Allah yoldaşımı islah etsə bir ay oruc tutacam deyə nəzir deyən qadın

 
Allah yoldaşımı islah etsə bir ay oruc tutacam deyə nəzir deyən qadın


Sual: Bir qadın nəzir deyib ki, əri düzəlsə və alim olsa bir ay oruc tutacaq. Lakin hələ də düzəlməyib. Eşitdiyimizə görə bu qadın nəfsini tərbiyə nöqteyi nəzərindən əri düzəlməsə belə bir ay oruc tutmalıdır. Çünki bu nəzir “paxılın” nəziri sayılır. Bu barədə rəyinizi bilmək istəyirik.

Cavab: Həmd Allaha məxsusdur.

Nəzir əslində məkruhdur. Bu cür etmək məqsədəuyğun deyil. Belə ki, Buxari (6608) və Muslim (1639) İbn Ömərə, radiyallahu anhu, istinadən onun belə söylədiyini xəbər verir: “Peyğəmbər sallallahu aleyhi və səlləm nəziri nəhy edərək bel dedi: “Nəzir heç bir şeyi geri qaytarmır və nəzir sadəcə paxıldan nə isə qopardır”. Buxari (6609) Əbu Hureyraya, radiyallahu anhu, istinadən Peyğəmbərin sallallahu aleyhi və səlləm belə söylədiyini xəbər verir: “Nəzir adəm övladı üçün qədərdə yazılmayan əlavə bir şey gətirmir. Lakin onun üçün təqdir olunanı ona vacib edir. Nəzir vasitəsilə mən simicin (var-dövlətindən) çıxarıram”.

Məkruh olmaqla yanaşı itaətlə bağlı nəziri yerinə yetirmək vacibdir. Bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: “Kim Allaha itaət edəcəyinə dair nəzir deyərsə elə isə itaət etsin. Kim asilik edəcəyinə nəzir deyərsə asilik etməsin”. Buxari (6318).

İkincisi:

Əgər Allah ərimi islah edərsə və alim olarsa bir ay oruc tutacam sözünə gəldikdə bu itaət nəziri olub şərtə bağlıdır. Həmin şərt nə vaxt ödənərsə bu nəziri yerinə yetirmək vacib olur. Əgər şərt ödənməzsə bu halda sizin üzərinizdə heç bir öhdəlik qalmır.

İbn Qudamə, rahiməhullah, itaət və yaxşılıq nəziri barədə belə deyir: “Nəzir üç cür olur: Birincisi gələn bir nemət və yaxud qarşısı alınan bir bəla, müsibət müqabilində itaət edəcəyinə dair nəzir. Məsələn, Allah mənə şəfa versin bir ay oruc tutmaq mənə borc olsun. Bu halda itaət etmək vacib olur. Baxmayaraq ki, oruc, namaz, sədəqə, həcc kimi adətən vacib olmur. Bunu yerinə yetirmək elm əhlinin yekdil rəyinə görə vacibdir”.[1]

İslam Hüquq Ensiklopediyasında (12/315) belə deyilir: “Fəqihlərin yekdil rəyinə görə şərtlə nəzir demək caizdir. Şərt olaraq irəli sürülən şey olmayana kimi nəziri yerinə yetirmək vacib olmur. Çünki nəziri yerinə yetirmək üçün səbəb mövcud deyil. Şərt qoyulan şey gerçəkləşərsə bu halda nəzir gerçəkləşir və bunu yerinə yetirmək vacib olur”.

Beləliklə aydın olur ki, sizin eşitdikləriniz hamısı yanlışdır. Nəzir yalnız paxıldan bir şey çıxarır. Lakin nəziri yerinə yetirmək o zaman vacib olur ki, nəzir üçün qoyulan şərt ödənsin.

Nəzirdən sizin üçün daha xeyirlisi budur ki, ərinizə nəsihət edəsiniz, ona kömək edəsiniz və onun əlindən tutub namaza, düzgün yola, elm tədrisinə yönəldəsiniz və onun üçün çoxlu dua edəsiniz.


Allahdan diləyimiz budur ki, hər ikinizi sevdiyi və razı qaldığına müvəffəq etsin.


Geri dön

Attention

  • 29 dekabr 2015 11:39
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
Xebere gore tesekkurler.

gamsiz_hayat

  • 28 dekabr 2015 21:50
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Nergiz__Sirinova

  • 28 dekabr 2015 21:19
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Allah Razi olsun.

--------------------

Pıtırcık

  • 28 dekabr 2015 20:51
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 54

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}