Ömrümüzün yaz tablosu

 
Ömrümüzün yaz tablosu


Ömrün öz mənası-məhəbbətimiz,
illəri aşdıqca sədası gəlir...
Məhəbbət olanda səadətimiz,
dünyaya necə xoş ədası gəlir...


Sənli xəyalımda gözəl lövhəsən,
gözlərim yol çəkir,görürəm səni...
Ruhumun o sənsiz tənhalığından,
gəl,gülüm,gəl özün xilas et məni!...

Qara gözlərini dikib zülmətə,
başını qoymusan balışın üstə...
Gecənin qoynunda uyumaqdasan,
həm də qəlbimdəsən,a boyu bəstə!...


Fikrimin sürəti küləkdən iti,
uçur xəyalının yanına,gülüm...
Həsrətəm mən sənin şirin səsinə,
çağır,həmişəlik yanına gəlim!...

Səndən xəbərsizəm;məndən xəbərsiz,
sən uyu,sevdiyim,öz yatağında...
Onda ağrısam da,rahat olaram,
Bakının bu soyuq,tək otağında!...


İlin bir ayı da sona yetişdi,
hələ bir arzum da başa çatmayıb...
Sənsiz keçib- gedir ömür də,gün də,
qəlbim sənli anı heç unutmayıb...

Bəyazdır ömrünün bu gözəl çağı,
sən bu bəyazlıqda ipək kimisən...
Qara saçlarındı yana dağılan,
sən mənim gözümdə mələk kimisən!...


Kimsə bu sevgimə razı deyilmiş,
yenə daşa dəyir,eh,məhəbbətim!...
Yox,yox,bu məhəbbət mənim taleyim,
səninlə bağlıdır hər səadətim!...

Ömrümün sonuna neçə gün qalıb,
hələ görəcəyəm bəs neçə günü!...
Mənalı bilərəm bütün ömrümü,
yaçasam səninlə ikicə günü!...


Ömrün öz mənası-məhəbbətimiz,
illəri aşdıqca sədası gəlir...
Məhəbbət olanda səadətimiz,
dünyaya necə xoş ədası gəlir...

Ömrümüzün yaz tablosu


Geri dön

♛WøøWøøWøøW♛

  • 30 dekabr 2015 22:18
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
MeqaLeyeGoReTşkSuPerMeqaLedi)))

--------------------

ruqiyye

  • 30 dekabr 2015 18:17
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
tesekkurler love

--------------------
MEN HECKIMIN HECKESIYEM

Nergiz__Sirinova

  • 30 dekabr 2015 16:07
  • Məqalə: 328
  • Şərh: 3132
  • Bal:
{awards}
Seire gore tesekkurler.

--------------------

Attention

  • 29 dekabr 2015 23:45
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
xebere gore cox sagolun

♛WøøWøøWøøW♛

  • 29 dekabr 2015 21:52
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
MeqaLeyeGoReTşkSuPerMeqaLedi)))

--------------------

Pıtırcık

  • 29 dekabr 2015 21:28
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
Gözəl və mənalı şer sağ ol dosim mənim love

--------------------
http://legend.az/user/imza/

gamsiz_hayat

  • 29 dekabr 2015 21:15
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
weir ucun tesekkurler beyendim

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Mövlud Ağamməd

  • 29 dekabr 2015 21:11
  • Məqalə: 21
  • Şərh: 128
  • Bal:
{awards}
Əlbəttə,gözəl şeirdir.

--------------------
Mən qəmli olanda şeir yazıram,
Çoxdu şeirlərim,demək,qəmim çox..
Mövlud Ağamməd

✯ AliKo ✯

  • 29 dekabr 2015 20:52
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Fikrimin sürəti küləkdən iti,
uçur xəyalının yanına,gülüm...
Həsrətəm mən sənin şirin səsinə,
çağır,həmişəlik yanına gəlim!...

Beyendim Şeiri TeşekkürLer

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 61
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 328
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}