Bir ölkə düşündüm

 
Bir ölkə düşündüm


Bir ölkə düşündüm renensansa uğramamış cinayətlərin qanuni olduğu xaos tutqunu bir ölkə gecələri xain,səhərləri aciz olan bir ölkə...
Anaların çığıraraq ağladığı bir ölkə gülüş, səsinin heç eşidilmədiyi bir ölkə, kim nə deyir desin amma heç bir acı övladının cəsədi üzərində ağlayan ananın göz yaşları qədər kədərli ola bilməz.. Yırtılmış cəsədlərlə dolu bir ölkə, Üçüncü dünya ölkəsi, Diktatoru var, əsir düşmüş xalqı salamlayır...
Bir xəyanət düşündüm.. Qırıq mərmərdən ürəyi, edam vərəqəsinə bükülmüş vicdanı, Naləsi qulaqlarımı kar edən, sevgisi gözlərimi kor edən xəyanət, ürəyimi kövrəldən bir sevgi, tarix oxuyan şagirdin əsrlər öncə yaşamış bir şaha vurulması qədər qəribə və saf bir sevgi və ya xəyanət...
Bir qadın düşündüm.. hüzünə qərq olmuş ala gözləri, küləyin üzünə tökdüyü tünd xına rəngli saçları, incə beli, zərif əlləri, heç kimin duya bilmədiyi qədər tənha,hər kəsin anlamayacağı qədər qürurlu, kişilərin həsrətlə izlədiyi, bəzəksiz, baxımsız amma çox gözəl bir qadın.. İçində fırtınalar qopan susqun, sözlərlə deyil gözləri ilə danışan, illərin yorğunluğu üzərinə çökməsinə rəğmən dimdik duran bir qadın.. Baxışları Sophia Loren gülüşü Adelina...

Bir ölüm düşündüm, əsrlər öncə yaşanmış bir ölüm. Hamının susqunluğla izlədiyi bir ölüm. Qəbirlərində başdaşı olmayan bir qəbirstanlıq - Mənim ürəyim ah ölüm, bir gün sən də öləcəksən qəlbimdə bilirəm amma sənə başdaşı hazırladacam, üzərinə yaşadığın illəri yox, yaşamadığın illəri yazdıracam. Məndən neçə yüzilliklər uzaqda olduğunu xatirlamaq üçün. Ey Şahi sultan! Sənə son dəfə bunu söyləmək istərdim. Səni heç bir vaxt, heç bir zaman görməyəcək qədər şanssız. Sənə olan rəğbətimi hər gün içimdə böyüdəcək qədər vəfalıyam!
Bir kişi düşündüm.. Baxışları həsrət dolu, gözləri gözlərimin vətəni, sözləri böyük sevgi romanımın ilk misraları, hər sözü mənim üçün qanun olan bir kişi. Qarşısında həyəcandan dilimin tutulacağı, ömrümün axırına qədər sevə biləcəyim, hər gün evə qayıdışında sevinc hissiylə qarşılayacağım bir kişi..
Ey böyük hökümdar, böyük şair, müharibələrində minlərlə insan şəhid olmuş, şeirlərini milyonlarla insan həvəslə oxumuş. Sənin dövründə sənin yanında qul olmağa belə razi ikən sənə olan gücsüz sevgimi heç kimlə bölüşməyəcək qədər insafsızam bilirəm, donmuş hüceyrələrimdə rahat yatmayacam sənin şeirlərinin, döyüşlərinin,qələbələrinin inadına. Üzərinə edam vərəqələri deyil, sənə olan sonsuz heyranlığımı sərəcəm ölsən əgər qəlbimdə...

Bir ölkə düşündüm


Geri dön

ruqiyye

  • 9 yanvar 2016 12:10
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
tesekkurler

--------------------
MEN HECKIMIN HECKESIYEM

Nergiz__Sirinova

  • 8 yanvar 2016 18:40
  • Məqalə: 394
  • Şərh: 3410
  • Bal:
{awards}
Super tesekkurler

--------------------

¤Günüşş¤

  • 8 yanvar 2016 18:38
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
Teshekkurlerrrrr

--------------------
.........

✯ AliKo ✯

  • 8 yanvar 2016 17:25
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Oxudum Maraqliydi sagolun

¤Günüşş¤

  • 8 yanvar 2016 16:34
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
Məqalə için tşk

--------------------
.........

Attention

  • 8 yanvar 2016 14:45
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
buyurun...

Pıtırcık

  • 8 yanvar 2016 13:50
  • Məqalə: 507
  • Şərh: 9708
  • Bal:
{awards}
maraqlidr sagol

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

gamsiz_hayat

  • 8 yanvar 2016 13:37
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Üzərinə edam vərəqələri deyil, sənə olan sonsuz heyranlığımı sərəcəm ölsən əgər qəlbimdə.

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 48
Cəmi: 87

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}