Xəvaric tayfası və tərifi

 
Xəvaric tayfası və tərifi


Sual: Xəvariclər barədə öyrənmək istəyirəm.

Cavab:

Həmd Allaha məxsusdur.

Xəvariclər düz yoldan sapmış zəlalət firqələrindən biridir və bu məsələ şəriət mətnləri və icma ilə təsdiqini tapmışdır. İmam Buxari (6934) və İmam Muslim (1068) saylı hədislərdə Yuseyr ibn Amra istinadən onun belə söylədiyini rəvayət edirlər. Deyir: “Səhl ibn Huneyfdən soruşdum: “Peyğəmbərin sallallahu aleyhi və səlləm Xəvariclər barədə bir şey söylədiyini eşitdinmi? O dedi: “Belə-və əli ilə İraq tərəfi göstərərək- söylədiyini eşitdim: “Oradan Quran oxuyan bununla belə körpücük sümüyündən keçməyən camaat çıxacaq. Ox şikara nüfuz edib çıxdığı kimi onlar da dindən çıxacaqlar”.

İbn Macə (173) İbn Əbi Əfvaya istinadən onun belə söylədiyini rəvayət edir. Rəsulullah sallallahu aleyhi və səlləm dedi: “Xəvariclər cəhənnəmin köpəkləridir”.[1]

Xəvariclər həva və bidət əhli olub Əhli Sünnə və Cəmaatın mənhəcindən xaricdədirlər. Lakin həva əhli olan digərlərindən fərqli olaraq biz bidətlərinə görə onları təkfir etmirik.



İmam Nəvəvi, rahiməhullah, demişdir:

“İmam Şafinin rəyi və həmkar alim yoldaşlarının əksəriyyəti xəvariclərin kafir olmadığı rəyindədirlər; bu həmçinin Qədəriyyə və Mötəzililərin əksəriyyətinə və digər həva əhlinə şamil edilir.[2]

Şeyxu-l-İslam ibn Teymiyyə, rahiməhullah, demişdir:

“Peyğəmbərin sallallahu aleyhi və səlləm bizə onlarla döyüşməyi əmr etdiyi, möminlərin əmiri və raşidi xəlifələrindən Əlinin radiyallahu anhu onlarla döyüşdüyü və səhabələr, tabeinlər və onlardan sonra gələn tanınmış İslam alimlərinin onlarla döyüşmək barədə yekdil rəyinin olduğu zəlalət firqəsi Xəvariclər Əli ibn Əbi Talib, Sad ibn Əbi Vəqqas və digər səhabələr tərəfinidən kafir kimi vəsf olunmamışdır; daha doğrusu xəvariclərlə döyüşmələrinə baxmayaraq onları müsəlman hesab etmişlər və xəvariclər nahaqq qan töküb müsəlmanların mal-mülkünə əl uzatmayana kimi Əli onlarla döyüşmədi; daha sonra kafir olduqlarına görə deyil onların zülm və təcavüzünü dəf etmək üçün onlarla döyüşdü. Ona görə də, onların qadınlarını əsir götürmədi və onların malını qənimət götürmədi”.[3]

İbn Abidin, Allah ona rəhmət etsin, demişdir:

“Mötəzilə və digər qruplarla müzakirə kontekstində bəzi alimlərin onların arqumentlərini rədd edərkən küfr sözünü işlətdiklərinə rast gələ bilərsiniz. Burada onların demək istədikləri (Mötəzilənin) arqumentlərinin qəti olaraq küfr olduğu bununla belə onların şəxsən kafir olmadığıdır. Çünki bir rəydən çıxarılan nəticə heç də həmin rəydə olanın bununla mütləq vəsf olunması demək deyil.

Bundan əlavə, onlar güman edirlər ki, öz rəylərini dəstəkləmək üçün onlarda şəri dəlillər var, buna baxmayaraq onlar səhv olub xətaya düşmüşdürlər.[4]

Şeyx Abd ər-Rəhman ibn Salih əl-Məhmuda, Allah onu qorusun, belə bir sual ünvanlanıb.

Sual: Xəvariclər kafirdirlər?

Cavab: Alimlər onların kafir olub-olmadığı məsələsində ixtilaf ediblər. Lakin doğru rəy budur ki, onlar kafir sayılmırlar. Əli ibn Əbi Talib, Allah ondan razı olsun, onlar barədə “Onlar kafirdirlər?” deyə soruşduqda belə cavab verdi: “Onlar küfrdən qaçdılar, lakin digərlərini kafir adlandırmaq bidətinə düşdülər; biz isə təkfir bidətinə düşüb və onları bu cür adlandırmaq bidətinə düşməyəcəyik. Bu daha doğru rəydir inşəAllah. Buna baxmayaraq onların bidətləri küfr təşkil edən bidət kimi vəsf oluna bilər.
[5]


Geri dön

ruqiyye

  • 4 yanvar 2016 16:04
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
tesekkurler........ smile

--------------------
MEN HECKIMIN HECKESIYEM

MəRyƏm

  • 1 yanvar 2016 15:47
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
{awards}
-GözəL Və mənaLı sözLərdir əLLərvə salııx

Nergiz__Sirinova

  • 1 yanvar 2016 15:04
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler.

--------------------

gamsiz_hayat

  • 1 yanvar 2016 13:27
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Attention

  • 1 yanvar 2016 01:41
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
tesekkur xeber ucun

Pıtırcık

  • 31 dekabr 2015 21:31
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
ALlah razı olsun

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 13
Cəmi: 31

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}