Razılıqlarını qazanmaq: İnsanın dünyadakı ən böyük vəzifəsi şübhəsiz ki, Allahın rizasını qazanmaqdır. Bundan sonra razılıqlarını qazanmamız olan kəslər valideyinlərimizdir. Peyğəmbər (s.a.s) Allahın rizası, atanın rizasında, qəzəbi də qəzəbindəndir. (Buxari əl-Ədəbül Müfrad, 1) buyurmuşdur.

Abdullah b. Amr b. əl-Asın rəvayətinə görə bir adam Peyğəmbər (s.a.s) yanına gələrək cihada getmək üçün izin istədi. Peyğəmbər (s.a.s) də ona valideyinlərin sağmı deyə soruşdu. O, adam bəli deyincə Peyğəmbər (s.a.s): O halda sən öncə onların razılığını almağa çalış deyərək ona bu vəzifəsini xatırlatdı. (Təcridi Sarih Tərcüməsi,VIII, 377)

6. Pis söz söyləməmək: Valideyinləri incidəcək hər cür söz-söhbətdən uzaq durmaq lazımdır. Allah Tala, Onlara “of” belə deməyin yasağı yanında, Peyğəmbərin (s.a.s) bu hədisi də çox diqqət çəkicidir.
Bir kimsənin ata-anasına söyməsi böyük günahlardandır.
-Əshabə: Bir kimsə valideyinini necə söyə bilər?
-Peyğəmbər (s.a.s): Biri başqasına pis söz söylər, o da qayıdıb onun valideyinlərinə söyər, deyə cavab verdi. (Buxari, Ədəb,4)

7. Öldüklərində xeyirlə xatırlamaq, dua etmək: Valideyinlər öldükdən sonra onlara qarşı olan vəzifələrimiz bitməz. Onların təmiz xatirələrini davam etdirmək lazımdır. İnsanları insan edən, nəsildən-nəsilə ötürülən gözəl duyğu və xatirələrdir. Valideyinləri xeyirlə yad etmək, bağışlanmaları üçün dua etmək, Allah Təalanın Qurani Kərimdə bizə öyrətdiyi dualardandır; Ey Rəbbimiz! İnsanları hesaba çəkiləcəyi Qiyamət günündə məni, atamı, anamı və bütün möminləri bağışla. (İbrahim, 14/41)

Səhabələrdən biri Ölümlərindən sonra valideyinlərim üçün edə biləcəyim bir yaxşılıq varmi deyə Peyğəmbərə (s.a.s) soruşduqda Peyğəmbər (s.a.s) belə buyurmuşdur: Bəli 4 xislət vardır.

Onlara xeyirlə dua etmək və Allahdan bağışlanmalarını diləmək. Varsa vəsiyyətərini yerinə yetirmək, Dostları ilə münasibətləri davam etdirmık, qohumları ilə əlaqəni kəsməmək. (Buxari, əl-Ədəbül Mufrad,19)

Ölümlərindən sonra ediləcək duanın valideyinlər üçün faydasını Peyğəmbər (s.a.s) belə buyurmuşdur: İnsan ölüncə əməl dəftəri bağlanır.Ancaq bu üç şey xaricində davam edər Davam edən sədəqə, insanların faydalanacağı bir elm və arxasından xeyirlə dua edən bir övlad. (Buxari əl-Ədəbül Müfrad, 19)

Həyatda və öldükdən sonra valideyinlərinə qarşı vəzifələrini yerinə yetirən, onları məmnun edib, xeyir dualarını alan kimsə dünya və axirətin ən böyük xoşbəxtliklərinədn birini qazanmış olur. Çünki Peyğəmbər (s.a.s) belə insanların bərəkətli uzun bir ömrə sahib olacaqlarını, valideyinlərin onlar üçün edəcəkləri duaların Allah tərəfindən mütləq qəbul ediləcəyini və Cənnəti qazanacaqlarını müjdələmişdir.

Övlad heç bir yaxşılıqla atanın haqqını ödəyə bilməz. Ancaq onu kölə olmuş bir vəziyyətdə taparaq, satın alıb azadlığa çıxardarsa haqqını ödəyə bilər. (Buxari əl-Ədəbül Müfrad, 6)

Üzərimizdə bu qədər çox əmək və haqqları olan ana və atalarımızı sevmək və onların sevgisini başqa şeylərə dəyişməmək, ən önəmli əxlaqı vəzifələrimiz arasındadır. Bu vəzifə həyatda ikən onlara qarşı hörmət, şəfqət və mərhəmət göstərməklə yerinə yetirilə bilər. Gerçək valideyin sevgisinin, anamı, atamı sevirəm deməkdən ibarət olmadığını, onlara qarşı maddi mənəvi hər cür vəzifənin yerinə yetirilərək bu sevginin isbat ediləbiləcəyini unutmamaq lazımdır


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:29
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

Ulya

  • 12 mart 2011 22:08
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur

N_A_T_A_

  • 11 mart 2011 20:57
  • Məqalə: 0
  • Şərh: 380
  • Bal:
{awards}
MARAQLI IDI TEWEKKURLER.


Üzərimizdə bu qədər çox əmək və haqqları olan ana və atalarımızı sevmək və onların sevgisini başqa şeylərə dəyişməmək, ən önəmli əxlaqı vəzifələrimiz arasındadır. Bu vəzifə həyatda ikən onlara qarşı hörmət, şəfqət və mərhəmət göstərməklə yerinə yetirilə bilər. Gerçək valideyin sevgisinin, anamı, atamı sevirəm deməkdən ibarət olmadığını, onlara qarşı maddi mənəvi hər cür vəzifənin yerinə yetirilərək bu sevginin isbat ediləbiləcəyini unutmamaq lazımdır smile

Inciciceyi

  • 11 mart 2011 12:01
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk ela xeberdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lexikon

  • 11 mart 2011 00:46
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
cox sag ol

cox sag ol

_RONALDO_

  • 10 mart 2011 23:43
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tewekkurler

--------------------

::..ONSLAUGHT::..

  • 10 mart 2011 20:11
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk hele oxumadim oxuyacam

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

niceing

  • 10 mart 2011 18:41
  • Məqalə: 0
  • Şərh: 78
  • Bal:
{awards}
twk hele oxumadim oxuyacam

_RONALDO_

  • 10 mart 2011 16:59
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
oxudum təşəkkürlər

--------------------

Sevinc_Keder

  • 10 mart 2011 16:43
  • Məqalə: 0
  • Şərh: 443
  • Bal:
{awards}
ALLAH razi olsun axira qede oxudum cox xosuma geldi

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!

host_470

  • 10 mart 2011 16:17
  • Məqalə: 0
  • Şərh: 273
  • Bal:
{awards}
tesekkurler gozel xeberdi

ZEHRA

  • 10 mart 2011 16:00
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
tesekkurler gozel xeberdi

marlin

  • 10 mart 2011 15:46
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
tesekkurler gozel xeberdi.ama hamsini oxumadim

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}