Təbərrük – xeyir və bərəkətə açılan vasitə

 
  • 2.01.2016, 20:30
  • Bölmə: İslam
  • Müəllif: V_L
Təbərrük – xeyir və bərəkətə açılan vasitə



Təbərrük sözünün ərəb dilindən tərcüməsi “bərəkətli etmək” mənasını verir. Hər hansı müqəddəs şəxsiyyətin xatirə məqsədilə qorunub-saxlanılan şəxsi əşyasına yaxud müqəddəs məkana məxsus yadigara təbərrük deyilir.



Həzrət Mühəmməd Peyğəmbərin (s) saç-saqqal telinin, sınmış dişinin müsəlmanlar tərəfindən təbərrük kimi götürüldüyü barədə rəvayətlər var. Peyğəmbərin həyat yoldaşı Ümmi-Sələmə Onun saçının telini və tər damlalarını yığıb ətirlə qarışdırmış və saxlamışdı. Peyğəmbərin vəfatından sonra müsəlmanlardan kimə göz dəyirdisə və ya başqa bir xəstəliyə tutulurdusa, Ümmi-Sələmə Həzrət Peyğəmbərin tellərini bir qabın içinə salıb-çıxarır, sonra həmin suyu xəstə üçün göndərirdi. Xəstələr də bu suyu içib şəfa tapırdılar (Səhihül-Buxari, Libas kitabı, 5896-cı hədis). Hətta məşhur səhabə Ənəs ibn Malik vəsiyyət etmişdi ki, vəfat edəndən sonra onun hənutuna Peyğəmbərin saç tükünün və tərinin qarışdırıldığı ətirdən qatsınlar (Səhihül-Buxari, Istizan kitabı, 6281-ci hədis). Ənəsin anası Ümmi-Süleym də Peyğəmbərin tərini toplayıb ətir kimi qoxulayırdı (Səhihü Müslim, Fəzail kitabı, 6055-6057-ci hədislər).


Islam Peyğəmbəri həcc ziyarəti zamanı saçını qırxdırdıqdan sonra tükləri müsəlmanların arasında paylamağı tapşırmışdı (Səhihü Müslim, Həcc kitabı, 3152-3155-ci hədislər; Sünənüt-Tirmizi, Həcc kitabı, 912-ci hədis; Sünənü Əbu Davud, Həcc kitabı, 1981-ci hədis).

Məşhur səhabə Xalid ibn Vəlid Həzrət Mühəmməd Peyğəmbərin (s) saçının telini öz dəbilqəsinin içində gəzdirir və inanırdı ki, bu dəbilqə ona qələbə gətirir (Hakim Nişaburi. Əl-Müstədrəkü ələs-Səhiheyn, III, 366-367; 5366-cı hədis).

Bəzən Həzrət Peyğəmbər və imamlar hər hansı şəxsə öz geyimlərindən birini bağışlayırdılar. Bu geyim həmin şəxs tərəfindən əziz bir xatirə kimi qorunur, vəfatından sonra onun varislərinə təhvil verilirdi (məsələn: Həzrət Mühəmməd Peyğəmbərin (s) şair Kəb ibn Züheyrə hədiyyə etdiyi xirqə. Bu xirqə hal-hazırda Istanbulun Topqapı muzeyində, Müqəddəs Əmanətlər Ekspozisiyasında saxlanılır). Bəzən isə hətta həmin geyimi tikə-tikə doğrayıb, təbərrük kimi camaata paylayırdılar. Bu gün də müqəddəs Kəbə evinin örtüyünü (kisvət) hər həcc mövsümünün sonunda kiçik hissələrə bölür və hacılara paylayırlar. Həzrət Mühəmməd Peyğəmbərin (s) sağlığında onun dəstəmaz suyunu müsəlmanlar təbərrük kimi yığır, sonra üzlərinə və bədənlərinə sürtür, hətta şəfa məqsədilə içirdilər (Səhihül-Buxari, Vüzu kitabı, 187-189-cu hədislər; Səlat kitabı, 376-cı və 501-ci hədislər, Mənaqib kitabı, 3553-cü və 3566-cı hədislər; Libas kitabı, 5859-cu hədis).

Təbərrük hər şeydən əvvəl bir xatirə və yadigardır. Bu məsələdə ifrata varmaq mövhumata və xurafata gətirib-çıxara bilər. Təbərrükün öz-özlüyündə insana hər hansı fayda verə biləcəyinə inanmaq mənasızdır. Yalnız Allahın izni ilə təbərrük insana fayda yetirə bilər. Hər hansı müqəddəs şəxsiyyətin və ya yerin təbərrükünü özü ilə gəzdirən şəxs buna inanmalıdır ki, onu qoruyan Allahdır; sadəcə olaraq o, həmin təbərrükün mənsub olduğu müqəddəs şəxsin və ya yerin xatirinə Allahın amanında qalır.


Geri dön

Nergiz__Sirinova

  • 4 yanvar 2016 14:32
  • Məqalə: 421
  • Şərh: 3574
  • Bal:
Allah Razi olsun tesekkurler.

--------------------

Pəri

  • 4 yanvar 2016 14:17
  • Məqalə: 226
  • Şərh: 2056
  • Bal:
{awards}
Allah razi olsun ..

--------------------

Attention

  • 3 yanvar 2016 00:38
  • Məqalə: 11
  • Şərh: 918
  • Bal:
{awards}
xebere gore tesekkur

¤Günüşş¤

  • 2 yanvar 2016 23:32
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
Teshekkurlerrrrr

--------------------
.........

ruqiyye

  • 2 yanvar 2016 21:37
  • Məqalə: 0
  • Şərh: 496
  • Bal:
{awards}
tesekkurler

--------------------
MEN HECKIMIN HECKESIYEM

NIGAR

  • 2 yanvar 2016 20:39
  • Məqalə: 581
  • Şərh: 9774
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..

--------------------
legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 24
Cəmi: 54

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 674
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 4
 
 
{slinks}