Xocalı - Şeir

 
Xocalı - Şeir


Gözləyib, gizləyib zaman sirrini,
Dəyişib dünyanın işi,amalı.
Deyəsən, yetişir qiyamət günü,
Vədəsiz küləklər əsir, Xocalı!

Sərt gəldi fevralın 26 –sı,
Al qana qərq oldu bulaqlarda su,
Qəfildən quruldu bir yurdun yası,
Bir kəsə çatmadı səsim Xocalı!

Od yağdı, el düşdü, küyə, təşvişə,
Nalələr,fəryadlar dirəndi ərşə,
Allah da baxmadı bu haqsız işə,
Titrədik biz əsim – əsim, Xocalı!

Əzəldən əl atıb böhtana, şərə,
Çaqqallar toplaşıb güc gəlir şirə,
Matəmə büründü yurd birdən -birə,
Ötüşdü bir qəmli nəsim, Xocalı!

Nə görüb, nələri çəkməyib başın,
Od tutdu o gecə torpağın, daşın,
Dul qalmış gəlinin gözünün yaşın,
Bəs necə qurudum, kəsim, Xocalı!

Dinmirəm gözümdə gilələnir yaş,
Yadıma düşdükcə o gün, o savaş,
Qız ana itirdi, qardaşı qardaş,
Mən necə kiriyim, susum, Xocalı!

Söyləsəm, bu dərdim dağlardan ağır,
Namərdlər yoluma daş dığırladır,
Dağıldın kəndbəkənd, çadırbaçadır,
Bəs kimdən inciyim, küsüm, Xocalı!

Uyuyan kəsləri yuxudan ayılt,
Qəlbimdə alışan həsrəti soyut,
Qayıt, sən yenidən özünə qayıt,
Bu sevinc qoy olsun bəsim, Xocalı!


Geri dön

Nergiz__Sirinova

  • 13 yanvar 2016 18:41
  • Məqalə: 428
  • Şərh: 3791
  • Bal:
Seire gore tesekkurler.

romantik_awkk

  • 13 yanvar 2016 13:41
  • Məqalə: 1
  • Şərh: 347
  • Bal:
{awards}
Əzəldən əl atıb böhtana, şərə,
Çaqqallar toplaşıb güc gəlir şirə,
Matəmə büründü yurd birdən -birə,
Ötüşdü bir qəmli nəsim, Xocalı!

--------------------
..

Pəri

  • 12 yanvar 2016 23:17
  • Məqalə: 238
  • Şərh: 2281
  • Bal:
{awards}
Super weir ellerinize sagliq

--------------------

Attention

  • 12 yanvar 2016 22:54
  • Məqalə: 11
  • Şərh: 918
  • Bal:
{awards}
Təşəkkür şeir üçün

ruqiyye

  • 12 yanvar 2016 21:45
  • Məqalə: 0
  • Şərh: 496
  • Bal:
{awards}
ayy coox sagol xocali tedbirinde deyerem

--------------------
MEN HECKIMIN HECKESIYEM

Fidan Şirinli

  • 12 yanvar 2016 21:08
  • Məqalə: 1
  • Şərh: 31
  • Bal:
{awards}
Bu seiriyazanin ellerine saliq.Alla sengerde olan butun qardaslarimiza komek olsun inwallah.minedaram seir ucun.

--------------------
Hər şey yaxşı olacaq

✯ AliKo ✯

  • 12 yanvar 2016 20:42
  • Məqalə: 85
  • Şərh: 1067
  • Bal:
{awards}
Sağolun Şeir ucun

NIGAR

  • 12 yanvar 2016 20:37
  • Məqalə: 633
  • Şərh: 10051
  • Bal:
{awards}
şer üçün sağ olun

--------------------
legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 35
Cəmi: 66

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 143
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}