Kim dünyanın içində, dünya kimin içində

 
Kim dünyanın içində, dünya kimin içində


Sərvət, maddi zənginlik, başqalarından fərqlənmək, hər kəsdən daha rahat və komfort şəraitdə yaşamaq... Bəşər yaranandan bəri bu mövzu insanlığın gündəmindən düşmür. Bütün işğallar, istismarlar, talanlar, soyğunlar, müharibələr, hamısı bunun üçün deyilmi? Tez-tez rast gəldiyimiz bir sual: müsəlman zəngin olmalıdırmı? - Bir insanın zəngin olub-olmaması Allah-Təalanın (c.c.) təqdiridir. Amma müsəlman olan kəs də fəal olmalıdır, çalışmalıdır, təşəbbüs göstərməlidir, yuxusunun, rahatlığının əsiri olmamalıdır. Təbii ki, sən bütün gücünlə, imkanlarınla çalışarsansa, Allah-Təala da qarşılığında sənin əlini boş qoymaz. Demək, müsəlman zəngin olmaq üçün lazım olan şərtləri yerinə yetirməlidir, amma çalışarkən də bir meyar heç vaxt nəzərdən qaçırılmamalıdır: halallıq. Düstur kimi bir söz var: "Müsəlman heç zaman ölməyəcəkmiş kimi bu dünya üçün, bir an sonra öləcəkmiş kimi axirət üçün çalışmalıdır". Yəni nə qədər çalışırsan çalış, nə qədər qazanırsan qazan, halallıqdan zərrə qədər də yayınmayacaqsan, harama gözünün ucu ilə də baxmayacaqsan və Allah-Təalanın verdiyi sərvəti, neməti Onun rizasına uyğun şəkildə xərcləyəcəksən. Dünya nemətləri məqsəd deyil, vasitədir. Dünya nemətini həyatının məqsədi hesab edənlər elə o məqsədlə də bitib-tükənirlər.

Çalışacaqsan, qazanacaqsan, ən azı qazanmaq üçün boynuna düşən bütün şərtləri yerinə yetirəcəksən. Qisməti də Allahdan gözləyəcəksən. Allah-Təalanın verdiyinə razı olacaqsan. Heç zaman düşünməyəcəksən ki, sən çox çalışdın, Allah-Təala az verdi, düşünəcəksən ki, ən xeyirlisini verdi; lazım olan qədər verdi, ən doğrusunu verdi. Üstəlik, onu da düşünəcəksən ki, səndən daha çox çalışıb daha az qazananlar da var. Allaha təvəkkül etmək də elə budur. "Təvəkkül" sözü "vəkil" sözü ilə bir kökdən gəlir. Yəni sən boynuna düşən vəzifəni yerinə yetirib nəticəni Allah-Təalaya həvalə edirsən, Ondan gözləyirsən.

Təəssüflər olsun ki, uca dinimizi anlaya bilməməyimiz, Allah-Təalanın (c.c.) göndərdiyi Qurani-Kərimdən, Rəsulullahın (s.ə.s.) bizim üçün ən gözəl örnək olan həyatından uzaq durmağımız insanlarımızın təsəvvürünün doğru-düzgün formalaşmasına imkan vermir. Bəziləri İslamı tərki-dünyalıq kimi başa düşüb, özünü cəmiyyətdən təcrid hala gətirərək ömrünü ibadətə vermək kimi anlayırlar, bəziləri də halal-haram demədən qazandıqlarının bir hissəsini paylamaqla hər şeyi yoluna qoyduqlarını güman edirlər. İslam əxlaqdır, özü də ən gözəl; əxlaq; insan fitrətinin, yəni insan xarakterinin özünü ən gözəl şəkildə ifadə edə bildiyi qanunlar toplusudur, həyat tərzidir. Müsəlman çalışmalıdır ki, dünyasını güllü-gülüstana çevirə bilsin, amma güllü-gülüstana çevirdiyi o dünyasında dırnaq ucu boyda da olsun harama yer verməməlidir. O gözəl əxlaqla formalaşmış insan elədiyi yaxşılıqları unudar, amma nə vaxtsa işlədiyi bir xətanın üzüntüsündən heç vaxt qurtara bilməz: haqqını tapdadığı bağışlasa belə, özü-özünü bağışlamaz. Bir yaxşılıq etdisə, bir yaraya məlhəm çəkə bildisə, kimsəyə söyləməz, qarşı tərəfə də minnət qoymaz, təşəkkür edər ki, onun sayəsində bir xeyir əməl işləyə bildi. Bu əxlaqla formalaşmış insan dünyaya sahib olsa da, könlünü, ruhunu, duyğularını dünya ilə paylaşmaz, dünyanı öz qəlbinə buraxmaz. Dünyanın içində olacaqsan, dünyaya sahib olacaqsan, amma dünya sənin içində olmayacaq, onun yalançı, göz aldadan cazibəsini çirkab hesab edəcəksən, könlünün həndəvərinə belə buraxmayacaqsan. Könlünü tərtəmiz tutacaqsan, onu Allahın (c.c.) evi bilib, Uca Yaradanın adına layiq hala gətirmək üçün çırpınacaqsan, tərtəmiz saxlayacaqsan, o gerçək Sahibin, o böyük Müsafirin təşrif buyurmasını gözləyərək günbəgün, anbaan gözəlləşdirəcəksən. Və bu dünyanın seli-suyu, dərdi-ağrısı sənin başından aşsa belə, könlünə zərrə qədər də olsun sızmayacaq, dünya sənin çölündən keçəcək, içindən xəbərsiz olacaq.


Ticarətlə məşğul olan bir İslam alimi məsciddə söhbət edirmiş. Bir nəfər qaranəfəs içəri girir və həyəcandan boğula-boğula imama belə deyir:

- Ey imam, dünən dəryada tufan olub və sənin Hindistandan gələn ticarət gəmin batıb.

Bu xəbəri eşidən imam başını aşağı salıb bir müddət eləcə qalır və "əlhəmdülillah" deyərək söhbətinə davam edir. Xəbər gətirən adam da təəccüblə baxır, baxır və dönüb məscidin qapısından çıxır. Heç bir saat keçməmiş həmin adam yenə qaranəfəs məscidə girir və bu dəfə də belə qışqırır:

- Muştuluq, ey imam, gözün aydın olsun! Dünən dənizdə batan gəmi səninki deyilmiş, sənin gəmin sabah limana yaxınlaşacaq.

İmam yenə bir söz söyləmədən başını aşağı salır, bir müddət eləcə qalır və "əlhəmdülillah" deyərək söhbətinə davam edir. Dinləyənlər təəccüblənirlər:

- Ey imam, bu sirri açıqla, biz də bilək. Bu adam bir saat əvvəl gəlib sənin gəminin batdığını xəbər verdi, "əlhəmdülillah" dedin. İndi də gəlib batan gəminin səninki olmadığını deyir, yenə də "əlhəmdülillah" deyirsən. Bunun hikməti nədir?

İmam maraqla baxan bu insanlara təbəssüm edir və belə cavab verir:

- O adam birinci dəfə içəri girib "gəmin batdı" deyəndə bütün diqqətimi dünyadan ayırıb qəlbimə yönəldim və gördüm ki, bu xəbərdən dolayı qəlbimdə zərrə qədər də üzüntü, kədər yoxdur. Ona görə də "əlhəmdülillah" dedim. İndi də gəlib "sənin gəmin batmayıb" dedi, yenə qəlbimə boylandım. Bu dəfə də onun gətirdiyi xəbərdən qəlbimdə zərrə qədər də olsun sevinc hissinin yaranmadığını gördüm və "əlhəmdülillah" söylədim. Allahıma çox-çox şükürlər olsun ki, mənim qəlbimi dünya malına əsir eləməyib. Dünya malını itirəndə kədərlənmədiyim kimi, tapanda da sevinmədim.

Gözəl cavabdır, elə deyilmi? Özü də təkcə gözəl cavab deyil, həm də gözəl düsturdur, yüksək mənəvi səviyyənin göstəricisidir. Mərhəməti sonsuz olan Rəbbim bu sərvəti, bu neməti, bu səviyyəni bizlərə də nəsib eləsin!


Geri dön

ruqiyye

  • 2 yanvar 2016 22:04
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
tesekkur ....onu duz buyurmusuz beziler islam dinini yalnis anliyir ve ozunu bu dunyadan tecrid edir.

--------------------
MEN HECKIMIN HECKESIYEM

Damlam

  • 2 yanvar 2016 18:55
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
http:///user/İmza/

Ayşəgül

  • 2 yanvar 2016 17:50
  • Məqalə: 3
  • Şərh: 240
  • Bal:
{awards}
Allah razi olsun

::KuMsAl::

  • 2 yanvar 2016 17:03
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
Teshekkurlerrrrr

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

^^KuKuLKa^^

  • 2 yanvar 2016 16:55
  • Məqalə: 764
  • Şərh: 11541
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

✯ AliKo ✯

  • 2 yanvar 2016 14:40
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Doğrudur Dünya Malı Qelbde Yox Elde Olmalıdır SağoLun MeqaLe üçün

gamsiz_hayat

  • 2 yanvar 2016 14:01
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Nergiz__Sirinova

  • 2 yanvar 2016 13:41
  • Məqalə: 327
  • Şərh: 3116
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler.

--------------------

Attention

  • 2 yanvar 2016 13:37
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
Alla razi olsun xebere gore cox sagolun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 55

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}