Namaz qılan namazın sonunda salam verdikdə nə niyyət edərək bunu söyləyir?

 
Namaz qılan namazın sonunda salam verdikdə nə niyyət edərək bunu söyləyir?


Sual: Namazın sonunda “əs-salamu aleykum va rahmətullah” söylədikdə biz salamı kimə deyirik? Bizim sağ və sol tərəfimizdə olan mələklərə salam veririk yoxsa sağ və solumuzda olan adamlara?

Cavab: Həmd Allaha məxsusdur.

Namazın sonunda təslim[1] namazın ruknlarından biridir və namazın başa çatması yaxud namazdan çıxış salamsız təmin olunmur. Bu barədə Əbu Davud (61) və ət-Tirmizinin, Əliyə radiyallahu anhu, istinadən rəvayət olunan hədisdə deyilir: “Allahın Rəsulu, sallallahu aleyhi və səlləm dedi: “Namazın açarı təhurdur[2], namazın başlanğıcı təkbirdir və namazdan çıxış təslimdir[3]”.

Şeyx əl-Albani Sunən Əbi Davud əsərində hədisi səhih deyə təsnif edib.

Alimlərin cumhuru, o cümlədən İmam Malik, İmam Şafi və İmam Əhməd bu rəydədir.

İmam Nəvəvi, Allah ona rəhmət etsin, demişdir:

“Bizim məzhəbimizə[4] görə salam vermək fərzdir və namazın ruknlarından biridir və bunsuz namaz səhih deyil. Bu səhabələr, tabeinlər və onlardan sonra gələn alimlərin cumhurunun rəyidir”.[5]

Salam verdikdə namaz qılan namazdan çıxmağa, imama və özündən sağ və sol tərəfdə olanlara və katib mələklərə salam verməyə niyyət edir.

İmam Nəvəvi, Allah ona rəhmət etsin, demişdir:

“Salam verdikdə imam birinci salamı namazdan çıxmaq, özündən sağ tərəfdə olanlara və katib mələklərə salam vermək, ikinci salamı isə sol tərəfində olanlara və katib mələklərə salam vermək niyyəti ilə söyləyir. Məmum[6] birinci salamı namazdan çıxış və imama, katib mələklərə və yanında olan, öz cərgəsində və arxasında və qarşısında olanlara salam vermək niyyətilə söyləyir, ikinci salamı isə yanında olanlara salam vermək niyyətilə söyləməli və əgər imam qarşısında deyilsə iki salamı ilə ona da salam verməyə niyyət edir.

Münfərid[7]namaz qılan şəxs birinci salamı namazdan çıxış və katib mələklərə salam vermək niyyətilə, ikinci salamı isə katib mələklərə salam vermək niyyətilə söyləyir. Sual verənin misalında təməl qayda Səmurə ibn Cundubun, radiyallahu anhu, rəvayət etdiyi hədisdir. Hədisdə deyilir: “Allahın Rəsulu sallallahu aleyhi və səlləm bizə özümüzə və bir-birimizə salam verməyi buyurdu...”

Əgər namazdan çıxmağa niyyət edirsə və başqa heç bir niyyət etmirsə, bu icazəlidir. Çünki yanında olanlara salam vermək sünnətdir.[8]

Muslim (431) rəvayət edir ki, Cabir ibn Səmurə, radiyallahu anhu, demişdir: “Biz Allahın Rəsulu sallallahu aleyhi və səlləm ilə namaz qılarkən Əs-salamu aleykum va rahmətullah deyirdik və o əli ilə hər iki tərəfə işarə etdi. Allahın Rəsulu, sallallahu aleyhi və səlləm dedi: “Tərs atların quyruğu kimi əllərinlə nə üçün işarə edirsən? Əksinə, birinizin əlini buduna qoyub sağ və sol tərəfindəki qardaşlarına salam verməsi kifayətdir”.

İmam Nəvəvi, Allah ona rəhmət etsin, demişdir:

Peyğəmbərin sallallahu aleyhi və səlləm “Sonra sağ və sol tərəfindəki qardaşlarına salam verməsi”sözündə qardaş sözündən cins nəzərdə tutulur, yəni namaz qılanın sağ və sol tərəfində hazır olub ibadət edənlər.

İbn Qudamə, Allah ona rəhmət etsin, demişdir:

“Salam verərkən namazdan çıxmağa niyyət etməlidir; əgər bununla yanaşı iki mələyə və onun arxasında olanlara, əgər imamdırsa, salam verməyə niyyət edirsə yaxud məmumdursa imama və onun yanında olan digər adamlara salam verməyə niyyət edirsə bunda bir xəta yoxdur. Bu barədə İmam Əhməd rəy bildirmiş və demişdir: “Namazın axırında salam verir və bunu edərkən imama cavab vermək niyyətilə salam verir”.[9]

Şeyx ibn Üseymin, rahiməhullah, demişdir:

Əgər sual verilsə ki, kimə salam veririk?

Cavab: Deyirlər ki, “Əgər yanında camaat vardırsa bu halda salam onlaradır; əgər yanında camaat yoxdursa bu halda salam onun sağ və sol tərəfində olan mələklərə əs-salamu aleykum va rahmətullah verilir”.[10]


Xülasə etsək:

Namazın sonunda salam verdikdə ibadət edən şəxs aşağıdakı üç şeyə niyyət edir:

Namazdan çıxmağa niyyət etmək;

Katib mələklərə salam vermək;

Namaz qılan qardaşlarına salam vermək.

Əgər namazı tək qılırsa namazdan çıxmağa və katib mələklərə salam verməyə niyyət edir.

Doğrusunu Allah bilir.


Geri dön

ruqiyye

  • 2 yanvar 2016 22:21
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
tesekkurler request

--------------------
MEN HECKIMIN HECKESIYEM

Pıtırcık

  • 2 yanvar 2016 17:51
  • Məqalə: 385
  • Şərh: 9503
  • Bal:
{awards}
AllH razı olsun

--------------------
http://legend.az/user/imza/

✯ AliKo ✯

  • 2 yanvar 2016 15:10
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Deyerli maqele ucun teşekkurler

gamsiz_hayat

  • 2 yanvar 2016 14:07
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Nergiz__Sirinova

  • 2 yanvar 2016 13:58
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler

--------------------

Attention

  • 2 yanvar 2016 13:43
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 52
Cəmi: 66

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}