Oturaq həyat tərzi keçirənlərə məsləhət

 
Oturaq həyat tərzi keçirənlərə məsləhət



Muasir texnologiya bir tərəfdən işimizi asanlaşdırsa da, digər tərəfdən sağlamlığımıza zərər vurur. Televizor, internet və kompüterlər oturaq həyat tərzi keçirməyimizə səbəb olur.
Həkimlər bildirirlər ki, günün çox hissəsini oturaraq keçirən insanların köklük və şəkər xəstəliyindən əziyyət çəkmək ehtimalları artır. Belə həyat tərzi şikəst uşaq dünyaya gətirmək və xərçəngə yaxalanmaq riskini də artırır.
Mütəxəssislər bildirirlər ki, uzun müddət hərəkətsiz qalan insanlar, heç olmasa, işdən sonra və həftəsonu aktiv həyat tərzi keçirməlidir. Gün ərzində 30 dəqiqədən bir qalxıb ən azı 5 dəqiqə hərəkət etmək, həftənin 2-3 günü 30-45 dəqiqə idmanla məşğul olmaq tövsiyə edilir.
Son illərdə, xüsusilə, uşaq və gənclərin hərəkətsizlik ucbatından sürətlə kökəlməsi mütəxəssisləri təcili tədbirlər görməyə vadar edib.
Onlar aşağıdakı məsləhətlərin uşaqları hərəkətsiz həyat tərzindən qoruyacağını düşünür:
* Ekran qarşısında 1 saatdan artıq vaxt keçirmələrinə imkan verməyin.
* Yataq otağına televizor və kompüter qoymayın.
* Oyun oynamalarına və idmanla məşğul olmalarına şərait yaradın.
* Kiçik ev işlərində ailə fərdlərinə kömək etsinlər.
* Velosiped sürsünlər.
Yetkin insanlar isə aşağıdakı nüanslara diqqət etməlidirlər:
* Metro və avtobuslarda ayaqda dayanın.
* Liftdən istifadə etməyin.
* Ayaqüstü həll edə biləcəyiniz işləri görərkən oturmayın.
* Telefonla danışarkən yeriyin.
* Ev işləri görün.


Geri dön

Nergiz__Sirinova

  • 25 dekabr 2015 11:15
  • Məqalə: 428
  • Şərh: 3791
  • Bal:
Tesekkurler xebere gore

Pəri

  • 24 dekabr 2015 23:35
  • Məqalə: 238
  • Şərh: 2281
  • Bal:
{awards}
Buyurun ...

--------------------

NIGAR

  • 24 dekabr 2015 22:15
  • Məqalə: 636
  • Şərh: 10063
  • Bal:
{awards}
Xəbərə görə sağ ol

--------------------
legend.az/user/imza/

OnE DiReCtIoN_ZAYN

  • 24 dekabr 2015 20:00
  • Məqalə: 5
  • Şərh: 4445
  • Bal:
{awards}
tewekkurler

--------------------

winxclub_bloom

  • 24 dekabr 2015 15:26
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
n yaxşısı oturaq olmayan işlerdi

--------------------

Attention

  • 24 dekabr 2015 15:24
  • Məqalə: 11
  • Şərh: 918
  • Bal:
{awards}
gunumun coxu oturaraq kecir, xeberiniz yardimcil oldu. tşk

menasiz_heyat(

  • 24 dekabr 2015 14:15
  • Məqalə: 2
  • Şərh: 28
  • Bal:
{awards}
lazimli ve maraqli xeber ucun sagolun

--------------------
Çarəsizlik ALLAHdan gələn ən gözəl işarətdir
Dua vaxtının gəldiyini göstərir....
Süzülursə gözündən yaşlar ,
Hüzünlüysə gözəl üzün....
RƏBBİN səni üçün darıxmış, səsini eşitmək istər deməkdir.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 51
Cəmi: 78

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}