Bu saç düzümləri insanı valeh edir

 
Bu saç düzümləri insanı valeh edir

Ulduzların stili daim diqqət mərkəzində olur. Ancaq şıq və cazibədar görünmək üçün geyinib-kecinmək kifayət etmir. Gərək təpədən-dırnağa qüsursuz olasan. Bunun sirri isə doğru saç düzümünü tapmaqdır. Hamını özünüzə heyran qoymaq istəyirsinizsə, geyim və makiyajınız qədər, saçlarınızın da möhtəşəm görünməsinə fikir verin.

Dünyanın ən cazibədar ulduzlarının saç stilini araşdırmışıq. Onlardan ilham almaq öz əlinizdədir. Sadəcə üz cizgiləri və saç rəngi sizə yaxın olan ulduzu seçin və onun stilindən yararlanın. Təbii ki, kiçik aksessuarlarla öz fərqinizi hiss etdirməkdən də çəkinməməlisiniz.

Bleyk Layvli ‐ 70-ci illərin təsirində

Bu il 70-ci illərin stilini əks etdirən saçlar dəbdədir. Saçlara iri dalğalarla həcm verdikdən sonra, öndəki saç tellərini darayıb arxaya toplamaq çox asandır. Həm də belə saç düzümü qadını çox füsunkar göstərir. Bu saç düzümündən istifadə edən ulduzlardan biri cazibədar aktrisa Bleyk Layvlidir. O, təbii gözəlliyini vurğulayan saçları ilə getdiyi hər yerdə baxışları öz üzərində cəmləyir. Eyni effekti siz də əldə edə bilərsiniz. Dəb mütəxəssisləri bu cür saç stilinə üstünlük verdikdə çiyni açıq libas geyinməyi və təbii çalarlarla makiyaj etməyi məsləhət görürlər.

Kendal Cenner – təbii toppuz

Təbii toppuz məşhur model Kendal Cennerin ən sevdiyi saç modellərindən biridir. Çox asan yığılan həmin saç düzümünü hər cür geyimlə uyğunlaşdırmaq mümkündür.
Dəb mütəxəssisləri təbii toppuz modelini həm sarışınlara, həm də əsmərlərə yaraşdırırlar.

Cenna Duan Teytum – at quyruğu

Asan hazırlanan, sadə və şıq saç modellərindən biri də atquyruğudur. Ancaq atquyruğunu ilin trendinə uyğun olaraq aşağıda - boyun kökündə yığmaq lazımdır.
İddialı libaslar geyindikdə yaradılan obrazın balanslaşdırılması üçün bu cür sadə saç düzümlərinə üstünlük vermək məsləhətdir. Həmin saç düzümünü seçən xanımlar makiyaja xüsusi diqqət etməlidirlər. Layner və iddialı çalarlarda dodaq boyası daha şıq görünməyinizi təmin edəcək.

Kiara Ferrani – yarım toppuz

İlin ən populyar saç modeli sözsüz ki, yarım toppuzlar olacaq. Bu saç düzümü həm dəbdəbəli ziyafət gecələri, həm də gündəlik həyat üçün uyğundur.
Moda bloqqeri Kiara Ferrani xüsusilə, moda həftələrinə gedərkən bu saç modelinə üstünlük verir. Sienna Miller, Cennifer Lopez, Eşli Olsen və Keyt Mara kimi ulduzları da bu saç düzümündə qırmızı xalıda görmək mümkündür. Yarım toppuzu əldə etmək üçün saçların yarısını açıq saxlamaq, təpədə isə dağınıq toppuz yığmaq lazımdır.

Nataşa Poli – iri buruqlar

Həm zərif, həm də seksual göstərən saç düzümü əldə etmək istəyirsinizsə, məşhur model Nataşa Polinin saçlarından ilham almalısınız. Yana ayrılmış saçlarda yaradılan iri buruqlar ən sadə geyimi belə dəbdəbəli göstərə bilər. Meqan Foks, Amanda Seyfrid, Kara Delevin və Cessika Alba kimi ulduzlar qırmızı xalı gecələrində bu saç düzümü ilə görünürlər. Həmin modeli seçməli olsanız, mütləq sadə makiyaja üstünlük verin.

Cici Hadid – islanmış düz saçlar

Bu saç düzümünü əldə etmək digərlərinə nisbətən daha çətindir. Çünki saçı islaq göstərən gel və ya spreylərdən istifadə etmək lazım gəlir. Həmin məhsulların keyfiyyətinə fikir vermək önəmlidir. Üstəlik, həddindən az və ya çox istifadə etmək şıqlığınıza kölgə sala bilər.Təbiiliyi vurğulayan bu cür saç düzümü iddialı libaslarla əla görünür.

Rouzi Hantinqton Uaytli – qısa saçlar

Saçlarınız qısadırsa, populyar model Rouzi Hantinqtondan ilham ala bilərsiniz. Onun dağınıq dalğalarla əldə etdiyi saç modeli hər cür geyimlə uyğunlaşır. Bu saç düzümünə üstünlük verənlər makiyajda torpaq çalarlarını seçməlidirlər.



Bu saç düzümləri insanı valeh edir


Bu saç düzümləri insanı valeh edir


Bu saç düzümləri insanı valeh edir


Bu saç düzümləri insanı valeh edir


Bu saç düzümləri insanı valeh edir


Bu saç düzümləri insanı valeh edir


Geri dön

Nergiz__Sirinova

  • 3 fevral 2016 17:46
  • Məqalə: 331
  • Şərh: 3139
  • Bal:
Serhlere gore tesekkurler

--------------------

... Deryam ...

  • 2 fevral 2016 20:45
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
sade olanlari beyendim

--------------------

aytin

  • 9 yanvar 2016 18:11
  • Məqalə: 0
  • Şərh: 129
  • Bal:
{awards}
tesekkurler

--------------------
AYRILIQ ZAMANSIZ GELIR HEC OZUNDE BILMIRSEN.

OnE DiReCtIoN_ZAYN

  • 9 yanvar 2016 14:46
  • Məqalə: 5
  • Şərh: 4457
  • Bal:
{awards}
tewekkurler

--------------------

ruqiyye

  • 7 yanvar 2016 19:24
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
tesekkurler 3 cu sekildeki sac duzumu umumiyyetle menlik deyil

--------------------
MEN HECKIMIN HECKESIYEM

Pıtırcık

  • 7 yanvar 2016 18:11
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
Sağ ol xəbər üçün sağ ol

--------------------
http://legend.az/user/imza/

¤Günüşş¤

  • 7 yanvar 2016 17:20
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
Meqaliye görə minnataram

--------------------
.........

gamsiz_hayat

  • 7 yanvar 2016 15:46
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
2, 4 , 6 beyendim tesekkur caan

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Nergiz__Sirinova

  • 7 yanvar 2016 14:26
  • Məqalə: 331
  • Şərh: 3139
  • Bal:
{awards}
Buyurun......

--------------------

Attention

  • 7 yanvar 2016 10:23
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
2cini beyendim...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}