1 kilo arıqlamaq üçün neçə saat yeriyək ?

 
1 kilo arıqlamaq üçün neçə saat yeriyək ?


İnsanlar orta templə yeriyərək saatda 400 kalori verdiklərini düşünürlər. Bu, 2 saata 800, 4 saata 1600, 18 saata 7200 kalori yandıracaqları qənaətinə gəlir. Bədəndəki 1 kq yağı əritmək üçün lazım olan kalori miqdarı da 7200-dür. Başqa sözlə desək, 1 kilo arıqlamaq üçün 18 saat yerimək lazımdır.

Təbii ki, yeriməyin metabolizmanı sürətləndirmək təsirinin bütün günə yayılaraq orta hesabla 200 kaloridən artıq enerji xərcləməyini hesab etmirik. Yəni, bunu da hesaba qatsaq, orta hesabla 12 saat yerimək lazım olduğu ortaya çıxır. Gündə 1 saat yeriyən adamın ayda 3 kilo arıqladığı ortaya çıxır.

Qaçaraq arıqlamanın faydaları

Mütəxəssislər də dönə-dönə qeyd edirlər ki, yerimək və qaçmaq insan ömrünü uzadır. Bunu nizamlı olaraq proqram formasına salsanız, istəyinizə daha yaxşı nail olarsınız. Sadə, lakin güvənli olan bu məşq üsulu sizə yormayacaq və üstəlik arıqlamağınıza da kömək edəcək. Yerimək, qaçmaq edə biləcəyiniz ən sadə məşq hərəkətləridir. Bu idman növü sümüklərinizi möhkəmləndirəcək, çəkinizə, ağciyər və ürək sağlamlığınıza nəzarət etməyinizə kömək olacaq. Araşdırmalar həftədə təxminən 20-25 kilometr yeriyən insanların yeriməyən insanlara nisbətən daha uzunömürlü olduqlarını sübut edib. Bununla yanaşı, arıqlamaq və çəki atmaq üçün də bədənin yeriməyə çox ehtiyacı var.

Qaçışlarla bağlı maraqlı məlumatlar

Hər bir yerişin dəqiqəsi ömrünüzü 1,5-2 saat uzadır. Bu da sizin bir daşla iki quş vurmanız deməkdir. Hər gün 20 dəqiqə yerimək 7 kq arıqlamaq deməkdir. Sadəcə bir paket şirin konfeti əritmək üçün bir futbol sahəsi qədər yeri piyada gəzməlisiniz. Gələn dəfə əlinizə konfet alanda bu faktı yadınıza salın. Çünki təsirli arıqlamaq üçün gəzməklə yanaşı yediklərinizə və kaloriyə də diqqət etməlisiniz.

Uzun müddət və tez-tez yerimək arıqlamaq üçün ən yaxşı üsuldur (ürək ritmi 40 dəqiqədə 60-65 faiz arası dəyişdiyi halda). Qısa, lakin sürətli yerimək isə ürək və ağciyər üçün yaxşı vasitədir (2025 dəqiqə gəzdikdə ürək ritminiz 75-85 faiz arası olduqda).

Yeriməyin xeyirli tərəfləri:

1. Ürək və ağciyərlərin işini artırır
2. Artıq yağların yandırılmasına kömək edir
3. İstirahət edərkən belə, arıqlamağı təmin edəcək şəkildə metabolizmanın sürətini artırır
4. Yemək istəyinə, iştahın idarə edilməsinə kömək olur
5. Enerji verir
6. Stressdən uzaqlaşmağa kömək edir
7. Yaşlanmanı gecikdirir
8. Qandakı xolesterol səviyyəsini azaldır
9. Yüksək təzyiqi aşağı salır
10. Şəkər xəstəliyini normada saxlamağa və qarşısını almağa kömək edir
11. Döş, prostat, mədə-bağırsaq kimi bəzi xərçəng növləri riskini azaldır
12. Ürək infarktı və iflic kimi narahatlıqlar üçün reabilitasiyanı təmin edir
13. Bağırsaqların işləməsini nizamlayır
14. Yuxu nizamına kömək edir
15. Ayaq və bud hissəsindəki əzələlərin güclənməsinə kömək edir
16. Sümük güclənməsini təmin edir. Xüsusən yaşlı qadınlarda müşahidə edilən sümük əriməsi riskini azaldır
17. Hərəkətsizliklə bağlı olaraq yaranan oynaq sərtliyini azaldır


Geri dön

::KuMsAl::

  • 10 yanvar 2016 23:23
  • Məqalə: 1
  • Şərh: 706
  • Bal:
Teshekkurlerrrrr

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

Pəri

  • 10 yanvar 2016 21:10
  • Məqalə: 238
  • Şərh: 2281
  • Bal:
{awards}
Tesekkurler saglam qalin ...

--------------------

ruqiyye

  • 10 yanvar 2016 15:06
  • Məqalə: 0
  • Şərh: 496
  • Bal:
{awards}
tesekkurler

--------------------
MEN HECKIMIN HECKESIYEM

Attention

  • 10 yanvar 2016 13:52
  • Məqalə: 11
  • Şərh: 918
  • Bal:
{awards}
Yerimek qacmaq tek ariqlamaga deyil... insanin saglam heyat terzine xeyirlidir

Nergiz__Sirinova

  • 10 yanvar 2016 13:37
  • Məqalə: 428
  • Şərh: 3791
  • Bal:
{awards}
Xebere gore tesekkurler.

¤Günüşş¤

  • 10 yanvar 2016 13:26
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
Məqalə için twkur

--------------------
.........

NIGAR

  • 10 yanvar 2016 11:29
  • Məqalə: 636
  • Şərh: 10071
  • Bal:
{awards}
Xəbərə görə sağ ol

--------------------
legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 55
Cəmi: 85

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}