Sileyi-rəhim nədir?

 
Sileyi-rəhim nədir?


Ərəb dilindən tərcümədə "silə" sözü bağlılıq, "rəhim" isə ana bətni mənalarını verir. Dini termin olaraq, qohumlarla rabitə saxlamaq, qohumluq əlaqələrini canlı tutmaq, yaxınlarla mütəmadi olaraq hal-əhval tutub görüşmək sileyi-rəhim sayılır. Sileyi-rəhim hər bir müsəlmanın öhdəsində olan əsas vəzifələrdən biridir. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur ki, sileyi-rəhim dinin bir hissəsıdir. İnsan öz qohumunu ziyarət edərkən ibadət etmiş kimi savab qazanır.

Quranın "Mühəmməd" surəsinin 22-ci ayəsində qohumlarla rabitəni kəsən şəxsin ilahi lənətə düçar olacağı bildırilir. Hətta Peyğəmbər (s) Allahı ən çox qəzəbləndirən günahlar sırasında Allaha şərik qoşmaqdan sonra qohumlarla əlaqəni kəsməyi qeyd etmişdi. O həzrət buyurmuşdur: "Qiyamət günündə cəhənnəmin üzərindən hamının keçəcəyi sırat körpüsü qurulacaq. Körpünün başında duran mələklər insanlardan iki məsələ barədə soruşacaqlar: namaz və sileyi-rəhim. Namaz qılan, qohumlarla rabitəni unut¬mayan şəxs körpüdən salamat keçər, cəhənnəmə düşməz". İmam Mühəmməd Baqir (ə) buyurub: "Sileyi-rəhim insanın əməllərini paklaşdırar, mal-dövləti artırar, bəlaları uzaqlaşdırar, qiyamət hesabını asanlaşdırar və əcəli yubadar".

Nəzərə almaq lazımdır ki, çətin vəziyyətə düşmüş, müsibətlə üzləşmiş, xəstələnmiş qohumların təsəlliyə daha çox ehtiyacı olduğu üçün onların ziyarətinə daha tez-tez getmək lazımdır.


Geri dön

ruqiyye

  • 4 yanvar 2016 18:20
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
tesekkurler

--------------------
MEN HECKIMIN HECKESIYEM

gamsiz_hayat

  • 1 yanvar 2016 13:32
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Attention

  • 1 yanvar 2016 01:58
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
tesekkur xeber ucun

¤Günüşş¤

  • 31 dekabr 2015 21:08
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
Teshekkurlerrrrr

Teshekkurlerrrrr

--------------------
.........

✯ AliKo ✯

  • 31 dekabr 2015 19:47
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
dəyərli məqaləyə görə təşəkkürlər

Pıtırcık

  • 31 dekabr 2015 18:24
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
http://legend.az/user/imza/

Nergiz__Sirinova

  • 31 dekabr 2015 18:07
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 56
Cəmi: 73

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}