BMW pilotsuz konsept təqdim edib

 
  • 12.01.2016, 20:30
  • Bölmə: Avto
  • Müəllif: V_L
BMW pilotsuz konsept təqdim edib


"BMW" şirkəti istehlakçı elektronika sərgisi "CES"-də pilotsuz "i Vision Future Interaction" avtomobilinin prototipini təqdim edib. Konseptual rodster "i8 Spyder"-ın bazasında yığılan yeniliyin məqsədi avtonom idarəetməli avtomobilin interyerinin necə görünməli olduğundan xəbər verir.

LegendAz auto.az-a istinadən bildirir ki, konsept-kar yeni nəsil proyeksiyalı displey alıb. Bu displey hərəkət sürətini, yolda sürət həddini göstərir, o cümlədən naviqasiya sistemi kimi istifadə edilir. Qabaq paneldə 21-düymlük böyük ekran var. Bu ekran yol şəraiti barədə məlumat göstərir. Tam avtonom rejimli hərəkətdə ondan internet üçün istifadə etmək olar, məsələn, filmə baxmaq.

"BMW i Vision Future Interaction" üç hərəkət rejiminə malikdir: "Pure Drive", "Assist Mode" və "Auto Mode". Birinci rejimdə idarəetməyə yalnız sürücü cavabdehdir, ikincidə köməkçi sistemlər işə düşür, bu zaman avtomobil bütün mümkün toqquşmalardan yayına bilər.

Tam avtomat rejimdə isə avtomobil özü hərəkət edir: elektronika sükan idarəetməsinə, akseleratora və əyləcə nəzarət edir. Bu halda sükanda göy rəngli işıqlar yanır. Avtomobilin idarəetməsini sürücünün götürməsi lazım olan yerdə isə bu işıqlar qırmızı rəngdə yanır. Bundan əlavə, "CES"-də kupe "i8"-in bazasında yığılan prototip "i8 Mirrorless" də debüt edib.


Geri dön

Nergiz__Sirinova

  • 13 yanvar 2016 18:49
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
Xebere gore tesekkurler.

--------------------

gamsiz_hayat

  • 12 yanvar 2016 23:25
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Xeber ucun tesekkur

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Attention

  • 12 yanvar 2016 23:00
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
Ooo pilotsuz idarəetmə superdi

Pıtırcık

  • 12 yanvar 2016 20:43
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
Xəbər Üçün Sağ Okun

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 43
Cəmi: 53

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}