"Sonuncu ölən ümidlərdir" (2-ci hissə)

 
"Sonuncu ölən ümidlərdir" (2-ci hissə)

Ağ vərəqim oldu açılan səhər ,
Ona göz yaşımla adını yazdım.
Eşqimlə bacara bilsəydim əgər,
Heç səni bu qədər arzulamazdım.

Y. Nəğməkar

"Sonuncu ölən ümidlərdir" (2-ci hissə)

Yenə də xristianların bayramı olan Pasxa günündə hava tutulmuşdu.
Mayın 1-i idi. soyuq külək əsir, narın yağış çisələyirdi. “Bakı Soveti” metrostansiyasının iri şüşəsinə
söykənib durmuşdular. İlqar qara, uzun plaşını Nailənin çiyninə atmışdı. Gəlib-gedənlər plaşın içində
itib-batan nailəyə maraqla baxırdılar. Bu qeyri-adi görkəm ilə o, diqqəti iki qat cəlb etməkdə idi.
İlqar ətrafdakıların nailəyə baxmasına artıq vərdiş etmişdi. Hərdən onun bu qədər gözəl olmasına
acığı da tuturdu. İlqarın aləmində bütün qızlar qüsurlu olmalı idi.
gözəllərin yaxşı bədən quruluşu olmamalıydı, mütənasib bədənlilərin isə gözəllikləri.
Hər ikisinə malik olan mində bir qızın isə ən azı dili pəltək olmalıydı, ya da ağlıcaş.
Bəs niyə Nailə heç kimə bənzəmirdi? Allah hansı anında onu yaratmışdı?
- Üzünü çevir.
İlqar Nailənin çevrilməsini gözləmədən onun üzünü əks tərəfə çevirdi ki, baxan olmasın.
Nailəyə bu ləzzət verdi:
- Nə olub, yenə qisqanclığın tutub? Bəlkə görüşə çıxanda üzüm qara rəng sürtəsən,
heç kim də mənə baxmaya?Onda da dönüb Naomi Kemp olaram.
Nailə çənəsini İlqarın kəlbətin barmaqlarının arasından qoparmaq istəyəndə İlqar buna imkan vermədi:
- Lazım gəlsə, sürtərəm. Sən ancaq mənə məxsussan. Hər yoldan keçən sənə baxmamalıdır.
Bir dəfə bunlardan bir-ikisini vurub şilküt eləyəcəm, ətrafdakılara da dərs olacaq.
Bu nə tərbiyəsizlikdire? Heç oğlanın yanında olan qıza baxarlar?
Nailə birtəhət çənəsini İlqarın barmaqlarından azad etdi:
- Yaxşı,yaxşı. Özündən çıxma.
Yağış 1 qədər güclənmişdi. Bunlarla bərabər dayanıb yağışın kəsməsini gözləyənlər çox idi...
Əslində, bunlar heç yağışın kəsməsini də gözləmirdilər. Elə belə də dayanmışdılar...
Bəlkə də, yorğunluqlarını çıxarırdılar...
...Evdən səhər tezdən çıxmışdılar. Az qala Bakının yarısını gəzib dolaşmışdılar.
Özü də maşınsız. İlqar “06”-sını təmir elətdirirdi.
Son vaxtlar qəribə bir hal yaranmışdı hər ikisində. Adamlar araında olarkən bir-birilərindən ötrü
burunlarının ucu göynəyirdi. Çünki Bakı Paris olmadığı üçün ən yaxşı halda ələlə tuta bilərdilər...
“Azərbaycan” kinoteatrına girmişdilər. Hansısa hind filmi nümayiş olunurdu.
Yarı boş zalı ani olaraq seyr edib qucaqlaşmışdılar, öpüşməyə başlamışdılar.
Əllərində gətirdikləri dondurmaları böyürlərindəki oturacağın üstünə qoymuşdular.
O qədər öz aləmlərində idilər ki, ətrafdakıları unutmuşdular.
Nailə qəfildən dartınıb İlqarın qucağından çıxanda İlqar çıpıldamışdı:
- Niyə?
- Necə niyə? Ayıbdır axı. Marçıltımızı hamı eşidir. Sonra qaranlıqda əlləri ilə havanı yara-yara
bir kişi gəlib düz İlqarın yanındakı oturacaqda, dondurmaların üstündə oturmuşdu.
Hər ikisi gülməkdən uğunub getmişdilər. İlqar birtəhər özünü toplayıb kişiyə demişdi:
- Siz dondurmanın üstündə oturmusunuz.
Kişi: -Deyirəm axı, altım niyə soyuqdur, -söyləyib arxasını təmizləyə-təmizləyə çıxanda buların qəhqəhələri zalı başına götürmüşdü.
...Vaxt eləyib arada ekrana da baxmışdılar. Bu hindlilər lap ağ eləyiblər.
Mithun Çakraborti deyilən aktyor on kişini döyüb alnı xallı qızı xilas edir, sonra da bir həyətə girir.
İt onun üstünə hürərkən ağaca çıxıb itə mahnı oxuyur.. Heç itə də mahnı oxuyarlar?
Nailə İlqarı dümsükləmişdi:
- Sən mənim yolumda on kişini döyə bilərsən?
İlqar məmnunluqla demişdi:
- Lap on beşini döyərəm. Sambist deyiləm?
- Bəs ağaca çıxıb itə necə, mahnı oxuya bilərsən?
İlqar bu suala nə cavab verəcəyini bilməyib onun burnunu sıxmışdı...
Haçandan-haçana filmə alüdə olduqlarını hiss edib İlqar Nailənin əlindən tutmuşdu.
Nailə də baş barmağı ilə onun ovcunu qıdıqlamışdı. Bu onların parolu idi. yəni ki “səni istəyirəm, yaxınlığımızı istəyirəm”...
...Küçədə 1 rus qarısı Pasxa günü münasibəti ilə təbrik edib, ona 5 min manat vermişdilər. O da dua oxuyub bayram ayini ifa etmişdi. Axırda da demişdi ki, evdə şam yandırıb müqəddəslərlə söhbətləşəndə sizin bir-birinizə qovuşmağınızı təveqqe edəcəm...
...Qız qalasının qarşısında yanlarından toy karvanı keçmişdi. Qırmızı kabrioletdə gəlin aparırdılar. Nailə İlqara sığınmışdı:
- Sən də məni belə üstü açıq maşında aparasan.
Bizi- dünyanın ən gözəl, yaraşıqlı bəylə gəlini eyvanlardan seyr edən adamlar isə başımıza gül-çiçək yağdırarlar...
Sonra da fikrini dəyişdi:
- Ancaq yox. Məni faytonda apararsan. Lap “Arşın mal alan “ filmindəki kimi.
Özü də faytona 2 at qovdurarsan. Biri ağ, biri qara. Ağ at ağ günümüz olar, qara at qara günlərimiz...
yenə də deyəcəksən ki, mən pessimizm dayarcığıyam.
Ancaq bilirəm, lap gözəl bilirəm ki, qarşıda qara günlər çoxdur, lap çoxdur...
İlqar onu ovundurmağa calışmışdısa, o isə əksinə, daha da kövrəlmişdi:
- toyumuzda sənin atanla anan qoşa duracaqlar, mənim anamsa tək olacaq.
Sən heç bilirsən, mən necə istəyərdim ki, toyumda atam alnımı öpüb mənə xeyir-dua versin? Heç bilirsən nece çətindir atasızlıq?
İlqar min bir oyundan çıxmışdı ki, Nailənin könlünü alsın. Bulvarda gəzərkən yeddi yerindən əyilib elə ustalıqla axsamışdı ki, yoldan keçənlər bucür gözəl qıza əcaib axsaqla gəzintiyə çıxdığı üçün heyifsilənmişdilər... İlqar axsaya-axsaya belə:
-Bax, burnunu sallamağı yığışdırmasan, səni axıradək biabır eləyəcəm...
...“Sahil” metrostansiyası tərəfdə nailənin şıltaqlığı tutmuşdu.
İki ayağını bir başmağa dirəmişdi ki, məni qucağında aparmalısan.
İlqar da naəlac qalıb onu qucağına almışdı. Səki ilə gedirdilər.
Nece sürücü maşınını saxlayıb soruşmuşdu:”Sizə kömək lazımdı?”
Sonra iki polis işçisi onlara yaxınlaşıb İlqarı asayişi pozmaqda təqsirləndirmişdi.
İlqar isə özünü itirmədən dərhal demişdi, qız nişanlımdır, burxulub, gəzə bilmir...
... Ən maraqlısı isə “Xəzər –tan” restoranında şam yeməyi zamanı baş vermişdi.
Oranın türk aşpazlarının hazırladıqları ləzzətli dönəri istiotunu bol edərək yeyib,
bir şüşə də “İv-Roşe” şampanı boşaltdıqdan sonra rəqs meydançasına çıxaraq rəqs etməyə başlamışdılar...
Restoran müğənnisi xırıltılı səslə oxuyurdu:
Bu qala daşlı qala,
Çınqıllı daşlı qala.
Qorxuram yar gəlməyə,
Gözlərim yaşlı qala.
Sarmaşıq kimi bir-birlərinə sarmaşmışdılar. Rəqsə o qədər alüdə olmuşdular ki,
musiqi qurtarmışdı, ancaq bunlar hələ də asta-asta yırğalanırdılar...
... İndi isə “Bakı Soveti” metrostansiyasının şüşəsinə söykənib durmuşdular.
Soyuq külək əsir , narın yağış çisələyirdi. İlqar qara, uzun plaşını Nailənin çiyninə atmışdı..
Nailə barmaqları ilə nəsə sayırdı. Gülümsədi:
- Bu gün düz 11 saatdır ki, bir yerdəyik.
Dərhalda köks ötürdü:
- Bir də haçan görüşəcəyik, İlqar?
İlqar çiyinlərini çəkdi:
- Mənim üçün fərqi yoxdur, işsiz adamam. Siz, zati-aliləri iş adamısan.
Zarafat deyil, o boyda şirkətdə işləyirsən:”Az. LTD”. Yox bir...
- Yox bir nə? Niyə ironiyayla danışırsan?Йох бир ня?
- Evdə atam hər dəfə o şirkətin, ya da sənin Abbas müəlliminin adını çəkəndə, elə bir məni söyürlər.
Nifrət elirəm ”Az. LTD”-yə də, sənin Abbas müəlliminə də.
- İlqar mənim 20 yaşım var. Evin də böyüyüyəm. Mən də işdəməsəm evi kim dolandıracaq?
- Get atanı məcbur et , sizə pul versin.
- Yox, İlqar. Sən məni yaxşı tanıyırsan. Mən o insana nifrət edirəm.
O anamı 3 uşaqla atıb təzə eşqə düşdü. Adam nifrət etdiyindən nəsə ummaz.
Anam xadiməlik eliyir, heç çörək pulu da çıxmır. Nə qazanıramsa mən qazanıram.
Abbas müəllim yaxşı adamdır, qoymur korluq çəkək.
- mənim zəhləm gedir sənin o Abbas müəllimindən. Yəni, sən bu qədər axmaqsan?
Bütün müdirlər katibələri özlərinə məşuqə etmək üçün götürürlər...
- Ayıb olsun, İlqar. Abbas müəllimə ata gözü ilə baxıram. Bu dünyada sığındığım yeganə adam odur.
Qızı Səidə ilə də 11 il bir sinifdə oxumuşuq, yaxın rəfiqəyik.
- Qadam onun ürəyinə. Pivə boçkasına oxşayır sənin Səidən.
- Bunun mətləbə nə dəxli var? Bir də, hamı sənin sevgilin kimi gözəl olmaz ki...
Nailə bu sözləri söyləyib ədayla İlqara baxdı.
İlqar birdən-birə yamanca hirslənmişdi. Siqaret yandırıb dərindən güllab aldı.
Onun da kecməyəsən bu xasiyyətindən. Yanından yel əsir əsəbləşir...
Yağış kəsmişdi. Iki kişi azacıq aralı durub söhbət edir, gözaltı da nailəyə baxırdılar.
İlqar yenə çənəsindən tutub onunn üzünü bu tərəfə çevirdi.
- Demədim sənə, o yana çevrilmə?
- Yenə nə olub?
- Görmürsən, necə marıtlayıblar? Adamı peşman eliyirlər küçəyə çıxmağa.
Nailə ilqarın kişilərə sərt-sərt baxdığını görüb onu yumşaltmağa çalışdı:
- Ay İlqar, niyə belə köhnə fikirlisən? Göz yaranıb baxmağa da. Yazıqlar neynəsinlər? Bilirsən o gün oxumuşam ki, gözəlləri qədim abidələr, qırmızı kitaba düşmüş heyvanlar və quşlar, bitki aləmi kimi qorumaq lazımdır. Yoxsa düz deyil? Axı biz xalqın simasıyıq. Xalqlara həm də gözəl insanlarına görə qiymət verilməlidir.
- bəlkə səni ekspanat kimi muzeyə qoysunlar?
- İlqar valla mən zarafat eləmirəm. Biz nisbətən balaca. Fenomenal alimlərimiz, sənət adamlarımız, idmançılarımızla yanaşı, məncə, gözəllərimizə də xüsusi imtiyazlar ayrılmalıdır. Axı rəvadırmı, mən 1 qarın çörək üçün onun-bunun ayağının altını təmizləyim? Onsuzda dediyim modalar evini haçansa yaradaçağam.
Onlar beynəlxalq müsabiqələrdə, hec bilirsən, Azərbaycanı necə təmsil edəcəklər?
Mentalitetimizə uyğun olaraq qapalı paltar geyinəcək, milli modamızı dünyaya tanıdacaqlar....
İlqarın qəzəbli baxışlarını görüb həmin iki kişi sakitcə oradan uzaqlaşdılar.
Nailə danışmaqda idi:
- İstəsən sənin də adını məşhurlaşdıraram. Dolçe ənd Qabano, Proktr ənd Qembl var. Indi də Nailə və İlqar...Jurnalistlər də məndən müsahibə götürər. Idealınız kimdir?naomi Kembell. Bəs ən çox sevdiyiniz bədii qəhrəman? Təhminə.
Ancaq İlqarın beyninə yalnız qara fikirlər gəlməkdə idi:
- Famil kimdir?
Nailə tutuldu:
-Nə Famil?
- Famil də. Kök oğlandır. 24 yaşı var. Doqquzuncu mikrorayonda qalır...
- Bilirəm oxu hara atırsan. Biz azı şərtləşmişik. Sənə qədər nə olubsa, olub. Famil məni istəyirdi, vəssalam.bir-iki dəfə də elə-belə gəzməyə çıxmışıq. Aramıızda hecnə olmayıb. Gicin biri, gic. Səni dünyalar qədər isəyirəm . buna bir bax mısmırığını sallayıb...
Iki polis işçisi kənardan durub onlara baxırdı. Onlardan biri xanima yaxınlaşıb İlqara dedi:
- Vətəndaş, nə tez. Sağaldı nişanlınızın ayağı?
Tanıdılar. Bayaq “Sahil” də gördükləri polislər idi. gülməkdən özlərini saxlaya bilmədilər. Sarışın polis işçisi də onlara yaxınlaşdı. O lap əsəbiləşdi:
- Qurban olasan qıza. Yoxsa səni aparıb içəri soxardım, başa salardım ki, Azərbaycan polisini aldatmaq nə deməkdir...
... Axşam saat 9 idi. hava qaralmışdı. Səmada nə ay, nə də ulduz görünürdü. Stansiyanın içinə girdilər. Eskalatorla aşağı düşdülər. Perronda əl-ələ tutub xeyli göz-gözə qaldılar...
Nailənin qatarı gəldi, onu apardı...
...İlqar uzun müddət uzaqlaşıb gedən qatarın arxasınca baxdı...


"Sonuncu ölən ümidlərdir" (2-ci hissə)

P.S. ƏZİZ LEGEND.AZ-LILAR TEZLİKLƏ 3-CÜ HİSSƏNİ QOYACAĞAM FİKİRLƏRİNİZ MARAQLIDI.

ARDI VAR...


Geri dön

BRLİANT

  • 1 iyul 2011 14:58
  • Məqalə: 0
  • Şərh: 146
  • Bal:
Teşekürlər...

Ulya

  • 13 mart 2011 22:51
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol

Casper

  • 11 mart 2011 23:36
  • Məqalə: 47
  • Şərh: 650
  • Bal:
{awards}
twk...bes ardi?

--------------------
Only GODcan judge me!!!

nigus

  • 11 mart 2011 11:51
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
Salam men bu eseri oxumusham ve Naile adi ile taninan "qiza" nifret edirem.Cox exlaqsiz ve ev yixan biridir lazim deyil bu cur insanlara kitab yazmaq ve yashadiqlarini eshq qoymaq!

Inciciceyi

  • 11 mart 2011 11:10
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Twkmaraqli xeberdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

ZEHRA

  • 11 mart 2011 10:41
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
tewekkur edirem

AskZede

  • 11 mart 2011 01:14
  • Məqalə: 10
  • Şərh: 676
  • Bal:
{awards}
Cox Sagolun...love

--------------------

Lexikon

  • 11 mart 2011 00:04
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
cox sag ol

_RONALDO_

  • 10 mart 2011 23:41
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tewekkurler

--------------------

Made_In_Bakinka

  • 10 mart 2011 22:52
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
Cox sagol qessengdir

Anaksunamun

  • 10 mart 2011 21:27
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
tesekkurler xeber maraqli idi

::..ONSLAUGHT::..

  • 10 mart 2011 19:21
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tewekkur edirem coooox sagolun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 10 mart 2011 18:30
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tewekkur edirem coooox sagolun

--------------------

niceing

  • 10 mart 2011 17:52
  • Məqalə: 0
  • Şərh: 78
  • Bal:
{awards}
twk canik superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 45

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}